Nömrə: 05/2014
Müəllif(lər): G.Tahirova
Dil: Azərbaycan dili
Tarix: 2014-ci il
Xülasə: Məqalə sosial kapitalın nəzəri əsaslarının araşdırılmasına həsr olunmuşdur. Tədqiqat zamanı sosial kapital anlayışı, onun formaları, faydası, ümumilikdə konseptual modeli təhlil olunmuşdur. Tədqiqat işinin əsas məqsədlərindən biri də sosial kapitalın ölçülməsidir. Bu məqsədlə müəyyən olunmuş metodologiya əsasında və Avropa Dəyərlər Sorğusundan istifadə etməklə, Avropa ölkələri üçün regional səviyyədə indeks hesablanmışdır. İndeksi hesablamaq üçün 45 göstəricidən (sorğu məlumatı və iqtisadi göstəricilər) istifadə edilmişdir.
Açar sözlər: sosial kapital, institutlar
JEL təsnifatı: D71, P32