Ülvin Emin oğlu Əliyev
Mərkəzi Bankın sədrinin müşaviri1991-ci ildə Bakı şəhərində anadan olmuşdur. Azərbaycanlıdır. Ali təhsillidir.
2013-cü ildə Azərbaycan Dövlət Neft Akademiyasının “Sənayenin təşkili və idarə edilməsi” ixtisasının bakalavr pilləsindən məzun olmuşdur.
Əmək fəaliyyətinə 2009-cu ildə “AtaTurizm” MMC-nin “Excelsior” hotelində başlamış, 2010-cu ilədək burada çalışmışdır. 2012-2013-cü illərdə “Moody International LTD” şirkətində müştərilərlə əlaqə mərkəzinin təmsilçisi vəzifəsində işləmişdir. 2013-cü ildən etibarən fəaliyyətini “Azercell Telekom” MMC-də Bakı telefon mərkəzi qrupunun təmsilçisi olaraq davam etdirmişdir. 2013-2016-cı illərdə “PAŞA Bank” ASC-də Müştərilərə xidmət departamentinin əlaqə mərkəzinin koordinatoru, daha sonra Bankın Baş ofisində Biznes mərkəzinin assistenti, Biznesin inkişafı departamentinin Kommersiya, planlaşdırma, monitorinq və seqment strategiyası şöbəsinin məhsullar üzrə koordinatoru vəzifələrində işləmişdir. 2016-2018-ci illərdə “PAŞA Bank” ASC-də Hesab və ödəniş xidmətləri şöbəsinin mütəxəssisi, 2018-2019-cu illərdə Bankın Özəl bankçılıq departamentində “VIP” müştərilər qrupunun mütəxəssisi, 2019-2021-ci illərdə Səhmdarlar və əlaqəli şəxslərə xidmət şöbəsində baş mütəxəssisi vəzifələrində işləmişdir. 2021-ci ildən 2022-ci ilədək “PAŞA Bank” ASC-nin İdarə Heyətinin sədri və baş icraçı direktorunun icraçı assistenti vəzifəsində çalışmışdır. 2022-ci ildən etibarən fəaliyyətini Mərkəzi Bankda davam etdirərək Mərkəzi Bankın sədrinin ofisində sədrin köməkçisi, Korporativ idarəetmə və katiblik departamentində Sədrin ofisi şöbəsinin rəisi, daha sonra isə Sədrin ofisi departamentinin direktoru vəzifələrində işləmişdir.
2025-ci ilin yanvar ayının 6-dan etibarən Mərkəzi Bankın sədrinin müşaviri vəzifəsinə təyin edilmişdir.
Ailəlidir, iki övladı var.