İdarə Heyəti

Elman RüstəmovDr. Elman Sirac oğlu RÜSTƏMOV
Azərbaycan Respublikası Mərkəzi Bankının sədri
1952-ci ildə Azərbaycan Respublikasının Cəbrayıl rayonunda anadan olmuşdur. Azərbaycanlıdır. Ali təhsillidir.
1973-cü ildə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu “Xalq təsərrüfatının planlaşdırılması” ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmişdir. Əmək fəaliyyətinə 1973-cü ildə Azərbaycan SSR Dövlət Plan Komitəsi yanında Elmi-tədqiqat İqtisadiyyat İnstitutunun iqtisadçısı vəzifəsində başlamışdır.
1974-cü ildən 1975-ci ilədək həqiqi hərbi xidmətdə olmuşdur.
1975-ci ildən 1978-ci ilədək aspiranturada oxumuşdur.
1978-ci ildən 1980-ci ilədək Azərbaycan SSR Yüngül Sənaye Nazirliyinin Bakı Zərif-Mahud istehsalat birliyində iqtisadiyyat idarəsinin rəisi vəzifəsində işləmişdir.
1980-cı ildən 1990-cı ilədək Elmi-tədqiqat İqtisadiyyat İnstitutunda böyük iqtisadçı, bölmə müdiri vəzifələrində çalışmışdır.
1986-cı ildən iqtisad elmləri namizədidir.
1990-cı ildən 1992-ci ilədək Moskva şəhərində doktoranturada təhsil almışdır.
1991-ci ildən 1992-ci ilədək Azərbaycan Respublikası Prezident Aparatında böyük məsləhətçi vəzifəsində işləmişdir.
1992-ci ilin dekabrında Azərbaycan Respublikası Milli Bankı İdarə Heyəti sədrinin birinci müavini vəzifəsinə təyin edilmişdir.
1995-ci ilin yanvarında Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Azərbaycan Respublikası Milli Bankı İdarə Heyətinin sədri vəzifəsinə təyin edilmişdir.
2000-ci ilin aprelində 5 il müddətinə Milli Bankın İdarə Heyətinin sədri vəzifəsinə təyin edilmişdir.
2005-ilin aprelində 5 il müddətinə Milli Bankın İdarə Heyətinin sədri vəzifəsinə təyin edilmişdir.
2010-cu ilin aprelində 5 il müddətinə Mərkəzi Bankın sədri vəzifəsinə təyin edilmişdir. Dünya Bankının Azərbaycan üzrə sədridir.
2011-ci ildə Lomonosov adına Moskva Dövlət Universitetində Dünya İqtisadiyyatı ixtisası üzrə İqtisadiyyat Elmləri doktoru dərəcəsini almışdır.
2012-cı ilin fevral ayında Azərbaycan Respublikasında bank işinin inkişaf etdirilməsindəki xidmətinə görə “Şöhrət” ordeni ilə təltif edilmişdir.
2015-ci ilin aprelində 5 il müddətinə Mərkəzi Bankın sədri vəzifəsinə təyin edilmişdir.
Ailəlidir. 3 övladı var.

Alim QuliyevAlim Səlim oğlu QULİYEV
Mərkəzi Bankın sədrinin birinci müavini
1960-cı ildə Azərbaycan Respublikasının Tər-Tər rayonunda anadan olmuşdur. Azərbaycanlıdır. Ali təhsillidir.
1981-ci ildə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu fərqlənmə diplomu ilə bitirmişdir.
Əmək fəaliyyətinə 1981-ci ildə SSRİ Dövlət Bankının Şamaxı şöbəsində iqtisadçı kimi başlamışdır. 1981-ci ildən 1983-cü ilədək həqiqi hərbi xidmətdə olmuşdur.
1983-cü ilin iyun ayından dekabr ayınadək SSRİ Dövlət Bankının Şamaxı şöbəsində iqtisadçı vəzifəsində işləmişdir.
1983-cü ilin dekabrından 1988-ci ilədək SSRİ Dövlət Bankı Azərbaycan Respublikası kontorunun Təftiş idarəsində müfəttiş, böyük müfəttiş vəzifələrində işləmişdir.
1988-ci ildən 1993-cü ilədək Səhmadar-Kommersiya Aqrar-Sənaye Bankının Nəzarət-təftiş idarəsində aparıcı müfəttiş, baş müfəttiş, İdarə Heyəti sədrinin müavini vəzifələrində işləmişdir.
1993-cü ilin yanvar ayından Azərbaycan Respublikasının Milli Bankında Banklara nəzarət idarəsinin rəisi vəzifəsində işləmişdir.
1995-ci ilin mart ayından Təftiş departamentinin direktoru və İdarə Heyəti sədrinin müavini vəzifəsini icra etmişdir.
