Azərbaycan Respublikası Prezidentinin 15 iyul 1992-ci il tarixli “Azərbaycan Respublikası milli valyutasının dövriyyəyə buraxılması haqqında” Fərmanına müvafiq olaraq 1992-ci ilin noyabr ayında dövriyyəyə 5, 10, 20 və 50 qəpiklik metal pul nişanları buraxılmışdır.

Azərbaycan Respublikası Prezidenti tərəfindən 7 fevral 2005-ci il tarixdə “Azərbaycan Respublikasında pul nişanlarının nominal dəyərinin və qiymətlər miqyasının dəyişdirilməsi (denominasiyası) haqqında” imzalanmış Fərmana uyğun olaraq 2006-cı ildən başlayaraq köhnə nümunəli metal pul nişanları dövriyyədən çıxarılmışdır.


