Saytın yüngül versiyası In english Saytın xəritəsi Forum Qaynar xətt Əks-əlaqə

İllik inflyasiya

AZN məzənnəsi

29.07.2010
tam siyahı
1 USD0.8036
1 EUR1.0457
1 RUR0.0266

Faiz dəhlizinin parametrləri

Monetar göstəricilər

Bank xidmətləri ilə bağlı sual və təklifləriniz varsa, "qaynar xəttə" müraciət edə bilərsiniz.
(+994 12) 493-11-22 (3-87)
Milli valyuta ilə əlaqədar hər-hansı bir sualınız yaranarsa, "qaynar xəttə" müraciət edə bilərsiniz.
(+994 12) 493-13-23
 1992-2010-cu illərdə dövriyyəyə buraxılmış sikkələr
+
-

Məhəmməd Füzulinin xatirəsinə həsr olunmuş qızıl və gümüş sikkə

1996-cı ildə ilk dəfə olaraq Milli Bank tərəfindən Azərbaycanın görkəmli şair və mütəfəkkiri Məhəmməd Füzulinin həyat və yaradıcılığının (1494-1556) 500 illiyinə həsr olunmuş 100 manat dəyərində qızıl və 50 manat dəyərində gümüş xatirə sikkələri buraxılmışdır.

Xatirə sikkələrinin üz tərəfində Məhəmməd Füzulinin siması, arxa hissəsində isə şairin məşhur “Leyli və Məcnun” poemasından bir səhnə əks etdirilmişdir. Xatirə sikkəsi Böyük Britaniyanın Kral Sikkəxanasında yüksək beynəlxalq standartlarına uyğun şəkildə hazırlanmışdır.

image002 Fizuli_silver_back

QIZILGÜMÜŞ
Dəyəri100 manatDəyəri50 manat
Diametri25.05 mmDiametri38.61 mm
Çəkisi7.98 qÇəkisi38.61 q
Əyarı916.7Əyarı925
TipiFabrikTipiFabrik
StandartƏyarıStandartƏyarı
Buraxılış limiti500Buraxılış limiti5000

Ailəsi Azərbaycandan Bağdada köçdüyünə görə Məhəmməd Füzuli Iraqın Kərbəla şəhərində, Bağdad yaxınlığında anadan olmuşdur.

Füzuli bir çox elmləri, o cümlədən yunan və ərəb fəlsəfəsini, astronomiya, riyaziyyat və tibb elmlərini mənimsəmiş, doğma Azərbaycan dilindən başqa ərəb və fars dillərinə də yiyələnmişdir.

O, üç divanın yaradıcısı kimi hələ sağlığında bütün Şərq xalqlarının sevimlisi olmuşdur. Azərbaycan, ərəb və fars dillərində yazılmış minlərlə qəsidə, qəzəl və rübailərin, Rindu-Zahid, Səhhəti-Mərəz, Bəngü-Badə, Söhbət-ül Əsmar, Şikayətnamə kimi əsərlərin, “Leyli-Məcnun” poemasının müəllifidir.

Füzuli Yaxın Şərqin ən böyük lirik şairidir. O, yaradıcılığı boyu məhəbbəti və şəxsiyyət azadlığını ali hisslərlə tərənnüm etmiş, cəmiyyətdə hökm sürən ədalətsizliyə qarşı çıxmışdır.

Füzuli dünya şöhrətli sənətkardır. Onun poeziyası yalnız Azərbaycanda, Türkiyədə, Iraqda, Orta Asiyada deyil, Rusiyada və qərb ölkələrində də geniş yayılmışdır. Onun bir çox əlyazmaları Avropanın tanınmış kitabxana və muzeylərində qorunub saxlanmaqdadır.

M.Füzuli həmişə dünya şərqşünaslıq elminin diqqət mərkəzində olmuşdur. Avropada onun dahiliyindən söz açan müəlliflərdən Hammer Purqital, Braun Rio, ingilis şərqşünasları Beqli, Aibb, Rusiya şərqşünasları D.Smirnov, A.Krımski, Y.E.Bertlis və başqalarıdır.

