7 may 2026-cı il, Bakı: 6 may tarixində Mərkəzi Bankın İdarə Heyətinin faiz dəhlizinin parametrləri ilə bağlı qərarına həsr olunmuş mətbuat konfransı keçirilib.
Mətbuat konfransında Mərkəzi Bankın sədri Taleh Kazımov tərəfindən inflyasiya mühiti və proqnozları, iqtisadi artım, tədiyə balansı və monetar şərait barədə məlumatlar təqdim olunub.
Sual-cavab sessiyası zamanı media nümayəndələrinin sualları cavablandırılıb.
