Press-relizlər

01.11.2007
Milli Bankın valyuta ehtiyatları 3,2 mlrd. ABŞ dollarını ötüb

Milli Bankın sərəncamında olan rəsmi valyuta ehtiyatlarının həcmi 2007-ci ilin ilk 10 ayı ərzində, ilin əvvəli ilə müqayisədə 1270,1 mln. ABŞ dolları (64,6 %) artaraq 3 237,4 mln. ABŞ dollarına catmışdır.

16.10.2007
Dünya Bankının nümayəndə heyəti Milli Bankda

Bakıda səfərdə olan Dünya Bankının Avropa və Mərkəzi Asiya Regionu üzrə aparıcı maliyyə mütəxəssisi Maykl Edvards və bankın Azərbaycandakı yerli ofisinin müdiri Qreqori Yedjeyçak Milli Bankda olmuşlar. Qonaqları Milli Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov qəbul etmişdir.

Görüşdə təklif olunan “Maliyyə sektorunun modernizasiyası” layihəsinin formalaşdırılması, həmçinin “Maliyyə...

01.10.2007
Milli Bankın valyuta ehtiyatları 3 mlrd. ABŞ dollarını ötüb

Milli Bankın Mətbuat xidməti bildirir ki,Milli Bankın sərəncamında olan rəsmi valyuta ehtiyatlarının həcmi 2007-ci ilin ilk 9 ayı ərzində, ilin əvvəli ilə müqayisədə 1168,3 mln. ABŞ dolları (59,4 %) artaraq 3 135,6 mln. ABŞ dollarına catmışdır.

24.09.2007
Dünya Bankının İcraçı direktoru Milli Bankda

Bakıda səfərdə olan Dünya Bankının İcraçı Direktoru Mişel Mordasini Milli Bankda olmuşdur. Milli Bankın İdarə Heyəti sədrinin birinci müavini Alim Quliyevlə görüş zamanı bir sıra məsələlər müzakirə olunmuşdur. Görüşdə Dünya Bankı ilə Azərbaycan arasındakı uzunmüddətli əməkdaşlığın perspektivləri, Dünya Bankının qurumları, Beynəxalq İnkişaf Assosiasiyası, Beynəlxalq Maliyyə Korporasiyası...

10.09.2007
Milli Bankın statistik bülleteninin 7-cı sayı çapdan çıxmışdır

Milli Bankın statisitik bülleteninin 7-cı sayı nəfis şəkildə Azərbaycan və ingilis dillərində çapdan çıxmışdır. Bülleten 5 bölmə və Metodoloji izahatlardan ibarətdir. Əsas makroiqtisadi göstəricilər bölməsində qiymət indekslərinin dəyişməsi, Azərbaycan Respublikasının Dövlət büdcəsinin əsas göstəriciləri, AR tədiyə balansı, AR beynəlxalq investisiyalar balansı, AR xarici ticarəti və manatın...

06.09.2007
BVF nümayəndə heyəti Milli Bankda

Xəbər verdiyimiz kimi, Beynəlxalq Valyuta Fondunun (BVF) nümayəndə heyəti 2007-ci ilin avqust ayının 29-dan sentyabr ayının 6-dək Bakıda səfərdə olmuşdur.Səfərdə məqsəd 2007-ci ilin sonuna Azərbaycanda makroiqtisadi siyasət, 2008-ci ilin büdcə layihəsi və onun əsasında duran makroiqtisadi çərçivənin müzakirəsi olmuşdur. Bir sıra dövlət və hökumət rəsmiləri ilə görüşən nümayəndə heyəti Milli...

05.09.2007
Milli Bankın valyuta ehtiyyatları 3 mlrd. ABŞ dolları səviyyəsindədir

Milli Bankın Mətbuat xidməti bildirir ki, Milli Bankın sərəncamında olan rəsmi valyuta ehtiyatlarının həcmi 2007-ci ilin ilk 8 ayı ərzində, ilin əvvəli ilə müqayisədə 1012,2 mln. ABŞ dolları (51,5 %) artaraq 2 979,5 mln. ABŞ dollarına çatmışdır.

06.08.2007
Milli Bankın statistik bülleteninin 6-cı sayı çapdan çıxmışdır

Milli Bankın statisitik bülleteninin 6-cı sayı nəfis şəkildə Azərbaycan və ingilis dillərində çapdan çıxmışdır. Bülleten 5 bölmə və Metodoloji izahatlardan ibarətdir. Əsas makroiqtisadi göstəricilər bölməsində qiymət indekslərinin dəyişməsi, Azərbaycan Respublikasının Dövlət büdcəsinin əsas göstəriciləri, AR tədiyə balansı, AR beynəlxalq investisiyalar balansı, AR xarici ticarəti və manatın...

25.07.2007
Bankların yerli filiallarının sayı artır

Milli Bankın Mətbuat xidməti bildirir ki, 2007-ci ilin iyul ayının 1-ə bank əməliyyatları aparmaq üçün 138 kredit təşkilatının lisenziyası olmuşdur. Bunlardan 94-ü qeyri-bank kredit təşkilatlarıdır. 2007-ci ilin uyulun 1-nə respublikada 44 bank fəaliyyət göstərmişdir, onlardan 2-si dövlət, 42-si isə özəl bankdır. Xarici kapitalın iştirakı ilə 21 bank fəaliyyət göstərmişdir. Xarici kapital 6 bankın nizamnamə...

24.07.2007
Bankomatlar və Pos-terminallar artır

Milli Bankın Mətbuat xidməti bildirir ki, 2007-ci ilin iyul ayının 1-ə Azərbaycan Respublikası üzrə bankomatların sayı 1163 ədəd olmuşdur. Qeyd edək ki, ötən ilin müvafiq dövründə bu göstərici 947 ədəd olmuşdur. Cari ilin uyul ayının 1-nə bankomatların 727-i Bakı şəhərində, 436-ı isə digər şəhər və rayonlarda yerləşir. Bu dövrdə Azərbaycan Respublikası üzrə Pos-terminalların sayı 3118 ədəd...

| 1 | 2 | | 79 | 80 | 81 | | 83 | | 85 | 86 | 87 | 88 |
Azərbaycan Respublikasının Mərkəzi Bankı 20 ildə