1994-cü il Yunesko xətti ilə Füzuli ili elan olunmuş, dünyanın bir çox ölkələrində dahi şairin yubileyi ilə bağlı tədbirlər keçirilmişdir. Böyük mütəfəkkir şairin əsərləri bu gün də dünya dillərinə tərcümə olunur.

Onun yaradıcılığı şərqşünaslıq elmi və sənətsevərlər üçün əvəzsiz xəzinə, qüdrətli söz mənbəyi olaraq qalmaqdadır.

“Kitabi-Dədə Qorqud” dastanının 1300 illiyinə həsr olunmuş qızıl və gümüş sikkələr

1999-cu ildə “Kitabi-Dədə Qorqud” dastanının 1300 illiyinə həsr olunmuş 100 Manat dəyərində qızıl, 50 Manat dəyərində gümüş xatirə sikkələri buraxılmışdır.

Xatirə sikkəsi Ukrayna Respublikası Milli Bankının sikkəxanasında yüksək beynəlxalq standartlara uyğun şəkildə hazırlanmışdır.

image004Dede_Gorgud_gold_backDede_Gorgud_silver_frontDede_Gorgud_silver_back

QIZILGÜMÜŞ
Dəyəri100 manatDəyəri50 manat
Diametri25 mmDiametri38.61 mm
Çəkisi17.28 qÇəkisi31.10 q
Əyarı900Əyarı925
TipiFabrikTipiFabrik
StandartƏyarStandartƏyar
Buraxılış limiti150Buraxılış limiti1000

“Kitabi-Dədə Qorqud” Azərbaycan xalqının və bütün türklərin möhtəşəm folklor abidəsidir. Onun xalq arasında uzun əsrlər boyu eldən-elə, dildən-dilə dolaşan boyları zaman keçdikcə vahid, mükəmməl bir xalq dastanı kimi biçimlənərək yeni məna kəsb etmişdir.

Əsər Osman Paşanın xəzinəsinin tərkibində Azərbaycandan Türkiyəyə aparılmış və oradan Almaniyaya, Drezden kitabxanasına düşmüşdür.

Hazırda dastanın dünya kitabxanalarında 5 əlyazma nüsxəsi saxlanılmaqdadır. 12 boydan ibarət Drezden əlyazması- əsas və yeganə bütöv nüsxədir. İkincisi, Vatikan kitabxanasında saxlanılan 6 boydan ibarət yarımçıq əlyazmasıdır. Üçüncüsü, XIX əsrin başlanğıcında Almaniyanın İstanbuldakı səfiri Fridrix Fon Dits tərəfindən təsadüfən əldə edilən əlyazma nüsxədir. Hazırda Berlində Ditsin arxivində saxlanmaqdadır. Dördüncüsü, nüsxə Ditsin özünün Drezden mətnindən köçürdüyü nüsxədir. Nəhayət, beşincisi akademik V.Bartoldun öz xətti ilə köçürdüyü əlyazma nüsxədir.

Dastan xalqın həyatının epik lövhələrini, onun əxlaq və mənəviyyatını, humanizmini, vətənpərvərlik, qəhrəmanlıq keyfiyyətini, sevgidə ləyaqət, ata-anaya məhəbbət və ehtiram duyğularını bədii vasitələrlə əks etdirən qanunlar məcəlləsi, zəngin biliklər ensiklopediyasıdır.

Heydər Əliyevin xatirəsinə həsr olunmuş platin, qızıl və gümüş sikkələr

Azərbaycan Respublikasının Mərkəzi Bankı Azərbaycan xalqının ümummilli lideri Heydər Əlirza oğlu Əliyevin xatirəsinin əbədiləşdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin fərmanına əsasən, 10 dekabr 2004-cü ildə dövriyyəyə platin, qızıl və gümüş xatirə sikkələri buraxmışdır.

image006Haydar_Aliyev_gold_backHaydar_Aliyev_silver_frontHaydar_Aliyev_silver_backHeydar_Aliyev_platin_frontHeydar_Aliyev_platin_back

