Mərkəzi Bank xüsusi tənzimləmə rejimi üzrə yeni müraciət dövrünü elan edir
25 may 2026-cı il, Bakı: Azərbaycan Mərkəzi Bankı 2024–2026-cı illəri əhatə edən “Maliyyə sektorunun inkişaf Strategiyası” çərçivəsində maliyyə sektorunda innovasiyaların təşviqi, rəqəmsal maliyyə xidmətlərinin inkişafı və yeni texnologiyaların tətbiqi istiqamətində fəaliyyətini davam etdirir. Bu istiqamətdə tətbiq edilən xüsusi tənzimləmə rejimi innovativ maliyyə məhsullarının məhdud çərçivədə və Mərkəzi Bankın nəzarəti altında sınaqdan keçirilməsinə imkan yaradır. Xüsusi tənzimləmə rejimi çərçivəsində innovativ maliyyə həllərinin növbəti sınaq mərhələsi üzrə müraciətlərin qəbulu 25 iyun 202...



















