Beynəlxalq əməkdaşlıq

Azərbaycan Respublikasının milli iqtisadiyyatının dünya iqtisadi sisteminə inteqrasiyasının dərinləşdiyi bir dövrdə mərkəzi bankçılığın bütün funksional istiqamətləri üzrə fəaliyyətin müasir tələblərə uyğun səmərəli təşkili və beynəlxalq standartların tətbiqi məqsədilə beynəlxalq maliyyə-kredit təşkilatları və mərkəzi bankçılıq işi üzrə beynəlxalq nüfuza malik ölkələrlə qarsılıqlı faydalı əməkdaşlıq münasibətlərinin qurulması mühüm əhəmiyyət kəsb edir.

Azərbaycan Mərkəzi Bankının (AMB) fəaliyyətinin bütün istiqamətlərində işin beynəlxalq standartlara uyğunlaşdırılmasının əsas hədəf olması beynəlxalq təcrübənin öyrənilməsi və əməkdaşlığın genişləndirilməsini, beynəlxalq imicin yüksəldilməsini daha da aktuallaşdırır. Bu istiqamətdə həyata keçirilən tədbirlər AMB-nin qarşısına qoyulmuş vəzifələrin yerinə yetirilməsini təmin etməyə, aparılan islahatlar və modernləşmə tədbirlərində bank işində zəngin təcrübəyə malik olan xarici mərkəzi bankların təcrübəsindən faydalanmağa, habelə AMB-nin beynəlxalq arenada layiqincə təmsil edilməsinə zəmin yaradır.

Bu səbəbdən AMB-nin beynəlxalq maliyyə institutları ilə əlaqələrinin intensivləşdirilməsi və maliyyə sektorunun inkişafı ilə əlaqədar yeni layihələrin cəlb olunması istiqamətində işin genişləndirilməsi qarşıda duran əsas vəzifələrdən birinə çevrilmişdir.

Azərbaycan Respublikasının Mərkəzi Bankı 20 ildə