Azərbaycan Respublikasının Mərkəzi Bankında istismarda olan Xırda Ödənişlər üzrə Hesablaşma Klirinq Sisteminin texniki və standart proqram təminatı platformalarının dəstəklənməsi üzrə TENDER ELANI
- Azərbaycan Respublikasının Mərkəzi Bankı “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq Xırda Ödənişlər üzrə Hesablaşma Klirinq Sisteminin (XÖHKS) texniki platforması və standart proqram təminatına dəstək xidməti üzrə təchizatçının seçilməsi üzrə açıq tender üsulu ilə elektron satınalma keçirir:
Tender proseduru 6 sentyabr 2019-cu il tarixində saat 12:00-da Dövlət satınalmalarının vahid internet portalında (https://etender.gov.az/) keçiriləcəkdir.
- Maraqlı şəxslər tenderdə iştirak etmək üçün portal vasitəsilə elektron elanla tanış ola və 100 (bir yüz) manat məbləğində iştirak haqqı ödəməklə iddiaçı qismində qeydiyyatdan keçərək tenderin Əsas şərtlər toplusunu əldə edə bilər.
Tender komissiyası
06.08.2019