Nömrə: 02/2022
Müəllif(lər): Tural Yusifzadə
Dil: İngilis dili
Tarix: 2022-ci il
Xülasə: Tədqiqat işi 2005-2020-ci illərdə Azərbaycanda iqlim dəyişikliyini xarakterizə edən amillərin inflyasiyaya təsirlərinin təhlilinə və bu təsirin 2021-2030-cu illər üçün simulyasiya edilməsinə həsr olunub. Tədqiqat işində iqlim dəyişikliyinin inflyasiyaya təsir kanallarının zəncirvari əlaqələri müəyyən edilmişdir. Bu məqsədlə havanın temperaturu, yağıntı miqdarı, suyun qiyməti, dincə qoyulmuş torpaq sahəsi, taxıl məhsuldarlığı və ətraf mühitin qorunması üçün xərc göstəricilərinin kənd təsərrüfatı istehsalçılarının qiymətlərinə təsiri Bayes əsaslı vektor avtoreqressiv (BVAR) modeli əsasında qiymətləndirilmişdir. Digər tərəfdən qlobal mühitdə yaşıl enerjiyə keçidin uzunmüddətli dövrdə Azərbaycanda inflyasiyaya təsiri məsələləri də araşdırılmışdır. Tədqiqat işinin nəticələrinə görə uzunmüddətli dövrdə iqlim dəyişikliklərinin inflyasiyaya töhfəsi baza ssenaridə 1.3 faiz bəndi, temperaturun normadan 1.2 °C yüksək olduğu bədbin ssenaridə isə 2.2 faiz bəndi proqnozlaşdırılır. Qiymətləndirmələr iqlim dəyişikliyinin təkcə inflyasiyanın mövsümi amilini deyil, həm də trendini müəyyənləşdirdiyini göstərir.
Açar sözlər: inflyasiya, iqlim, fosil yanacaq, yaşıl enerji, BVAR
JEL təsnifatı: E31, Q54, E37, E58, C32