1995-ci ilin oktyabr ayından 1996-cı ilin iyun ayınadək Səhmdar-Kommersiya Əmanət Bankının Müvəqqəti İdarəetmə Komitəsinin sədri işləmişdir.
1996-cı il iyunun 14-dən Azərbaycan Respublikasının Milli Bankı İdarə Heyətinin üzvü, həmin ilin sentyabrın 24-dən isə İdarə Heyəti sədrinin birinci müavini vəzifəsinə təyin edilmişdir.
2001-ci ilin dekabr ayında Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə ikinci dəfə Azərbaycan Respublikası Milli Bankı İdarə Heyətinin üzvü seçilmişdir.
2002-ci ildən iqtisad elmləri namizədidir. Yeddi elmi əsərin və bir monoqrafiyanın müəllifidir.
2006-cı ilin dekabr ayında üçüncü dəfə Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə Azərbaycan Respublikası Milli Bankı İdarə Heyətinin üzvü seçilmişdir.
2012-cı ilin fevral ayında Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə dördüncü dəfə Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin üzvü seçilmişdir.
Hal-hazırda Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin üzvüdür, Azərbaycan Republikası Mərkəzi Bankı sədrinin birinci müavini vəzifəsində çalışır.
2007-ci ilin fevral ayında Azərbaycan Respublikasında bank sisteminin inkişafındakı xidmətinə görə “Tərəqqi” medalı ilə təltif edilmişdir.
2012-cı ilin fevral ayında Azərbaycan Respublikasında bank işinin inkişaf etdirilməsindəki xidmətinə görə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilmişdir.
Ailəlidir, 2 övladı var.

Vadim XubanovVadim Ələddin oğlu XUBANOV
Mərkəzi Bankın sədrinin müavini
1963 – cü ildə Moskva şəhərində anadan olmuşdur. Azərbaycanlıdır. Ali təhsillidir.
1985 – ci ildə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu fərqlənmə diplomu ilə bitirmişdir.
Əmək fəaliyyətinə 1985 – ci ildə SSRİ Dövlət Bankının Azərbaycan Respublikası kontorunun baş iqtisadçısı vəzifəsində başlamışdır.
1985 – ci ildən 1987 – ci ilədək ordu sıralarında həqiqi hərbi xidmətdə olmuşdur.
1987 – ci ildən SSRİ Dövlət Bankının Azərbaycan Respublikası kontorunun 26 Bakı komissarı adına rayon şöbəsində iqtisadçı, həmin ildən Mənzil-kommunal Təsərrüfatı və Sosial İnkişaf Bankında iqtisadçı, böyük iqtisadçı, I dərəcəli iqtisadçı işləmişdir.
1991 – ci ildən Azərbaycan Respublikası Xarici Əlaqələr Bankında Kredit-plan şöbəsinin rəisi,
1992 – ci ildə Azərbaycan Respublikası Beynəlxalq Bankında İqtisadi təhlil, beynəlxalq əlaqələrin inkişafı müdiriyyətinin direktoru vəzifəsində işləmişdir.
1993 – cü ildən Səhmdar-Kommersiya Beynəlxalq Bankı İdarə Heyəti sədrinin müavini, 1995 – ci ildən isə İdarə Heyəti sədrinin birinci müavini işləmişdir.
1996 – cı il iyunun 14 – dən Azərbaycan Respublikası Milli Bankı İdarə Heyətinin üzvü, həmin ilin sentyabrın 24 – dən isə İdarə Heyəti sədrinin müavini vəzifəsinə təyin edilmişdir.
2001 – ci ilin dekabr ayında Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə ikinci dəfə Azərbaycan Respublikası Milli Bankı İdarə Heyətinin üzvü seçilmişdir.
2006 – ci ilin dekabr ayında Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə üçüncü dəfə Azərbaycan Respublikası Milli Bankı İdarə Heyətinin üzvü seçilmişdir.
2012-cı ilin fevral ayında Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə dördüncü dəfə Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin üzvü seçilmişdir. Hal-hazırda Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin üzvüdür, Azərbaycan Republikası Mərkəzi Bankı sədrinin müavini vəzifəsində çalışır.
2012-cı ilin fevral ayında Azərbaycan Respublikasında bank işinin inkişaf etdirilməsindəki xidmətinə görə “Tərəqqi” medalı ilə təltif edilmişdir.
Ailəlidir, 2 övladı var.
Avtandil BabayevAftandil Qasım oğlu BABAYEV
Mərkəzi Bankın sədrinin müavini
1957 – ci ildə Gürcüstan Respublikası Marneuli rayonunda anadan olmuşdur. Azərbaycanlıdır. Ali təhsillidir.
