Nömrə: 06/2015
Müəllif(lər): V.Əhmədov, S.Hüseynov, F.Məmmədov, T.Kərimli
Dil: Azərbaycan dili
Tarix: 2015-ci il
Xülasə: Tədqiqat işində biz neft məhsulu üzrə Amerika tipli alma (satma) opsiyonlarından istifadə etməklə neft qiyməti üzrə gözləntilərə dair neytral riskli ehtimal paylanmasını hesablayırıq. Bu məqsədlə biz üç fərqli metodologiyadan – ehtimal paylanmasının kerneli (qeyri-parametrik), Şimko (1993) və Datta və digərlərinin (2014) yarıparametrik və Bahra (1997) və Melik və Tomasın (1997)parametrik yanaşmalarından istifadə edirik. Neft qiyməti üzrə gözləntiləri üzrə ehtimal paylanmasının hesablanması nəinki bazarın orta gözləntisini hesablamağa, həm də qiymət gözləntilərinin müxtəlif momentlərinin qiymətləndirilməsinə imkan verir. Tədqiqat işi bazar iştirakçılarının gözləntilərini modelləşdirərək hadisə təhlili zamanı siyasət qurucularının işini asanlaşdırmaq və onların qlobal şoklara qarşı daha çevik tədbirlər görməsinə köməklik göstərmək məqsədi güdür. Məqalədə hadisə təhlilinə nümunə üçün yaxın keçmişdəki Yəmən konflikti və OPEK-in bir ümumi yığıncağında alınan qərarların təsirinə baxılır. Araşdırma işi qiymətləndirmə üçün tətbiq edilən metodologiyaların ehtimal paylanmasının hesablanması və hadisə təhlili zamanı adekvat nəticələr nümayiş etdirdiyini göstərir. Qeyd etmək lazımdır ki, məqalə neft qiymət gözləntiləri ilə bağlı qiymətləndirmələri əhatə etsə də, burada istifadə olunan metodologiyalar asanlıqla digər maliyyə bazarlarında, məsələn, beynəlxalq valyuta bazarlarında və ya LIBOR və s. bazarında gözləntiləri öyrənmək üçün də tətbiq oluna bilər.
Açar sözlər: neft opsiyon qiymətləri, neytral riskli ehtimal paylanması, hadisə təhlili
JEL təsnifatı: C25