Rəhbərlik

A.V.VELİYEV Akşin Vəzir oğlu Vəliyev
Mərkəzi Bankın Baş direktoru
1965-ci ildə Gürcüstan Respublikasının Marneuli rayonunda anadan olmuşdur. Azərbaycanlıdır. Ali təhsillidir.
1985-ci ildə Leninqrad Maliyyə İqtisad İnstitutunun Bakı filialını “Xalq təsərrüfatının planlaşdırılması” ixtisası üzrə bitirmişdir.
1983-cü ildən 1985-ci ilədək həqiqi hərbi xidmətdə olmuşdur.
Əmək fəaliyyətinə 1988-ci ildə “Sovavto-Bakı” Beynəlxalq yükdaşımaları üzrə avtonəqliyyat müəssisəsində iqtisadçı vəzifəsində başlamışdır.
1990-cı ildən 1994-cü ilədək aspiranturada qiyabi təhsil almışdır.
1991-ci ildən 1992-ci ilədək Azərbaycan Dövlət Plan Komitəsinin nəzdində Elmi Tədqiqat İqtisadiyyat İnstitutunda baş iqtisadçı vəzifəsində işləmişdır.
1992-ci ilin iyul ayından Azərbaycan Respublikası Milli Bankının Mərkəzi Əməliyyat İdarəsində Beynəlxalq Hesablaşmalar şöbəsinin iqtisadçısı, rəis müavini və Əməliyyat İdarəsinin baş mühasibi vəzifələrində çalışmışdır.
2000-ci ilin iyun ayından Azərbaycan Respublikası Milli Bankının Kredit təşkilatlarının fəaliyyətinə nəzarət departamentinin şöbə rəisi, direktor müavini vəzifələrində işləmişdır.
2003-cü ildən iqtisad elmləri namizədidir.
2008-ci ilin mart ayından Azərbaycan Respublikası Milli Bankının Xəzinə departamentinin direktoru-baş xəzinədar vəzifəsində işləmişdir.
2010-cu ilin aprel ayından Mərkəzi Bankın Baş direktoru vəzifəsinə təyin edilmişdir. Hal-hazırda həmin vəzifədə çalışır.
Ailəlidir. 2 övladı var.
Rasad_Orucov Rəşad Temraz oğlu Orucov
Mərkəzi Bankın Baş direktoru

1978-ci ildə Bakı şəhərində anadan olmuşdur. Azərbaycanlıdır. Ali təhsillidir.
1998-ci ildə Azərbaycan Dövlət İqtisad İnstitutunu bitirmişdir.
Əmək fəaliyyətinə 1998-ci ildə Səhmdar Kommersiya Aqrar Sənaye Bankında baş mütəxəssis vəzifəsində başlamışdır.
2000-2004-cü illərdə Azərbaycan Respublikası Milli Bankında Kredit təşkilatlarının fəaliyyətinə nəzarət departamentinə baş iqtisadçı vəzifəsində işləmişdir.
2004-2006-cı illərdə Azərbaycan Respublikası Milli Bankında Kredit təşkilatlarının fəaliyyətinə nəzarət departamentinin İT və ödəniş sistemlərinin fəaliyyətinə nəzarət şöbəsinin rəisi vəzifəsində işləmişdir.
2006-2008-ci illərdə Azərbaycan Respublikası Milli Bankında Kredit təşkilatlarının fəaliyyətinə nəzarət departamentinin Xarici nəzarət şöbəsinin rəisi vəzifəsində çalışmışdır.
2008-2011-ci illərdə Azərbaycan Respublikası Milli Bankında Kredit təşkilatlarının fəaliyyətinə nəzarət departamentinin direktoru vəzifəsində işləmişdir.
2011-ci ilin iyun ayından Mərkəzi Bankın Baş direktoru vəzifəsinə təyin edilmişdir. Hal-hazırda həmin vəzifədə çalışır.
Ailəlidir, 2 övladı var.

