Nömrə: 12/2013
Müəllif(lər): Kamil Heydərov
Dil: Azərbaycan dili
Tarix: 2013-ci il
Xülasə: Bu məqalədə kapitalın Azərbaycan banklarının mənfəət və riskinə təsiri 2009-cu ilin fevral ayından 2012-ci ilin dekabr ayınadək olan dövr üzrə aylıq məlumatlar əsasında tədqiq edilir. Tədqiqat suallarını cavablandırmaq üçün iki pilləli təhlil aparılmışdır: (i) kapitalın Azərbaycan banklarının mənfəətinə təsirinin təhlili; (ii) kapitalın riskə təsirinin qiymətləndirilməsi. Tədqiqat işinin nəticəsinə əsasən, bank kapitalı mənfəətə artırıcı, riskə isə azaldıcı təsir göstərir. Məqalənin nəticələri Azərbaycanın bank menecerləri və tənzimləyiciləri üçün maliyyə sabitliyinin təmin edilməsi baxımından əhəmiyyət kəsb edir.
Açar sözlər: bank kapitalı, mənfəətlilik, risk, tənzimləmə
JEL təsnifatı: G28, G21