Taksonomiya Yol Xəritəsi Təşəbbüsünün tərəfdaşları London İqlim Fəaliyyəti Həftəsində bir araya gəlib
10 iyul 2026-cı il, Bakı: COP29 zamanı Bakıda yaradılmış qlobal platforma olan Taksonomiya Yol Xəritəsi Təşəbbüsünün (Taxonomy Roadmap Initiative – TRI) tərəfdaşları və müşahidəçiləri London İqlim Fəaliyyəti Həftəsi 2026 çərçivəsində davamlı maliyyə taksonomiyalarının gələcəyinə həsr olunmuş bir sıra işçi sessiyalarında bir araya gəlib. Taksonomiya Yol Xəritəsi Təşəbbüsü və Davamlı Bankçılıq və Maliyyə Şəbəkəsi (SBFN) tərəfindən təşkil edilən müzakirələrdə TRI tərəfdaşları ilə yanaşı, COP30 və COP31 sədrliklərinin nümayəndələri, beynəlxalq təşkilatlar və bazar iştirakçıları iştirak edib. D&u...




