Ziya_Aliyev Ziya Zəfər oğlu Əliyev
Mərkəzi Bankın Baş direktoru

1977-ci ildə – Masallı rayonunda anadan olmuşdur. Azərbaycanlıdır. Ali təhsillidir.
1998-ci ildə Azərbaycan Dövlət İqtisad İnstitutunu bakalavr dərəcəsi ilə, 2000-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetini magistr dərəcəsi ilə bitirmişdir.
Əmək fəaliyyətinə 2000-ci ildə Azərbaycan Respublikası Milli Bankının Monetar siyasəti departamentində aparıcı iqtisadçı vəzifəsində başlamışdır.
2002-2005-ci illərdə Azərbaycan Respublikası Milli Bankının Monetar siyasəti departamentinin İqtisadi tədqiqatlar şöbəsində baş iqtisadçı vəzifəsində işləmişdir.
2005-2006-cı illərdə Azərbaycan Respublikası Milli Bankının İqtisadi tədqiqatlar və proqnozlaşdırma departamentinin Makroiqtisadi təhlil və inflyasiya icmalı şöbəsinin rəisi vəzifəsində işləmişdir.
2006-2008-ci illərdə Azərbaycan Respublikası Milli Bankının Tədqiqatlar və statistika departamentinin direktor müavini vəzifəsində işləmişdir.
2008-2009-cu illərdə Azərbaycan Respublikası Milli Bankının Tədqiqatlar departamentinin direktor müavini vəzifəsində işləmişdir.
2010-cu ildə ABŞ-ın Villiams Kollecinin İqtisadi İnkişaf Mərkəzində “İqtisadi siyasət” ixtisası üzrə magistr dərəcəsinə yiyələnmişdir.
2010-2012-ci illərdə Azərbaycan Respublikası Mərkəzi Bankın Strateji idarəetmə departamentinin direktoru vəzifəsində işləmişdir.
2013-cü ilin yanvar ayından Mərkəzi Bankın Baş direktoru vəzifəsinə təyin edilmişdir. Hal-hazırda həmin vəzifədə çalışır.
Ailəlidir, 2 övladı var.

Aliyar_m Əliyar Qəhrəman oğlu Məmmədyarov
Mərkəzi Bankın sədrinin müşaviri
1977-ci ildə Bakı şəhərində anadan olmuşdur. Azərbaycanlıdır. Ali təhsillidir.
1998-ci ildə Azərbaycan Dövlət İqtisad İnstitutunu fərqlənmə diplomu ilə, 2008-ci ildə Böyük Britaniyanın Nottingem Universitetini MBA ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmişdir.
1999-cu ildən 2000-ci ilədək həqiqi hərbi xidmətdə olmuşdur.
2001-2004-cü illərdə Azərbaycan Respublikası Milli Bankının Kredit təşkilatlarının fəaliyyətinə nəzarət departamentinin 3 N-li nəzarət şöbəsində iqtisadçı, aparıcı iqtisadçı vəzifələrində işləmişdir.
2004-2006-cı illərdə AR Milli Bankının Kredit təşkilatlarının fəaliyyətinə nəzarət departamentinin Xarici nəzarət şöbəsinin tərkibində olan Pulların yuyulmasına qarşı fəaliyyət qrupunun rəhbəri vəzifəsində işləmişdir.
2006-2007-ci illərdə AR Milli Bankının Kredit təşkilatlarının fəaliyyətinə nəzarət departamentinin Xarici nəzarət şöbəsinin rəisi vəzifəsində işləmişdir.
2012-ci ilin fevral ayında Azərbaycan Respublikasında bank işinin inkişaf etdirilməsindəki xidmətinə görə “Tərəqqi” medalı ilə təltif edilmişdir.
2008-2016-cı illərdə AR Mərkəzi Bankının Kredit təşkilatlarının fəaliyyətinə nəzarət departamentinin direktor müavini, departament direktoru vəzifələrində işləmişdir.
2016-cı ilin may ayından Azərbaycan Respublikası Mərkəzi Bankı sədrinin müşaviri vəzifəsinə təyin edilmişdir. Hal-hazırda həmin vəzifədə çalışır.
2017-ci ilin sentyabr ayından Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasının sədri vəzifəsinə təyin edilmişdir.

Abdulla Məlik-Aslanov Abdulla Kərim oğlu Məlik-Aslanov
Mərkəzi Bankın sədrinin müşaviri
1958 – ci ildə Füzuli rayonunda anadan olmuşdur. Azərbaycanlıdır. Ali təhsillidir.
1979 – cu uldə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu bitirmişdir.
Əmək fəaliyyətinə 1979 – cu ildə SSRİ Dövlət Bankının Nərimanov şöbəsində iqtisadçı vəzifəsində başlamışdır.
1979 – cu ildən 1981 – ci ilədək ordu sıralarında həqiqi hərbi xidmətdə olmuşdur.
1981 – ci ildən SSRİ Dövlət Bankının Nərimanov şöbəsində iqtisadçı, aparıcı iqtisadçı, baş iqtisadçı, rəis müavini vəzifələrində işləmişdir.
1992 – ci ilin fevralından Azərbaycan Respublikası Milli Bankında idarə rəisi vəzifəsində,
19962001 – ci illərdə Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə Milli Bankın İdarə Heyətinin üzvü təyin edilmişdir.
1996 – cı ilin sentyabr ayından Azərbaycan Respublikası Milli Bankı İdarə Heyəti Sədrinin müavini vəzifəsinə təyin edilmişdir.
2007 – cı ilin fevral ayında Milli Bankın Baş direktoru vəzifəsinin icraçısı təyin edilmişdir.
2008 – ci ilin mart ayından -Azərbaycan Respublikası Milli Bankı Sədrinin müşaviri vəzifəsinə təyin edilmişdir. Hal-hazırda Azərbaycan Respublikası Mərkəzi Bankı Sədrinin müşaviri vəzifəsində çalışır.
Ailəlidir, 2 övladı var.
Azərbaycan Respublikasının Mərkəzi Bankı 20 ildə