PLATİNQIZILGÜMÜŞ
Nominalı500Nominalı100Nominalı50
Diametri38.61Diametri38.61Dəyəri38.61
Çəkisi50.00Çəkisi39.94Çəkisi28.28
ƏyarıplatinƏyarı916.7Əyarı925
KeyfiyyətiproofKeyfiyyətiproofKeyfiyyətiproof
Buraxılış limiti100Buraxılış limiti1000Dəyəri2000

Xatirə sikkələrinin üz tərəfində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin portreti, portretin sağ tərəfində “Heydər Əliyev” sözləri, arxa tərəfində isə Azərbaycan Respublikasının xəritəsi və “Azərbaycanın müstəqilliyi daimidir, əbədidir, dönməzdir…” sözləri yazılmışdır.

Xatirə sikkələri İngiltərənin “Royal Mint” Kral Sikkəxanasında yüksək beynəlxalq standartları uyğun hazırlanmışdır.

Sikkənin arxa hissəsində olan xəritənin alt hissəsində xatirə sikkələrinin buraxıl­dığı il “2004-cü il”, xəritənin ətrafında dairəvi şəkil­də üst hissəsində “Azərbaycan Respublikası”, alt hissəsində isə xatirə sikkə­lərinin nominalı göstəril­mişdir.

Xatirə sikkələri Azərbaycan Respublikası ərazisində qanuni ödəniş vasitəsidir.

Yeni qəpiklərin qızıl dəsti

2006-cı ildə həyata keçirilən denominasiya prosesləri ilə əlaqədar yeni dövriyyəyə buraxılacaq qəpiklərin dizaynına uyğun qızıl xatirə sikkələri dəstinin hazırlanması məqəsədilə Avstriyanın “Austrian Mint” sikkəxanası ilə müqavilə bağlanmışdır.

Müqaviləyə əsasən 2005-ci ildə 50 ədəd xüsusi qızıl xatirə dəsti hazırlanmışdır.

image009coins_back

1 qəpik – qızıl 3 qəpik – qızıl 5 qəpik – qızıl
Nominalı1 qəpNominalı3 qəpNominalı5 qəp
Diametri16,25 mmDiametri18,00 mmDiametri19,75 mm
Çəkisi7,10 qramÇəkisi8,80 qramÇəkisi10,70 qram
Əyarı999,9Əyarı999,9Əyarı999,9
KeyfiyyətiProofKeyfiyyətiProofKeyfiyyətiProof
Buraxılış limiti50 ədədBuraxılış limiti50 ədədBuraxılış limiti50 ədəd
10 qəpik – qızıl 20 qəpik – qızıl 50 qəpik – qızıl
Nominalı10 qəpNominalı20 qəpNominalı50 qəp
Diametri22,25 mmDiametri24,25 mm Diametri25,5 mm
Çəkisi13,05 qramÇəkisi15,85 qramÇəkisi17,60 qram
Əyarı999,9Əyarı999,9Əyarı999,9
KeyfiyyətiProofKeyfiyyətiProofKeyfiyyətiProof
Buraxılış limiti50 ədədBuraxılış limiti50 ədədBuraxılış limiti50 ədəd

Futbol üzrə dünya çempionatına həsr olunmuş gümüş sikkə

2006-cı ildə Almaniyada keçirilmiş futbol üzrə dünya çempionatına həsr olunmuş 50 manat nominallı gümüş xatirə sikkələrini Polşanın “Polish Mint” sikkəxanasında istehsal edərək tədavülə buraxmışdır.

image012Futbol_back

Nominalı50 AZM
Diametri38,61 mm
Çəkisi28,28 qram
Əyarı925
KeyfiyyətiProof
Buraxılış limiti200 ədəd

Xatirə sikkəsinin üz tərəfində futbolçuların təsviri və “2006 FIFA World Cup Germany” sözləri, arxa tərəfində isə Azərbaycan Respublikası gerbinin təsviri “Azərbaycan Respublikası” sözləri və sikkənin nominalı təsvir olunmuşdur. Gerbin alt tərəfində xatirə sikkəsinin buraxılış ili “2004” əks olunmuşdur. Xatirə sikkəsi Azərbaycan Respublikası ərazisində nominal dəyəri üzrə qanuni ödəniş vasitəsidir.

