1. Azərbaycan Respublikası Mərkəzi Bankının əməkdaşlarının tibbi sığortalanması üzrə “Azərbaycan qəzeti”nin 03 sentyabr 2019-cu il tarixli nömrəsində dərc edilmiş tender, Tender komissiyasının 02 oktyabr 2019-cu il tarixli qərarı ilə “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun 50-1.2-ci və 50-1.3-cü maddələrinə müvafiq olaraq baş tutmamış hesab edilmişdir.
2. Azərbaycan Respublikasının Mərkəzi Bankı “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq öz əməkdaşları üçün tibbi sığorta xidmətlərinin alınması üzrə açıq tender keçirir.
Tender proseduru 21 noyabr 2019-cu il tarixində saat 15:00-da Azərbaycan Respublikası Mərkəzi Bankının inzibati binasında (Bakı şəhəri, R.Behbudov küçəsi 90) keçiriləcəkdir.
3. Tenderdə iştirak etmək üçün iddiaçı aşağıdakı sənədləri təqdim etməlidir:
- tenderdə iştirak üçün müraciət (ərizə);
- iddiaçının hüquqi statusunu əks etdirən hüquqi sənədlərin (nizamnamə, dövlət qeydiyyatı haqqında şəhadətnamə və ya hüquqi şəxslərin dövlət reyestridən çıxarış) notariat qaydasında təsdiq edilmiş surətləri;
- tender təklifini və satınalma müqaviləsini imzalamaq səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd;
- tenderdə iştirak haqqının ödənilməsi haqqında bank arayışı;
- iki nüsxə (əsli və surəti) Azərbaycan dilində tender təklifi (Tender təklifi 08 yanvar 2020-ci il tarixinədək qüvvədə olmalıdır);
- tender təklifinin qiymətinin 1 (bir) %-i məbləğində bank təminatı (tenderin Əsas şərtlər toplusuna əlavə edilən bank qarantiyası formasında);
- iddiaçıya Azərbaycan Respublikasında sığorta fəaliyyətini həyata keçirmək hüququ verən lisenziyanın və tibbi sığorta fəaliyyətinin həyata keçirilməsinə icazənin surəti;
- son 1 (bir) ildəki maliyyə vəziyyəti barədə bank arayışı;
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin, habelə son 1 (bir) il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrin yerinə yetirilməməsi hallarının mövcud olmaması haqqında müvafıq dövlət orqanından arayış;
- iddiaçının tibbi sığorta fəaliyyəti sahəsində ən azı 3 (üç) il təcrübəsinin olması barədə məlumat;
- sığorta qanunvericiliyinə uyğun olaraq onunla əlaqəli şəxs olmayan və ya iddiaçı üzərində əhəmiyyətli nəzarəti həyata keçirməyən ən azı 2 (iki) korporativ müştəri tərəfindən verilən tövsiyə məktubu;
- tenderin əsas şərtlər toplusunda iddiaçının ixtisas uyğunluğuna dair tələb olunan digər məlumatlar.
4. İddiaçı tender təklifini və tender təklifinin bank təminatını 20 noyabr 2019-cu il saat 18.00-a qədər möhürlənmiş, imzalanmış, yazılı surətdə ikiqat zərfdə, digər tələb olunan sənədləri isə ən geci 08 noyabr 2019-cu il saat 18.00-a qədər möhürlənmiş, imzalanmış, yazılı surətdə bağlı zərfdə Mərkəzi Bankın Bakı şəhəri, R.Behbudov küçəsi 90 ünvanında yerləşən inzibati binasına təqdim etməlidir. Göstərilən vaxtdan gec təqdim olunmuş zərf və sənədlər açılmadan geri qaytarılacaq və iddiaçı tenderə buraxılmayacaqdır.
5. İştirak haqqı 100 (bir yüz) manatdır. Tenderdə iştirak haqqı Azərbaycan Respublikası Mərkəzi Bankının aşağıdakı hesabına köçürülməlidir:
Azərbaycan Respublikasının Mərkəzi Bankı,
kod 501004, VÖEN 9900071001,
Hesab: AZ25NABZ01701190000000001944,
Müxbir hesab AZ74NABZ01451700000000001944,
S.W.I.F.T. BİK NABZAZ2C
Mərkəzi Bankın Ödəniş sistemləri və hesablaşmalar departamenti.
6. Xidmətin göstərilməsinə başlanma vaxtı: 27.11.2019-cu il tarixindən.
7. Xidmətin göstərilməsi müddəti: 12 (on iki) ay.
8. Qiymətləndirmə amilləri: maliyyə və texniki.
9. Tenderdə iştirak etmək istəyən sığorta şirkətləri iştirak haqqının ödənilməsi barədə bank arayışını təqdim edərək Mərkəzi Bankın Bakı şəhəri, R.Behbudov küçəsi 90 ünvanında yerləşən inzibati binasından Azərbaycan dilində tərtib edilmiş Tenderin əsas şərtlər toplusunu əldə edə bilərlər.
Tender üzrə əlaqələndirici şəxs:
Hüquq departamentinin əməkdaşı: Elvin Şirdanov (elvin_shirdanov@cbar.az, Tel: 4931122 (daxili 428).
Tender komissiyası