04 aprel 2019-cu il, Bakı: Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən 1996-cı ildən etibarən ölkənin görkəmli şəxsiyyətlərinə, tarixinə, mədəniyyətinə, incəsənətinə, eləcə də ictimai-siyasi və tarixi proseslərini əks etdirən mövzulara aid, müxtəlif qiymətli metallardan hazırlanmış yubiley və xatirə pul nişanları istehsal olunaraq tədavülə buraxılır.
Belə ki, Mərkəzi Bank tərəfindən Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin xatirəsinin əbədiləşdirilməsinə və Ulu öndərin anadan olmasının 90 və 95 illik yubileyinə, Azərbaycanın dahi şairi Məhəmməd Füzulinin 500 illiyinə, Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpa edilməsinin iyirminci ildönümünə, Milli mətbuatın 135 illik, Mərkəzi Bankının 20 illik yubileyinə, Naxçıvan MR-nın 85 və 90 illiyinə, eləcə də müasir tariximizin ən böyük nailiyyətlərindən olan Əsrin Müqaviləsi, Tanap, Azerspace-1, Bakı-Tbilisi-Qars layihələrinə və I Avropa oyunlarına, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illiyinə həsr olunmuş və s. mövzularda yubiley və xatirə pul nişanları istehsal olunaraq tədavülə buraxılmışdır.
Yubiley və xatirə pul nişanları barədə məlumatlar Mərkəzi Bankın rəsmi internet səhifəsində "Milli pul nişanları" bölməsində yerləşdirilmişdir (link:https://www.cbar.az/moneymarks/coins?category=2).
Yubiley və xatirə pul nişanlarını əldə etmək istəyən vətəndaşlar Mərkəzi Bankın Elektron Xidmtələr portalında "Elektron müraciətlər sistemi"nə daxil olaraq sifariş edə (link:https://contact.e-cbar.az/?AspxAutoDetectCookieSupport=1), eləcə də Mərkəzi Bankın əsas inzibati binasında və ərazi idarələrində yerləşən kassa xidmətinə müraciət edərək əldə edə bilərlər.
Satışda olan yubiley və xatirə pul nişanları və onların qiymətləri barədə məlumat aşağıdakı cədvəldə göstərilmişdir.
Əlaqələndirici şəxs: Arzu Qəhrəmanova, Tel: +99412 493 11 22 (daxili: 386).
Satışda olan yubiley və xatirə pul nişanları və onların qiymətləri
(04.04.2019-cu il tarixə) barədə məlumat
Yubiley və xatirə pul nişanları | Buraxılış ili | Metalı | Çəkisi | Satış dəyəri (manat) |
Ulu Öndər Heydər Əliyev- 90 il | 2013 | qızıl | 1 unsiya | 2507.61 |
Ulu Öndər Heydər Əliyev- 90 il | 2013 | qızıl | 10 unsiya | 23976.07 |
Ulu Öndər Heydər Əliyev- 95 il | 2018 | qızıl | 1 unsiya | 2507.61 |
Ulu Öndər Heydər Əliyev- 95 il | 2018 | qızıl+platin | 1 unsiya | 2500.0 |
Ulu Öndər Heydər Əliyev- 95 il dəst | 2018 | qızıl+platin | 2 unsiya | 5300.0 |
Azərbaycan Xalq Cumhuriyyəti-100 il dəst | 2018 | qızıl | 2.25 unsiya | 6000.00 |
Azərbaycan Xalq Cumhuriyyəti-100 il | 2018 | qızıl | 1 unsiya | 2507.61 |
Azərbaycan Xalq Cumhuriyyəti-100 il | 2018 | qızıl | 3/4 unsiya | 2100.0 |
Azərbaycan Xalq Cumhuriyyəti-100 il | 2018 | qızıl | 1/2 unsiya | 1500.0 |
Naxçıvan MR yaranması - 85 il | 2009 | gümüş | 1 unsiya | 99.76 |
Naxçıvan MR yaranması - 90 il | 2015 | qızıl | 1 unsiya | 2507.61 |
Məhəmməd Füzuli | 1996 | gümüş | 28.28 qr | 38.76 |
Dövlət Müstəqilliyinin 20 illiyi | 2011 | qızıl | 1 unsiya | 2507.61 |
Mərkəzi Bankının 20 illiyi | 2012 | gümüş | 1 unsiya | 86.76 |
Milli Mətbuatının 135 illiyi | 2010 | gümüş | 1 unsiya | 112.76 |
"Bakı Tiflis Qars" dəmir yolu | 2015 | gümüş | 1 unsiya | 85.76 |
"Əsrin müqaviləsi"nin 20 illiyi | 2016 | qızıl | 1 unsiya | 2507.61 |
"Əsrin müqaviləsi"nin 20 illiyi | 2016 | gümüş | 1 unsiya | 85.76 |
"Azərspace" telekommunikasiya peyki | 2016 | gümüş | 1 unsiya | 85.76 |
"TANAP" layihəsi | 2016 | gümüş | 1 unsiya | 85.76 |
"Bakı-2015 Avropa oyunları"na həsr olunmuş (gimnastika, güləş, kanoe, oxatma, suya tullanma) | 2015 | gümüş | 1 unsiya | 85.76 |
"Bakı-2015 Avropa oyunları"na həsr olunmuş (gimnastika, güləş, kanoe, oxatma, suya tullanma) | 2015 | kupronikel | 1 unsiya | 22.0 |
Qeyd 1: 1 unsiya = 31.1 qr
Qeyd 2: Yubiley və xatirə pul nişanlarının qiyməti onların Mərkəzi Bankdan satın alındığı günə qiymətli metalların dünya bazarındakı qiymətindən asılı olaraq dəyişə bilər.