3 mart 2021, Bakı: Mərkəzi Bank tərəfindən Azərbaycan Banklar Assosiasiyası ilə birlikdə rəqəmsal ödənişlərin genişləndirilməsi, innovativ ödəniş həllərinin tətbiqi, elektron bankçılığın inkişafı istiqamətlərində 2020-ci ildə elan edilmiş nominasiyalar üzrə nəticələr müəyyən edilmişdir.
Sözügedən müsabiqə çərçivəsində 5 nominasiya üzrə aşağıdakı banklar qalib olmuşdur:
Məlumat üçün bildiririk ki, rəqəmsal ödənişlərin artırılması istiqamətində görülən tədbirlər nəticəsində 2020-ci ilin göstəricilərinə əsasən ölkə daxilində ödəniş kartları ilə aparılmış əməliyyatların ümumi həcmi 2019-cu il ilə müqayisədə 26%, nağdsız hesablaşmaların həcmi 34% artmışdır. Ölkədə elektron ticarət vasitəsilə aparılan əməliyyatların sayı 55%, həcmi isə 22% artmışdır. Təmassız ödənişlərin sayı və həcmi isə 2019-cu ilin göstəricilərini müvafiq olaraq 4.3 və 5.4 dəfə üstələmişdir.
Mərkəzi Bank qalibləri təbrik edir və bütün bankları müasir dövrümüzdə zəruriliyi daha da aktuallaşan təmassız texnologiyaların və rəqəmsal ödəniş imkanlarının artırılması, elektron bankçılığın inkişafı, bank müştərilərinin yaradılmış imkanlardan daha geniş istifadəyə cəlb edilməsi istiqamətində fəaliyyətlərində aktiv olmağa çağırır.