Qəbul günləri: Hər ayın son çərşənbə günü/saat 15.00-dan
Əlaqə: (+994 12) 493-11-22
1964-cü ildə Bakı şəhərində anadan olmuşdur. Azərbaycanlıdır. Ali təhsillidir.
1988-ci ildə Kirov adına Azərbaycan Dövlət Universitetini “Hüquqşünas” ixtisası üzrə, 2006-cı ildə isə Azərbaycan Dövlət İqtisad Universitetinin “Maliyyə və kredit” ixtisası üzrə yenidənhazırlanma kursunu bitirmişdir.
Əmək fəaliyyətinə 1981-ci ildə başlamış və 1993-cü ilədək hüquq işi sahəsində müxtəlif vəzifələrdə çalışmışdır.
1993-cü ildən Mərkəzi Bankda aparıcı hüquq məsləhətçisi, baş hüquq məsləhətçisi, Hüquq şöbəsinin rəisi, 2000-ci ilin mart ayından isə Hüquq departamentinin direktoru vəzifəsində işləmişdir.
2007-ci ilin fevral ayında Azərbaycan Respublikasında bank sisteminin inkişafındakı xidmətlərinə görə “Tərəqqi” medalı ilə, 2019-cu ilin sentyabr ayında 3-cü dərəcəli “Əmək” ordeni ilə təltif edilmişdir.
2024-cü il yanvarın 7-dən Mərkəzi Bankın baş direktoru vəzifəsinə təyin edilmişdir.