Heydər Əliyevin 85 illiyinə həsr olunmuş qızıl sikkə

2008-ci ildə Azərbaycan xalqının ümummilli lideri Heydər Əlirza oğlu Əliyevin 85 illik yubileyinin ölkə miqyasında qeyd olunması ilə əlaqədar Milli Bank tərəfindən Avstriyanın Austrian Mint şirkətində nominalı 100 manat olan qızıl xatirə sikkələri sifariş edilərək dövriyyəyə buraxılmışdır.

image015Heyder_Aliyev_85_gold_back

Nominalı100 AZM
Diametri37,0 mm
Çəkisi31,107 qram
Əyarı999,9
KeyfiyyətiProof
Buraxılış limiti5000 ədəd

Xatirə sikkəsinin üz tərəfində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin portreti, arxa tərəfində isə Azərbaycan Respublikasının gerbi təsvir edilmişdir.

Gerbin alt hissəsində xatirə sikkəsinin buraxıl­dığı il “2008-cü il”, və “Azərbaycan Respublikası” sözləri və xatirə sikkə­sinin nominalı göstəril­mişdir.

Xatirə sikkəsi Azərbaycan Respublikası ərazisində nominal dəyəri üzrə qanuni ödəniş vasitəsidir.

2008-ci ildə mədəniyyət seriyası çərçivəsində Azərbaycanın dahi şairi, mütəfəkkir Nizami Gəncəvinin, dahi opera müğənnisi, vokalist Bülbülün və dahi bəstəkar, musiqişünas Üzeyir Hacıbəyovun xatirəsinə həsr olunmuş 100 manat dəyərində qızıl xatirə sikkələri istehsal olunaraq tədavülə buraxılmışdır. Xatirə sikkələri Avstriyanın “Austrian Mint” sikkəxanası tərəfindən istehsal edilmişdir.

Nizami Gəncəvinin xatirəsinə həsr olunmuş qızıl sikkə

image017Nizami_Gencevi_gold_back

Nominalı100 AZM
Diametri37,0 mm
Çəkisi31,107 qram
Əyarı999,9
KeyfiyyətiProof
Buraxılış limiti1000 ədəd

Nizami Gəncəvi Azərbaycanın qədim şəhərlərindən biri olan Gəncə şəhərində anadan olmuşdur. O, dünya ədəbiyyatı tarixinə 5 poemadan ibarət “Xəmsə” (“Beşlik”) müəllifi kimi daxil olmuşdur. Nizami Gəncəvinin əsərləri dünyanın bir çox xalqlarının dillərinə tərcümə edilmişdir. Onun əsərlərinin nadir əlyazma nüsxələri İstanbul, London, Paris, Dehli, Qahirə, Bakı, Təbriz, Tehran, Moskva, Sankt-Peterburq, Daşkənd və s. şəhərlərin məşhur kitabxana, muzey və əlyazmaları fondlarında qiymətli incilər kimi saxlanır.

Xatirə sikkəsinin üz tərəfində dahi şairin portreti, arxa tərəfində isə Azərbaycan miniatyuralarının təsviri əks olunmuşdur.

Portretin ətrafinda xatirə sikkəsinin buraxıl­dığı il “2008-cü il”, və “Azərbaycan Respublikası” sözləri, şairin adı və xatirə sikkə­sinin nominalı göstəril­mişdir.

Xatirə sikkəsi Azərbaycan Respublikası ərazisində nominal dəyəri üzrə qanuni ödəniş vasitəsidir.

