Tender elanı
- Azərbaycan Respublikası Mərkəzi Bankında informasiya və kiber təhlükəsizliyin gücləndirilməsi məqsədi ilə avadanlıqların alınması və quraşdırılaraq fəaliyyətdə olan informasiya sistemlərinə inteqrasiyası ilə bağlı “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq açıq tender üsulu ilə elektron satınalma keçirir.
- Tender proseduru 22 aprel 2020-ci il tarixində saat 15:00-da Dövlət satınalmalarının vahid internet portalında (https://etender.gov.az/) (bundan sonra – Portal) keçiriləcəkdir.
- Tenderdə yalnız mikro, kiçik və orta sahibkarlıq subyektləri iştirak edə bilərlər.
- Maraqlı şəxslər tenderdə iştirak etmək üçün Azərbaycan Respublikası Mərkəzi Bankının aşağıdakı hesabına 300 (üç yüz) manat məbləğində iştirak haqqı ödəməklə Portal vasitəsilə Əsas şərtlər toplusunu əldə edə bilərlər:
Azərbaycan Respublikasının Mərkəzi Bankı
Kod: 501004, VÖEN 9900071001
Hesab: AZ25NABZ01701190000000001944
Müxbir hesab: AZ74NABZ01451700000000001944
S.W.I.F.T. BİK NABZAZ2C
İştirak haqqı heç bir halda geri qaytarılmır.
- Tenderdə iştirak etmək üçün iddiaçılar Portal vasitəsilə aşağıdakı sənədləri təqdim etməlidirlər:
- iddiaçının tam adı, nizamnaməsi, dövlət qeydiyyatı haqqında şəhadətnamə və ya hüquqi şəxslərin dövlət reyestrindən çıxarış, bank rekvizitləri;
- tender təklifini və satınalma müqaviləsini imzalamaq səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd;
- iddiaçının son 1 (bir) ildəki maliyyə vəziyyəti barədə bank arayışı;
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin, habelə son 1 (bir) il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrin yerinə yetirilməməsi hallarının mövcud olmaması haqqında müvafıq dövlət orqanından arayış;
- Azərbaycan dilində tender təklifi (tender təklifi 9 iyun 2020-ci il tarixinədək qüvvədə olmalıdır);
- tender təklifinin qiymətinin 1 (bir) % məbləğində bank təminatı (Əsas şərtlər toplusuna əlavə edilən formada);
- iddiaçının müvafiq sahə üzrə ən azı 2 (iki) illik iş təcrübəsini əks etdirən məlumatlar (korporativ müştərilərin adı, ünvanı, əlaqə telefonu);
- iddiaçının təklif olunan malların satılmasına müvəkkil edildiyini təsdiq edən Avtorizasiya forması (Manufacturer Authorization Form);
- İddiaçının ixtisas uyğunluğuna dair tenderin əsas şərtlər toplusunda nəzərdə tutulmuş digər məlumatlar.
- İddiaçılar tender təklifini və tender təklifinin bank təminatını 22 aprel 2020-ci il saat 14.00-a qədər, digər tələb olunan sənədləri isə ən geci 13 aprel 2020-ci il saat 18.00-a qədər Portal vasitəsilə təqdim edə bilərlər.
- Satınalmaya başlanma vaxtı: satınalma müqaviləsi imzalandığı gündən.
- Malların və xidmətin təqdim edilməsi müddəti və zəmanət müddəti:
- Malların təqdim edilməsi və işlərin görülməsi satınalma müqaviləsi imzalandığı gündən 6 (altı) ay müddətində;
- Təklif olunan mallara və görüləcək işlərə zəmanət ən azı 1 (bir) il müddətinə.
9. Qiymətləndirmə meyarları: qiymət və zəmanət müddəti.
10. İddiaçılar tərəfindən tenderlə bağlı bütün sorğular və onlara dair izahatlar yalnız Portal vasitəsilə verilir.
Tender prosedurunun hər bir iştirakçısı onun təklifinin açılmasını və qiymətləndirilməsini Portal vasitəsilə müşahidə edə bilər.
Tender komissiyası
17.03.2020