Mərkəzi Bank tələbələr üçün “Maliyyə texnologiyaları və rəqəmsal transformasiya” mövzusunda təlim proqramlarını davam etdirir
18 may 2026-cı il, Bakı: Mərkəzi Bank rəqəmsal maliyyə texnologiyaları ekosisteminin inkişafının təşviqinə, eləcə də bu sahədə məlumatlılığın artırılmasına və insan kapitalının inkişafına xüsusi önəm verir. Bu istiqamətdə həyata keçirilən təşəbbüslər çərçivəsində ölkənin qabaqcıl ali təhsil müəssisələrindən biri olan Bakı Ali Neft Məktəbinin (BANM) tələbələri üçün “Maliyyə texnologiyaları və rəqəmsal transformasiya” mövzusunda təlim proqramı təşkil olunub. 50-yə yaxın tələbənin iştirak etdiyi proqram zamanı “Rəqəmlərlə iqtisadiyyatın idarə edilməsi”, “Rəqəmsal maliyyə məhsulları”,...



















