Nağdsız ödənişlər üzrə nominasiya

Son illər ərzində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən ölkədə nağdsız hesablaşmaların həcminin artırılması, elektron ödəniş xidmətlərindən istifadənin əhatə dairəsinin genişləndirilməsi istiqamətində bir sıra tapşırıqlar verilmişdir. Verilən tapşırıqların vaxtında icrası məqsədi ilə Mərkəzi Bank tərəfindən həm aidiyyatı hökumət qurumları, həm də banklarla birlikdə müxtəlif tədbirlər həyata keçirilir.

Belə tədbirlərdən biri də banklar arasında maliyyə vasitəçiliyində innovasiyaların tətbiqinin genişləndirilməsi, elektron bankçılıq xidmətlərinin inkişaf etdrilməsi, nağdsız ödəniş alətlərindən istifadənin artırılması məqsədi ilə 2013-cü ildən illik əsasda keçirilən nominasiya müsabiqəsidir. Nominasiya çərçivəsində bankların illik fəaliyyətlərinin qiymətləndirilməsi və aktiv olanların mükafatlandırılması həyata keçirilir.

Fəaliyyət proqramı çərçivəsində Mərkəzi Bank tərəfindən 2015-ci ildən etibarən aşağıdakı nominasiyalar üzrə müsabiqələr keçirilir:

• “Nağdsız ödənişlər üzrə lider bank” nominasiyası

• “Elektron bankçılıq xidmətlərində lider bank” nominasiyası

• “Elektron ticarətin inkişafında lider bank” nominasiyası

• “Təmassız ödəniş kartları üzrə lider bank” nominasiyası

• “Təmassız POS-terminal infrastrukturu üzrə lider bank” nominasiyası

  • 2018-ci il üzrə nominasiyanın şərtləri [0.244 Mb]
  • Nominasiya müsabiqələrinin qalibləri:

  • 2017-ci il üzrə qalib banklar [0.22 Mb]
  • 2016-cı il üzrə qalib banklar [0.177 Mb]
  • 2015-ci il üzrə qalib banklar [0.178 Mb]
  • 2014-cü il üzrə qalib banklar [0.175 Mb]
  • Nominasiya müsabiqəsi ilə əlaqədar sənədlər:

  • Nağdsiz ödənişlər sahəsində fərqlənmiş banklarin mükafatlandirilmasi üzrə münsiflər heyəti haqqinda əsasnamə [0.082 Mb]
  • Sərəncam [0.98 Mb]
  • Azərbaycan Respublikasının Mərkəzi Bankı 20 ildə