1. Mərkəzi Bank istismarda olan informasiya resurslarının proqram platformalarının dəstəklənməsi xidmətlərinin, habelə Mərkəzi Bankın printer parkı üçün kartriclərin və kompüter və server infrastrukturu üçün müvafiq ehtiyat hissələrinin satın alınması ilə bağlı “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq aşağıda qeyd olunan lotlar üzrə açıq tender üsulu ilə elektron satınalma keçirir:
- 1-ci lot üzrə: Elektron sənəd dövriyyəsi sisteminin dəstəklənməsi;
- 2-ci lot üzrə: Elektron imza üzrə sertifikatlaşma sisteminin dəstəklənməsi;
- 3-cü lot üzrə: Elektron statistik məlumat bazası və analitik hesabatlıq sisteminin dəstəklənməsi;
- 4-cü lot üzrə: Mərkəzləşdirilmiş kredit reyestri sisteminin dəstəklənməsi;
- 5-ci lot üzrə: Menecment informasiya sisteminin dəstəklənməsi;
- 6-cı lot üzrə: Maliyyə savadlılığı portalının dəstəklənməsi;
- 7-ci lot üzrə: Elektron xidmətlər portalının dəstəklənməsi;
- 8-ci lot üzrə: Elektron sənəd dövriyyəsi sisteminin təkmilləşdirilməsi;
- 9-cu lot üzrə: Server, kompüter və rabitə avadanlıqları üçün ehtiyat hissələrinin satın alınması;
- 10-cu lot üzrə: Katriclər və toner tozunun satın alınması.
2. Tender proseduru 17 aprel 2020-ci il tarixində saat 12:00-da dövlət satınalmalarının vahid internet portalında (https://etender.gov.az/) keçiriləcəkdir.
3. Tenderdə yalnız mikro, kiçik və orta sahibkarlıq subyektləri iştirak edə bilərlər.
4. Maraqlı şəxslər tenderdə iştirak etmək üçün Azərbaycan Respublikası Mərkəzi Bankının aşağıdakı hesabına hər bir iştirak etdiyi lot üzrə 100 (bir yüz) manat məbləğində iştirak haqqı ödəməklə Portal vasitəsilə Əsas şərtlər toplusunu əldə edə bilərlər:
Azərbaycan Respublikasının Mərkəzi Bankı
kod 501004, VÖEN 9900071001
Hesab: AZ25NABZ01701190000000001944
Müxbir hesab AZ74NABZ01451700000000001944
S.W.I.F.T. BİK NABZAZ2C
İştirak haqqı heç bir halda geri qaytarılmır.
5. Tenderdə iştirak etmək üçün iddiaçılar Portal vasitəsilə aşağıdakı sənədləri təqdim etməlidirlər:
- tenderdə iştirak üçün yazılı müraciət;
- iddiaçının hüquqi statusunu əks etdirən hüquqi sənədlərin (nizamnamə, dövlət qeydiyyatı haqqında şəhadətnamə və ya reyestrdən çıxarış və s.) notarial qaydada təsdiq edilmiş surətləri;
- tender təklifini və satınalma müqaviləsini imzalamaq səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd;
- tenderdə iştirak haqqının ödənilməsi haqqında bank arayışı;
- iddiaçının son 1 (bir) ildəki maliyyə vəziyyəti barədə bank arayışı;
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin, habelə son 1 (bir) il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrin yerinə yetirilməməsi hallarının mövcud olmaması haqqında müvafıq dövlət orqanından arayış;
- xidmətin göstərilməsi üzrə ən azı 2 (iki) sertifikatlaşdırılmış mütəxəssisin olmasını təsdiq edən sənədlərin surəti (1 – 8-ci lotlar üzrə);
- Azərbaycan dilində tender təklifi (tender təklifi 04 iyun 2020-ci il tarixinədək qüvvədə olmalıdır);
- tender təklifinin qiymətinin 1 (bir) % məbləğində bank təminatı (Əsas şərtlər toplusuna əlavə edilən formada);
- iddiaçının müvafiq sahə üzrə ən azı 2 (iki) illik iş təcrübəsini əks etdirən məlumatlar (korporativ müştərilərin adı, ünvanı, əlaqə telefonu);
- İddiaçının ixtisas uyğunluğuna dair tenderin əsas şərtlər toplusunda nəzərdə tutulmuş digər məlumatlar.
6. İddiaçılar tender təklifini və tender təklifinin bank təminatını 17 aprel 2020-ci il saat 11.00-a qədər, digər tələb olunan sənədləri isə ən geci 08 aprel 2020-ci il saat 18.00-a qədər Portal vasitəsilə təqdim edə bilərlər.
7. Satınalmaya başlanma vaxtı: satınalma müqaviləsi imzalandığı gündən.
8. Xidmətlərin göstərilməsi müddəti:
- Elektron sənəd dövriyyəsi sisteminin proqram platformasının dəstəklənməsi 11 oktyabr 2020-ci il tarixindən etibarən 1 (bir) il ərzində həyata keçirilməlidir;
- Elektron imza üzrə sertifikatlaşma sisteminin proqram platformasının dəstəklənməsi 11 oktyabr 2020-ci il tarixindən etibarən 1 (bir) il ərzində həyata keçirilməlidir;
- Elektron statistik məlumat bazası və analitik hesabatlıq sisteminin proqram platformasının dəstəklənməsi 30 oktyabr 2020-ci il tarixindən etibarən 1 (bir) il ərzində həyata keçirilməlidir;
- Mərkəzləşdirilmiş kredit reyestri sisteminin proqram platformasının dəstəklənməsi tender üzrə satınalma müqaviləsi imzalandığı gündən etibarən 1 (bir) il ərzində həyata keçirilməlidir;
- Menecment informasiya sisteminin proqram platformasının dəstəklənməsi tender üzrə satınalma müqaviləsi imzalandığı gündən etibarən 1 (bir) il ərzində həyata keçirilməlidir;
- Maliyyə savadlılığı portalının dəstəklənməsi 30 oktyabr 2020-ci il tarixindən etibarən 1 (bir) il ərzində həyata keçirilməlidir;
- Elektron xidmətlər portalının dəstəklənməsi tender üzrə satınalma müqaviləsi imzalandığı gündən etibarən 1 (bir) il ərzində həyata keçirilməlidir;
- Elektron sənəd dövriyyəsi sisteminin proqram platformasının təkmilləşdirilməsi satınalma müqaviləsi imzalandığı gündən etibarən 1 (bir) il ərzində həyata keçirilməlidir;
- Server, kompüter və rabitə avadanlıqları üçün ehtiyat hissələrinin satın alınması satınalma müqaviləsi imzalandığı gündən etibarən Sifarişçinin sifarişi əsasında 1 (bir) il müddətində həyata keçirilməlidir;
- Katriclər və toner tozunun satın alınması satınalma müqaviləsi imzalandığı gündən etibarən Sifarişçinin sifarişi əsasında 1 (bir) il müddətində həyata keçirilməlidir.
9. Qiymətləndirmə meyarları: 1 – 7-ci lotlar üzrə qiymət amili, 8 – 10-cu lotlar üzrə isə qiymət və texniki amillər.
10. İddiaçılar tərəfindən tenderlə bağlı bütün sorğular və onlara dair izahatlar yalnız dövlət satınalmalarının vahid internet portalı vasitəsilə verilir.
Tender prosedurunun hər bir iştirakçısı onun təklifinin açılmasını və qiymətləndirilməsini Portal vasitəsilə müşahidə edə bilər.
Tender komissiyası