“Türk Dövlətləri Təşkilatına üzv ölkələrin mərkəzi (milli) banklarının Şurası”nın ikinci toplantısı başa çatıb
5 iyun 2026-cı il, Bakı: Mərkəzi Bank “Türk Dövlətləri Təşkilatına üzv ölkələrin mərkəzi (milli) banklarının Şurası”nın ikinci toplantısına ev sahibliyi edib. Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov iyunun 4-də ölkəmizdə rəsmi səfərdə olan Şura üzvlərini və müşahidəçi dövlətlərin nümayəndələrini qəbul edib. Görüşdə Şura tərəfindən keçirilən tədbirlərin və görülən işlərin Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrinin mərkəzi bankları və maliyyə institutları arasında əməkdaşlığın daha da gücləndirilməsinə xidmət edəcəyi vurğulanıb. Əlavə olaraq, ...



