Bülbülün xatirəsinə həsr olunmuş qızıl sikkə

image021image023

Nominalı100 AZM
Diametri37,0 mm
Çəkisi31,107 qram
Əyarı999,9
KeyfiyyətiProof
Buraxılış limiti1000 ədəd

Azərbaycanın dahi opera müğənnisi və vokalisti Bülbül Azərbaycan mədəniyyətinin beşiyi – Şuşa şəhərində anadan olub. Uşaqlıq vaxtından öz müsiqi istedadı ilə tanınmış və Bülbül təxəllüsünü almışdır. Nadir səsə malik olan Bülbül vokal təhsilini İtaliyanın Milan şəhərində, La Scala teatrında almışdır. Azərrbaycan müsiqisi tarixində Avropa ifa üslubuna keçən ilk vokalist hesab olunur.

Xatirə sikkəsinin üz tərəfində dahi vokalistin portreti, arxa tərəfində isə Azərbaycan miniatyuralarının təsviri əks olunmuşdur.

Portretin ətrafinda xatirə sikkəsinin buraxıl­dığı il “2008-cü il”, və “Azərbaycan Respublikası” sözləri, vokalistin adı və xatirə sikkə­sinin nominalı göstərilmişdir.

Xatirə sikkəsi Azərbaycan Respublikası ərazisində nominal dəyəri üzrə qanuni ödəniş vasitəsidir.

Üzeyir Hacıbəyovun xatirəsinə həsr olunmuş qızıl sikkə

image025image027

Nominalı100 AZM
Diametri37,0 mm
Çəkisi31,107 qram
Əyarı999,9
KeyfiyyətiProof
Buraxılış limiti1000 ədəd

Xatirə sikkəsi Azərbaycanın dahi bəstəkari, musiqişünas Üzeyir Hacıbəyovun xatirəsinə həsr olunmuşdur.

Dahi Azərbaycan bəstəkarı, musiqişünas alim, publisist, dramaturq və ictimai xadim Azərbaycan mədəniyyətinin beşiyi – qədim Şuşa şəhərində anadan olmuşdur. Müasir Azərbaycan professional müsiqi sənətinin və milli operasının banisidir. Bütün müsəlman Şərqində ilk operanı (1908-ci ildə “Leyli və Məcnun”) və opera sənətinin əsasının qoymuşdur.

Xatirə sikkəsinin üz tərəfində dahi bəstəkarın portreti, arxa tərəfində isə Azərbaycan miniatyuralarının təsviri əks olunmuşdur.

Portretin ətrafinda xatirə sikkəsinin buraxıl­dığı il “2008-cü il”, və “Azərbaycan Respublikası” sözləri, bəstəkarın adı və xatirə sikkə­sinin nominalı göstəril­mişdir.

Xatirə sikkəsi Azərbaycan Respublikası ərazisində nominal dəyəri üzrə qanuni ödəniş vasitəsidir.

Naxçıvan Muxtar Respublikasının 85 illik yubileyinə həsr olunmuş xatirə sikkəsi

nargoldfrontnargoldbacknarsilverfrontnarsilverback

QIZILGÜMÜŞ
Dəyəri100 manatDəyəri5 manat
Diametri37.00 mmDiametri37.00 mm
Çəkisi31.107 qÇəkisi31.107 q
Əyarı999.9Əyarı999
TipiFabrikTipiFabrik
StandartƏyarıStandartƏyarı
Buraxılış limiti500Buraxılış limiti1000

Xatirə sikkəsi Azərbaycanın qədim tarixə, zəngin mədəniyyətə və Azərbaycan dövlətçiliyinin inkişafında mühüm rola malik olan Naxçıvan Muxtar Respublikasının yaradılmasının 85 illik yubileyi münasibətilə buraxılmışdır.

Xatirə sikkəsi Avstriyanın “Austrian Mint” sikkəxanasında yüksək standartalara uyğun hazırlanmışdır.

Xatirə sikkəsi Azərbaycan Respublikası ərazisində nominal dəyəri üzrə qanuni ödəniş vasitəsidir.

HaqqımızdaPul siyasətiMaliyyə sabitliyiMilli valyutaÖdəniş sistemləriNəşrlər və tədqiqatlarStatistikaHüquqi sənədlərBeynəlxalq əlaqələr və kommunikasiyaİstinadlar