Akif Mustafa oğlu Bağırov
Mərkəzi Bankın sədrinin müşaviri1988-ci ildə Bakı şəhərində anadan olmuşdur. Azərbaycanlıdır. Ali təhsillidir.
2010-cu ildə Azərbaycan Dövlət İqtisad Universitetini “Beynəlxalq iqtisadi münasibətlər” ixtisası üzrə bakalavr və 2014-cü ildə isə həmin universiteti eyni ixtisas üzrə magistr dərəcələri ilə bitirmişdir.
Əmək fəaliyyətinə 2011-ci ilin fevral ayından “DəmirBank” ASC-də İnformasiya Texnologiyaları departamentinin Dəstəkləmə və müşayiət şöbəsinin Beynəlxalq və kommunal ödənişlər bölməsinin 1-ci dərəcəli proqramçısı vəzifəsi ilə başlamış, 2014-cü ilin dekabr ayınadək həmin bankın İnformasiya Texnologiyaları departamentinin HELP DESK bölməsində 1-ci dərəcəli mütəxəssis, mütəxəssis vəzifələrində işləmişdir. 2014-2017-ci illərdə “ExpressBank” ASC-də İnformasiya Texnologiyaları departamentinin Texniki dəstək bölməsinin mütəxəssisi vəzifəsində işləmişdir. 2017-2021-ci illərdə “PAŞA Bank” ASC-də Məlumat təhlükəsizliyi xidmətləri şöbəsində kiçik analitik, mütəxəssis vəzifələrində çalışmışdır. 2021-2023-cü illərdə həmin bankın Təhlükəsizlik blokunun Məlumat təhlükəsizliyi xidmətləri şöbəsinin rəhbəri vəzifəsində işləmişdır.
2023-cü ilin oktyabr ayından 2024-cü ilin may ayınadək Mərkəzi Bankın Sədrinin ofisi şöbəsində məsləhətçi vəzifəsində işləmişdir.
2024-cü ilin may ayından Mərkəzi Bankın sədrinin müşaviri vəzifəsinə təyin edilmişdir. Hal-hazırda həmin vəzifədə çalışır.
Evlidir, bir övladı var.