Sığorta vasitəçiliyi fəaliyyətinə lisenziya almaq istəyən fiziki şəxslər, həmçinin sığorta agenti fəaliyyətinə lisenziya almaq istəyən hüquqi şəxsin əmək müqaviləsi əsasında işçisi hesab olunan şəxslər maliyyə nəzarəti orqanında attestasiyadan keçməlidir. Həmin şəxslər aşağıda qeyd olunan sənədləri Azərbaycan Respublikasının Mərkəzi Bankına rəsmi qaydada təqdim etməlidir:
1. Müraciət ərizəsi (Sığorta brokeri; Sığorta agenti);
3. Şəxsiyyət vəsiqəsinin surəti (notariat qaydasında təsdiq olunmuş formada);
Rəhbər işçilər
Sığortaçının (təkrarsığortaçının) İdarə heyətinin, Təftiş komissiyasının sədri və üzvləri, Daxili audit xidmətinin rəhbəri və Baş mühasibi, hüquqi şəxs olan sığorta brokerinin və müstəsna olaraq sığorta agenti olmaq üçün təsis edilmış hüquqi şəxsin icra orqanının rəhbəri vəzifəsinə təyinatı verilmiş şəxslər maliyyə nəzarəti orqanında attestasiyadan keçməlidirlər. Həmin şəxslər aşağıdakı sənədləri Azərbaycan Respublikasının Mərkəzi Bankına rəsmi qaydada təqdim edilməlidir:
1. Şəxsiyyət vəsiqəsinin surəti (notariat qaydasında təsdiq olunmuş formada);
2. Vətəndaş qüsursuzluğu haqqında ərizə (notariat qaydasında təsdiq edilməlidir);
3. Ali təhsil haqqında sənədin (diplomun) surəti (notariat qaydasında təsdiq olunmuş formada);
4. Əmək kitabçasının surəti (notariat qaydasında təsdiq olunmuş formada);
Aktuarilər
Aktuari şəhadətnaməsi almaq istəyən fiziki şəxslər maliyyə nəzarəti orqanında müvafiq attestasiyadan keçməlidirlər. Həmin şəxslər aşağıdakı sənədləri Azərbaycan Respublikasının Mərkəzi Bankına rəsmi qaydada təqdim edilməlidir:
1. Müraciət ərizəsi;
2. Şəxsiyyət vəsiqəsinin surəti (notariat qaydasında təsdiq olunmuş formada);
3. Vətəndaş qüsursuzluğu haqqında ərizə (notariat qaydasında təsdiq edilməlidir);