HomeSiteMapTwitter

Alim Səlim oğlu QULİYEV

Mərkəzi Bankın sədrinin birinci müavini
Qəbul günləri: Hər ayın son çərşənbə axşamı/saat 15.00-dan
Əlaqə: (+994 12) 493-11-22 (210)
  • 1960-cı ildə Azərbaycan Respublikasının Tər-Tər rayonunda anadan olmuşdur. Azərbaycanlıdır. Ali təhsillidir.
  • 1981-ci ildə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu fərqlənmə diplomu ilə bitirmişdir.
  • Əmək fəaliyyətinə 1981-ci ildə SSRİ Dövlət Bankının Şamaxı şöbəsində iqtisadçı kimi başlamışdır. 1981-ci ildən 1983-cü ilədək həqiqi hərbi xidmətdə olmuşdur.
  • 1983-cü ilin iyun ayından dekabr ayınadək SSRİ Dövlət Bankının Şamaxı şöbəsində iqtisadçı vəzifəsində işləmişdir.
  • 1983-cü ilin dekabrından 1988-ci ilədək SSRİ Dövlət Bankı Azərbaycan Respublikası kontorunun Təftiş idarəsində müfəttiş, böyük müfəttiş vəzifələrində işləmişdir.
  • 1988-ci ildən 1993-cü ilədək Səhmdar-Kommersiya Aqrar-Sənaye Bankının Nəzarət-təftiş idarəsində aparıcı müfəttiş, baş müfəttiş, İdarə Heyəti sədrinin müavini vəzifələrində işləmişdir.
  • 1993-cü ilin yanvar ayından Azərbaycan Respublikasının Milli Bankında Banklara nəzarət idarəsinin rəisi vəzifəsində işləmişdir.
  • 1995-ci ilin mart ayından Təftiş departamentinin direktoru və İdarə Heyəti sədrinin müavini vəzifəsini icra etmişdir.
  • 1995-ci ilin oktyabr ayından 1996-cı ilin iyun ayınadək Səhmdar-Kommersiya Əmanət Bankının Müvəqqəti İdarəetmə Komitəsinin sədri işləmişdir.
  • 1996-cı il iyunun 14-dən Azərbaycan Respublikasının Milli Bankı İdarə Heyətinin üzvü, həmin ilin sentyabrın 24-dən isə İdarə Heyəti sədrinin birinci müavini vəzifəsinə təyin edilmişdir.
  • 2001-ci ilin dekabr ayında Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə ikinci dəfə Azərbaycan Respublikası Milli Bankı İdarə Heyətinin üzvü seçilmişdir.
  • 2002-ci ildən iqtisad elmləri namizədidir. Yeddi elmi əsərin və bir monoqrafiyanın müəllifidir.
  • 2006-cı ilin dekabr ayında üçüncü dəfə Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə Azərbaycan Respublikası Milli Bankı İdarə Heyətinin üzvü seçilmişdir.
  • 2012-cı ilin fevral ayında Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə dördüncü dəfə Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin üzvü seçilmişdir.
  • 2007-ci ilin fevral ayında Azərbaycan Respublikasında bank sisteminin inkişafındakı xidmətinə görə “Tərəqqi” medalı ilə təltif edilmişdir.
  • 2012-cı ilin fevral ayında Azərbaycan Respublikasında bank işinin inkişaf etdirilməsindəki xidmətinə görə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilmişdir.
  • 2017-ci ilin mart ayında Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə beşinci dəfə Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin üzvü seçilmişdir. Hal-hazırda Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin üzvüdür, Azərbaycan Republikası Mərkəzi Bankı sədrinin birinci müavini vəzifəsində çalışır.
  • 2019-cu ilin sentyabr ayında Azərbaycanda mərkəzi bankçılığın yaranmasının 100 illiyi münasibətilə və bank işinin inkişaf etdirilməsindəki xidmətinə görə 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilmişdir.
  • Ailəlidir, 2 övladı var.