100 AZN
Ön tərəfin görünüşü
Arxa tərəfin görünüşü
  • Əsas xüsusiyyətlər
  • Mühafizə elementləri
  • Video

100 MANAT nominallı pul nişanı “İqtisadiyyat və İnkişaf” mövzusuna həsr olumuşdur. Pul nişanının ön tərəfində inkişafın qədimdən bu günə memarlıq rəmzləri, Azərbaycan manatının və iqtisadi artımın simvolları, arxa tərəfində isə Azərbaycan-Avropa inteqrasiyasının xəritələrlə təsviri və Azərbaycan xalçasının səciyyəvi naxışları təsvir olunmuşdur.

Nominalı

100 manat

Rəngi

bənövşəyi

Ölçüləri

155 mm x 70 mm

Dizayn mövzusu

iqtisadiyyat və inkişaf

  • Nominalın gizli rəqəmi – pul nişanınınön tərəfinin sol yuxarı küncündə yerləşir. Pul nişanını üfüqi istiqamətdə tutaraq bucaq altında hərəkət etdirməklə mühafizə elementini görmək olar.
  • Su nişanı və işıqda görünən rəqəm - pul nişanını ön tərəfdən işığa tutduqda sol küncdə nominalın dizayn mövzusuna uyğun olaraq “manatın və iqtisadi artımın simvolları” təsvir olunan su nişanı və nominalın rəqəmi görünür.
  • İşıqda görünən MANAT – pul nişanını işığa tutduqda şaquli istiqamətdə MANAT yazısı olan mühafizə elementi görünür.
  • Möcüzəli rəqəm – pul nişanınınön tərəfdən üfüqi istiqamətdə tutaraq bucaq altında hərəkət etdirdikdə sol aşağı küncdərəngini tünd qırmızıdan yaşıla dəyişən nominalın rəqəmini müşahidə etmək mümkündür.
  • Relyefli nominal – pul nişanının ön tərəfinə əl ilə toxunduqda müəyyən hissələrdə qabarıqlıq hiss olunur. Bu mühafizə elementi görmə qabiliyyəti zəif olanlar üçün nəzərdə tutulmuşdur.
  • Xüsusi dəqiq cizgilər – pul nişanının ön tərəfinə böyüdücü şüşə vasitəsilə baxdıqda xüsusi dəqiqliklə hazırlanmış cizgilər müşahidə olunur.
  • Mikromətn – pul nişanının ön tərəfinə böyüdücü şüşə vasitəsilə baxdıqda “AZƏRBAYCAN” yazısını müşahidə etmək mümkündür.
  • Mürəkkəbsiz çap – pul nişanının ön tərəfinə böyüdücü şüşə vasitəsilə baxdıqda qabarıq “AMB” yazısını müşahidə etmək mümkündür.
  • Holoqram – pul nişanını ön tərəfdənüfüqi istiqamətdə tutaraq bucaq altında hərəkət etdirdikdə sağ aşağı küncdə yerləşən mühafizə elementinin 3D (üç ölçülü) effektli “100” və “MANAT” yazılarının bir-birini əvəz etməsinimüşahidə etmək mümkündür.
  • Rəngini dəyişən gizli element – pul nişanını üfüqi istiqamətdə tutaraq bucaq altında hərəkət etdirdikdə “AMB” yazısı müşahidə olunur. Bu mühafizə elementi yalnız 100 manat nominallı pul nişanında mövcuddur.
  • Rənglərin bölgüsü – pul nişanının arxa tərəfinə böyüdücü şüşə vasitəsilə baxdıqda sol yuxarı küncdə nominalın rəqəminin üzərində rənglərin dəqiq bölgüsünü müşahidə etmək mümkündür.
  • Metal sap – pul nişanının arxa tərəfində üzərində “MANAT” yazılmış mühafizə sapı yerləşir. Pulu işığa tutduqda metal sap bütöv bir şəkildə düz xətt kimi görünür.
  • Xüsusi dəqiq cizgilər – pul nişanının arxa tərəfinə böyüdücü şüşə vasitəsilə baxdıqda xüsusi dəqiqliklə hazırlanmış cizgilər müşahidə olunur.
  • Mikromətn – pul nişanının arxa tərəfində yerləşən xəritəyə böyüdücü şüşə vasitəsilə baxdıqda “Azərbaycan Mərkəzi (Milli) Bankı” yazısını müşahidə etmək mümkündür.
  • Sehirli xətlər – pul nişanını arxa tərəfdən üfüqi istiqamətdə tutaraq bucaq altında hərəkət etdirdikdə rəngini dəyişən zolaqlar müşahidə olunur.
  • Surətçıxarmaya qarşı xətlər – pul nişanının arxa tərəfinə böyüdücü şüşə vasitəsilə baxdıqda xüsusi dəqiqliklə bölünmüş xətlər strukturunu müşahidə etmək olar.
  • Ultrabənövşəyi (UB) işıqda görünən elementlər– pul nişanına UB işıq altında baxdıqda nominalın müəyyən dizayn elementlərini müşahidə etmək olar.