Nömrə: 01/2021
Müəllif(lər): Nəzrin Ramazanova, Ramiz Rahmanov
Dil: İngilis dili
Tarix: 2021-ci il
Xülasə: Məqalədə Azərbaycanda ev təsərrüfatlarının son istehlak xərclərinin naukastinqi üçün bir təxminedici dəyişənə malik qarışıq məlumat nümunəsi modelinin müxtəlif kombinasiyalarının (MIDAS) və dinamik faktor modelinin proqnozlaşdırma qabiliyyəti müqayisə edilmişdir. Bu məqsədlə dörd rübü əhatə edən dövr üzrə nümunədən kənar proqnozlaşdırma qabiliyyəti qiymətləndirilmişdir. Qiymətləndirmə zamanı bütün modellərdə rüblük ev təsərrüfatlarının son istehlak xərclərinin naukastinqi üçün aylıq dəyişənlərdən istifadə olunmuşdur. Nəticələr göstərir ki, birdəyişənli bençmark modeli ilə müqayisədə həm DFM modeli, həm də pərakəndə ticarət dövriyyəsi və “Google” trendləri (incəsənət və əyləncə, idman, səyahət, hobbi və istirahət) ilə qiymətləndirilən bir təxminedici dəyişənə malik MIDAS modelləri qısamüddətli dövr ərzində daha yaxşı proqnozlaşdırma qabiliyyətinə malikdir. Digər tərəfdən, proqnoz xətalarının müqayisəsi zamanı MIDAS modelindən fərqli olaraq DFM-in qısamüddətli proqnozlaşdırmada daha yüksək dəqiqliyə malik olduğu qənaətinə gəlinmişdir.
Açar sözlər: naukastinq, ev təsərrüfatlarının son istehlakı, MIDAS, DFM
JEL təsnifatı: C32, C38, C52, C53, E21, E27