1978 – ci ildə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun “Xalq Təsərrüfatının planlaşdırılması” ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmişdir. 1978-1982-ci illərdə həmin institutun Aspirantura şöbəsində qiyabi təhsil almışdır.
Əmək fəaliyyətinə 1978 – ci ildə “Azkolxoz xüsusi tikinti” Trestininn plan şöbəsində iqtisadçı vəzifəsində başlamışdır.
19791980– cı illərdə ordu sıralarında həqiqi hərbi xidmətdə olmuşdur.
1981 – ci ildən 1983 – cü ilədək Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyində iqtisadçı, böyük iqtisadçı, maliyyə şöbəsinin rəisi vəzifələrində işləmişdir.
1983 – cü ildən 1984 – cü ilədək Respublika Maliyyə Nazirliyində böyük iqtisadçı vəzifəsində, 1984 – cü ildən 1994 – cü ilədək Dövlət Qiymət Komitəsində şöbə rəisinin müavini, şöbə rəisi, baş idarə rəisinin müavini vəzifələrində işləmişdir.
1988-ci ildə Azərbaycan KP MK yanında Marksizm-Leninizm Universitetini fərqlənmə diplomu ilə bitirmişdir.
1994 – cü ildən Azərbaycan Respublikasının Milli Bankında Baş Pul-kredit siyasəti və valyutanın tənzimi idarəsi rəisinin müavini, 1995 – ci ildən Pul-kredit siyasəti departamentinin direktoru, 2000 – ci ilin iyul ayından isə Milli Bankın Baş direktoru vəzifəsinə təyin edilmişdir.
2001 – ci ilin dekabr ayında Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə Azərbaycan Republikası Milli Bankı İdarə Heyətinin üzvü seçilmişdir.
2006 – ci ilin dekabr ayında Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə ikinci dəfə Azərbaycan Republikası Milli Bankı İdarə Heyətinin üzvü seçilmişdir.
2007 – ci ilin fevral ayında Azərbaycan Republikası Milli Bankı İdarə Heyəti sədrinin müavini vəzifəsinə təyin edilmişdir.
2012-cı ilin fevral ayında Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə üçüncü dəfə Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin üzvü seçilmişdir.
Hal-hazırda Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin üzvüdür, Azərbaycan Republikası Mərkəzi Bankı sədrinin müavini vəzifəsində çalışır.
2012-cı ilin fevral ayında Azərbaycan Respublikasında bank işinin inkişaf etdirilməsindəki xidmətinə görə “Tərəqqi” medalı ilə təltif edilmişdir.
Ailəlidir, 3 övladı var.
Xaqani AbdullayevXəqani Sərxan oğlu ABDULLAYEV
Mərkəzi Bankın sədrinin müavini
1976-cı ildə Azərbaycan Respublikasının Beyləqan rayonunda anadan olmuşdur. Azərbaycanlıdır. Ali təhsillidir.
1999-cu ildə Azərbaycan Dövlət İqtisad İnstitutunu “Beynəlxalq iqtisadi münasibətlər” ixtisası üzrə magistr dərəcəsilə bitirmişdir.
Əmək fəaliyyətinə 1997-ci ildən Azərbaycan Respublikasının Milli Bankında Pul-kredit siyasəti departamentində aparıcı ekspert vəzifəsilə başlamışdır.
2000-ci ilin avqust ayından Azərbaycan Respublikası Milli Bankının Monetar siyasəti departamentinin baş iqtisadçısı, şöbə rəisi, departament direktoru vəzifələrində çalışmışdır.
2005-ci ildən iqtisad elmləri namizədidir.
2008-ci ildə ABŞ-ın George Washington Universitetində “Fulbright” tədqiqat proqramı çərçivəsində ixtisaslaşmış təhsil almışdır.
2008-ci ilin aprel ayından Milli Bankın Baş direktoru vəzifəsinin icraçısı təyin edilmişdir.
2009-cu ilin iyul ayında Mərkəzi Bankın Baş direktoru vəzifəsinə təsdiq edilmişdir.
2010-cu ilin mart ayından Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin üzvü seçilmişdir.
2010-cu ilin aprel ayından Azərbaycan Republikası Mərkəzi Bankı sədrinin müavini vəzifəsinə təyin edilmişdir.
2007-ci ilin fevral ayında Azərbaycan Respublikasında bank sisteminin inkişafındakı xidmətinə görə “Tərəqqi” medalı ilə təltif edilmişdir.
2015-ci ilin aprel ayından Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin üzvü seçilmişdir.
2015-ci ilin aprel ayından Azərbaycan Republikası Mərkəzi Bankı sədrinin müavini vəzifəsinə təyin edilmişdir.
Ailəlidir. 3 övladı var.
Azərbaycan Respublikasının Mərkəzi Bankı 20 ildə