1. Azərbaycan Respublikasının Mərkəzi Bankı “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq aşağıdakı satınalmalar üzrə açıq tender üsulu ilə elektron satınalma keçirir:
Lot 1 - Azərbaycan Respublikası Mərkəzi Bankının Mərkəzi ofisinin və ərazi idarələrinin inzibati binalarında quraşdırılmış yanğınsöndürmə qurğularına, sistem və avadanlıqlarına texniki xidmətin satın alınması;
Lot 2 - Azərbaycan Respublikası Mərkəzi Bankının Mərkəzi ofisinin və ərazi idarələrinin inzibati binalarında istismar olunan isitmə-soyutma-havalandırma, su-kanal sistem və avadanlıqlarına texniki xidmətin satın alınması;
Lot 3 - Azərbaycan Respublikası Mərkəzi Bankının Mərkəzi ofisinin su və isitmə sistemi üzrə zəruri iş və mal-materialların satın alınması;
Lot 4 - Azərbaycan Respublikası Mərkəzi Bankının mərkəzi ofisinin və ərazi idarələrinin inzibati binalarında quraşdırılmış elektrik avadanlıqlarına texniki xidmətin satın alınması;
Lot 5 - Azərbaycan Respublikası Mərkəzi Bankının mərkəzi ofisinin və Bakı şəhəri Ə.Əliyev küçəsi 10 ünvanında yerləşən inzibati binasında təmir-bərpa işlərinin satın alınması;
Lot 6 - Azərbaycan Respublikasının Mərkəzi Bankına məxsus nəqliyyat vasitələrinə texniki xidmətin satın alınması;
Lot 7 - Azərbaycan Respublikasının Mərkəzi Bankı üçün korporativ stil mallarının satın alınması.
2. Tender proseduru 14 aprel 2020-ci il tarixində saat 15:00-da Dövlət satınalmalarının vahid internet portalında (https://etender.gov.az/) (bundan sonra – Portal) keçiriləcəkdir.
3. Tenderdə yalnız mikro, kiçik və orta sahibkarlıq subyektləri iştirak edə bilərlər.
4. Maraqlı şəxslər tenderdə iştirak etmək üçün Azərbaycan Respublikası Mərkəzi Bankının aşağıdakı hesabına hər bir iştirak etdiyi lot üzrə 50 (əlli) manat məbləğində iştirak haqqı ödəməklə Portal vasitəsilə Əsas şərtlər toplusunu əldə edə bilərlər:
Azərbaycan Respublikasının Mərkəzi Bankı
kod 501004, VÖEN 9900071001
Hesab: AZ25NABZ01701190000000001944
Müxbir hesab AZ74NABZ01451700000000001944
S.W.I.F.T. BİK NABZAZ2C
İştirak haqqı heç bir halda geri qaytarılmır.
5. Tenderdə iştirak etmək üçün iddiaçılar Portal vasitəsilə aşağıdakı sənədləri təqdim etməlidirlər:
- iddiaçının tam adı, nizamnaməsi, dövlət qeydiyyatı haqqında şəhadətnamə və ya hüquqi şəxslərin dövlət reyestrindən çıxarış, bank rekvizitləri;
- tender təklifini və satınalma müqaviləsini imzalamaq səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd;
- Azərbaycan dilində tender təklifi (tender təklifi 01 iyun 2020-ci il tarixinədək qüvvədə olmalıdır);
- tender təklifinin qiymətinin 1 (bir) % məbləğində bank təminatı (tenderin Əsas şərtlər toplusuna əlavə edilən bank qarantiyası formasında);
- iddiaçının son 1 (bir) ildəki maliyyə vəziyyəti barədə bank arayışı;
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin, habelə son 1 (bir) il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrin yerinə yetirilməməsi hallarının mövcud olmaması haqqında müvafıq dövlət orqanından arayış;
- tenderin Əsas şərtlər toplusunda iddiaçının ixtisas uyğunluğuna dair tələb olunan digər məlumat.
6. İddiaçılar tender təklifini və tender təklifinin bank təminatını 14 aprel 2020-ci il saat 14.00-a qədər, digər tələb olunan sənədləri isə ən geci 03 aprel 2020-ci il saat 15.00-a qədər Portal vasitəsilə təqdim edə bilərlər.
7. Satınalmaya başlanma vaxtı:
Lot 1: 01.10.2020-ci il tarixindən;
Lot 4: 01.07.2020-ci il tarixindən;
Lot 6: 01.05.2020-ci il tarixindən;
Lot 2, Lot 3, Lot 5, və Lot 7: satınalma müqaviləsi imzalandığı gündən.
8. Malların təqdim edilməsi müddəti:
Lot 1, Lot 2, Lot 4, Lot 6 və Lot 7: dövri olaraq 1 il müddətində;
Lot 3: satınalma müqaviləsi imzalandığı gündən 70 (yetmiş) təqvim günü müddətində;
Lot 5: satınalma müqaviləsi imzalandığı gündən 50 (əlli) təqvim günü müddətində.
9. Qiymətləndirmə meyarları:
Lot 1, Lot 2, Lot 3, Lot 4 və Lot 5: qiymət və texniki amillər (iş təcrübəsi, əməkdaşların peşəkarlığı və maddi-texniki baza);
Lot 6: qiymət və texniki amillər (əməkdaşların peşəkarlığı, maddi-texniki baza və korporativ müştərilərin sayı).
Lot 7: qiymət və texniki amillər (iş təcrübəsi və korporativ müştərilərin sayı).
10. İddiaçılar tərəfindən tenderlə bağlı bütün sorğular və onlara dair izahatlar yalnız Portal vasitəsilə verilir.
Tender prosedurunun hər bir iştirakçısı onun təklifinin açılmasını və qiymətləndirilməsini Portal vasitəsilə müşahidə edə bilər.
Tender Komissiyası