Mərkəzi Bankın məlumatı
23 iyun 2026-cı il, Bakı: Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin faiz dəhlizinin parametrlərinə dair növbəti qərarı barədə press-reliz 24 iyun 2026-cı il tarixində saat 11:00-da yayımlanacaqdır.
Azərbaycan Mərkəzi Bankı ilə Sudan Mərkəzi Bankı arasında əməkdaşlığın institusional və hüquqi əsaslarının möhkəmləndirilməsinə, qarşılıqlı əlaqələrin daha da genişləndirilməsinə, həmçinin mərkəzi bankçılıq sahəsində qabaqcıl təcrübə və bilik mübadiləsinin təşviqinə xidmət edəcək Anlaşma Memorandumu imzalanıb. Memorandum çərçivəsində pul siyasəti, maliyyə sektoru, ödəniş sistemləri, maliyyə texnologiyaları, bank nəzarəti, cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə və maraq doğuran digər sahələrdə əməkdaşlığın dərinləşdirilməsi təmin ediləcəkdir.
Ətraflı
Mərkəzi Bank “Türk Dövlətləri Təşkilatına üzv ölkələrin mərkəzi (milli) banklarının Şurası”nın ikinci toplantısına ev sahibliyi edib. Mərkəzi Bankda keçirilən toplantıda TDT-nin baş katibi Kubanıçbek Ömüralıyev, Qazaxıstan Milli Bankının nümayəndə heyəti, Qırğız Respublikası, Özbəkistan və Türkiyə mərkəzi banklarının, həmçinin müşahidəçi qismində Macarıstan və Şimali Kipr Türk Respublikasının mərkəzi banklarının sədrləri iştirak edib.
Ətraflı
Bakıda keçirilən “Türk Dövlətləri Təşkilatına üzv ölkələrin mərkəzi (milli) banklarının Şurası”nın ikinci toplantısı çərçivəsində Azərbaycan Mərkəzi Bankı ilə Macarıstan Mərkəzi Bankı arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Memorandum iki qurum arasında əməkdaşlığın institusional və hüquqi əsaslarının möhkəmləndirilməsinə, qarşılıqlı əlaqələrin daha da genişləndirilməsinə, həmçinin mərkəzi bankçılıq sahəsində qabaqcıl təcrübə və bilik mübadiləsinin təşviqinə xidmət edəcək.
Ətraflı
23.06.2026 tarixindən etibarən
22.06.2026 tarixinə








Azərbaycan Respublikasının Mərkəzi Bankı yubiley və xatirə pul nişanlarının satışı




