Mərkəzi Bankın fəaliyyətinin əsas məqsədi öz səlahiyyətləri daxilində qiymətlərin sabitliyinin təmin edilməsidir.

Mərkəzi Bankın fəaliyyətinin məqsədi, həmçinin banklararası mərkəzləşdirilmiş və digər lisenziyalaşdırılmayan ödəniş sistemlərinin təşkili və fəaliyyətinin təmin edilməsi, habelə bank sisteminin sabitliyinə dəstəyin göstərilməsindən ibarətdir.

Mərkəzi Bank dövlətin pul və valyuta siyasətini müəyyən edir və həyata keçirir.

Mərkəzi Bank nağd pul dövriyyəsini təşkil edir, pul nişanlarının tədavülə buraxılmasını və tədavüldən çıxarılmasını həyata keçirir.

Mərkəzi Bank manatın xarici valyutalara nisbətdə rəsmi məzənnəsini mütəmadi müəyyən edir və elan edir.

Mərkəzi Bank valyuta tənzimini və nəzarətini həyata keçirir.

Mərkəzi Bank sərəncamında olan beynəlxalq qızıl-valyuta ehtiyatlarını saxlayır və idarə edir.

Mərkəzi Bank hesabat tədiyə balansını tərtib edir və ölkənin proqnoz tədiyə balansının hazırlanmasında iştirak edir, ölkənin icmal xarici borc statistikasını və beynəlxalq investisiya balansını tərtib edir, məlumatların ümumiləşdirilməsini və yayılmasını təmin edir.

Azərbaycan Respublikasının Mərkəzi Bankı 20 ildə Dunya Bankının Vasinqtondakı baş ofisində Azərbaycan Günləri