HomeSiteMapTwitter

AZƏRBAYCAN RESPUBLİKASININ

MƏRKƏZİ BANKI

Əliyar Qəhrəman oğlu Məmmədyarov

Mərkəzi Bankın sədrinin müşaviri
Əlaqə: (+994 12) 493-11-22
  • 1977-ci ildə Bakı şəhərində anadan olmuşdur. Azərbaycanlıdır. Ali təhsillidir.
  • 1998-ci ildə Azərbaycan Dövlət İqtisad İnstitutunu “İqtisadçı” ixtisası üzrə fərqlənmə diplomu ilə, 2008-ci ildə isə Böyük Britaniyanın Nottingem Universitetini MBA ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmişdir.
  • 1999-cu ildən 2000-ci ilədək həqiqi hərbi xidmətdə olmuşdur.
  • 2001-2004-cü illərdə Azərbaycan Respublikası Milli Bankının Kredit təşkilatlarının fəaliyyətinə nəzarət departamentinin 3 N-li nəzarət şöbəsində iqtisadçı, aparıcı iqtisadçı vəzifələrində işləmişdir.
  • 2004-2006-cı illərdə AR Milli Bankının Kredit təşkilatlarının fəaliyyətinə nəzarət departamentinin Xarici nəzarət şöbəsinin tərkibində olan Pulların yuyulmasına qarşı fəaliyyət qrupunun rəhbəri vəzifəsində işləmişdir.
  • 2006-2007-ci illərdə AR Milli Bankının Kredit təşkilatlarının fəaliyyətinə nəzarət departamentinin Xarici nəzarət şöbəsinin rəisi vəzifəsində işləmişdir.
  • 2012-ci ilin fevral ayında Azərbaycan Respublikasında bank işinin inkişaf etdirilməsindəki xidmətinə görə “Tərəqqi” medalı ilə təltif edilmişdir.
  • 2008-2016-cı illərdə AR Mərkəzi Bankının Kredit təşkilatlarının fəaliyyətinə nəzarət departamentinin direktor müavini, departament direktoru vəzifələrində işləmişdir.
  • 2016-cı ilin may ayından Azərbaycan Respublikası Mərkəzi Bankı sədrinin müşaviri vəzifəsinə təyin edilmişdir. Hal-hazırda həmin vəzifədə çalışır.
  • 2017-ci ilin sentyabr ayından Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasının sədri vəzifəsinə təyin edilmişdir.