Xırda Ödənişlər üzrə Hesablaşma Klirinq Sistemi (XÖHKS) – xırda, daimi təkrarlanan və təcili olmayan ödənişlərin həyata keçirilməsi üçün yaradılmış klirinq sistemidir. Bu sistemdə ödənişlər çoxtərəfli klirinq prosesi nəticəsində müəyyənləşdirilmiş təmiz mövqelər (netto) əsasında aparıır. Ödəniş sənədləri FİFO ( 1-ci daxil olan 1-ci emal olunur) prinsipi ilə işlənilir. Növbədə olan sənədlər iştirakçılar tərəfindən geri çağrıla və prioritetləri dəyişdirilə bilər. Vəsait çatışmazlığı səbəbindən gün ərzində növbədə qalan ödəniş paketləri günün sonunda sistem tərəfindən avtomatik rejimdə ləğv olunur və bu haqda iştirakçılara müvafiq məlumat göndərilir. Gün ərzində iştirakçıların sorğuları əsasında onlara müxbir hesablarında aparılan əməliyyatlar, növbədə olan ödəniş paketləri və qalıq haqqında məlumatlar verilir. İştirakçılar sistemə 10 gün əvvəldən gələcək valyutalaşma tarixi ilə ödəniş sənədlərini göndərə bilərlər.
XÖHKS – də hesablaşmalar milli (azərbaycan manatı-AZN) valyutada və ödəniş tapşırıqları və ödəniş-tələbnamə tapşırıqları əsasında aparılır. Hesablaşmalar iştirakçılar tərəfindən AZIPS-də əsas müxbir hesablarındakı vəsait çərçivəsində əvvəlcədən müəyyənləşdirilmiş likvidlik limitləri əsasında aparılır. Hər bir ödəniş tranzaksiyasına 40000 manat məhdudiyyət müəyyənləşdirilmişdir. Sistem 9:25-dən 16:00-a kimi iştirakçılardan ödəniş sənədlərinin qəbulunu həyata keçirir. İştirakçılar tərəfindən göndərilmiş ödəniş paketləri 3 sessiya formatında emal olunur. Klirinq prosesinin nəticələri iştirakçılara 1-ci sessiya üzrə 12:00-12:35, 2-ci sessiya üzrə 14:30-15:05 3-cü sessiya üzrə isə 16:00-16:40 intervallarında göndərilir. 16:45-dən 17:05-ə kimi əməliyyat günün bağlanması prosesi aparılır və iştirakçı təşkilatlara submüxbir hesablarda aparılmış əməliyyatlar üzrə çıxarışlar təqdim olunur. Lakin iştirakçılardan birinin və yaxud bir neçəsinin müraciəti ilə əməliyyat günü sistemin reqlamentində nəzərdə tutulmuş prosedur qaydalar əsasında uzadıla bilər.
XÖHKS-də iştirakçılarla informasiya mübadiləsi yerli Qapalı Telekommunikasiya Şəbəkəsi üzərindən aparılır. İştirakçılarla informasiya mübadiləsinin təhlükəsizliyinin təmin olunması üçün ARMB-nin Bank Sertifikat Xidmətləri Mərkəzinin elektron sertifikatlarında istifadə olunur.
AZIPS və XÖHKS-ün sahibi ARMB-dir və sistemlərin operatorluğunu ARMB-nin Ödəniş Sistemləri və Hesablaşmalar departamenti həyata keçirir. Sistemlər “Azərbaycan Respublikasının Mərkəzi Bankı Haqqında”, “Banklar Haqqında” Azərbaycan Respublikasının Qanunlarından, “Azərbaycan Respublikasında banklararası mərkəzləşdirilmiş ödəniş sistemlərində hesablaşmaların təşkili Qaydaları”ndan, “Azərbaycan Respublikasında nağdsız hesablaşmalar və pul köçürmələri haqqında Təlimat”dan və digər prosedur qaydalardan ibarət olan mükəmməl normativ hüquqi baza əsasında idarə olunur.
XÖHKS-də istifadə edilən məlumat formatları:
XÖHKS-ə dair texniki sənədlər:
XÖHKS-də istifadə olunan proqram təminatı:
XÖHKS sistemində istifadə edilən elekron ödəniş və xəbərdarlıq məlumatlarının formatları (Son yenilənmə tarixi 29.07.2016)
474.50 KBMərkəzi Bankın “Bank Sertifikat Xidmətləri Mərkəzi”ndən alınmış elektron sertifikatların qeydiyyatı üzrə müraciət forması (Son yenilənmə tarixi 15.11.2016)
7.98 KBİştirakçı təşkilatlarla məlumat mübadiləsi üçün nəzərdə tutulmuş proqram təminatının (STP Adapter) quraşdırılma və istifadə qaydaları (Son yenilənmə tarixi 11.01.2016) (ingilis dilində)
4.33 MBİştirakçı təşkilatlarla məlumat mübadiləsi və sənədlərin emalı üçün nəzərdə tutulmuş xüsusi avtomatlaşdırılmış iş yerinin (Partispant Payment Gateway-PPG) quraşdırılma və istifadə qaydaları (Son yenilənmə tarixi 25.10.2016) (ingilis dilində)
21.94 MBİştrakçı təşkilatlarda ümumi ödəniş faylının hazırlanması və imzalanma üçün nəzərdə tutulmuş avtomatlaşdırılmış iş yerinin (BatchChecker) quraşdırılma və istifadə qaydaları (Son yenilənmə tarixi 15.01.2016)
215.09 KBİnformasiya təhlükəsizliyinin təmin olunması üçün kriptoqrafik kitabxanalardan istifadə qaydaları. (Son yenilənmə tarixi 11.01.2016)
67.84 KBXÖHKS sistemində elektron sertifikatlardan istifadə və yeni modulların tətbiqi üzrə metedoloji yardım (Son yenilənmə tarixi 13.05.2016)
30.75 KBSTP Adapter proqram təminatı (Son yenilənmə tarixi 11.01.2016)
345.97 KBPartispant Payment Gateway (PPG) xüsusi avtomatlaşdırılmış iş yeri
151.35 MBBatchChecker avtomatlaşdırılmış iş yeri (Son yenilənmə tarixi 01.06.2016)
12.73 MBKriptoqrafik kitabxanalar (Son yenilənmə tarixi 11.01.2016)
2.61 MBChangePassword proqram təminatı [3.489 Mb] (Son yenilənmə tarixi 16.09.2016)
3.66 MB