966E-CBAR

Tural Hicrət oğlu Feyzullayev

Mərkəzi Bankın baş direktoru
Qəbul günləri: Hər ayın son cümə axşamı/saat 15.00-dan
Əlaqə: (+994 12) 493-50-58

1990-cı ildə Ağcabədi rayonunda anadan olmuşdur. Azərbaycanlıdır. Ali təhsillidir.

2011-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını “Hüquqşünaslıq” ixtisası üzrə bakalavr, 2013-cü ildə Fransanın Tuluz Universitetini “Beynəlxalq və Avropa hüququ”, 2014-cü ildə isə həmin universiteti “Beynəlxalq biznes hüququ” ixtisasları üzrə magistr dərəcələri ilə bitirmişdir.

Əmək fəaliyyətinə 2011-ci ildə “Azərsun Holding” MMC-də Araşdırma departamentində araşdırma mütəxəssisi vəzifəsi ilə başlamışdır.

2015-2016-cı illərdə Mərkəzi Bankın Hüquq departamentinin Bank nəzarətinin hüquqi təminatı şöbəsində hüquq məsləhətçisi vəzifəsində işləmişdir.

2016-2019-cu illərdə Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasında hüquqşünas, aparıcı hüquqşünas, böyük hüquqşünas, Hüquqi təminat idarəsinin rəisi vəzifələrində işləmişdir.

2018-ci ilin noyabr ayında Azərbaycan Respublikasında biznes mühitinin əlverişliliyinin artırılmasına verdiyi töhfəyə və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması sahəsində səmərəli fəaliyyətinə görə “Tərəqqi” medalı ilə təltif edilmişdir.

2020-2021-ci illərdə Mərkəzi Bankın Hüquq departamentində direktor müavini - Maliyyə bazarlarının hüquqi təminatı şöbəsinin rəisi vəzifəsində işləmişdir.

2021-2022-ci illərdə “AccessBank” QSC-də Hüquq və komplayens departamentinin rəhbəri vəzifəsində işləmişdir.

2021-ci ildə Birinci “Yüksəliş” müsabiqəsinin qalibi olmuşdur.

2022-2025-ci illərdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin Hüquqi təminat və təhlil sektorunun müdiri vəzifəsində işləmişdir.

2026-cı ilin yanvar ayından Mərkəzi Bankın baş direktoru vəzifəsinə təyin edilmişdir.

Ailəlidir.