- Nuray Məmmədli
#asset-29
Mən, Nuray Məmmədli Azərbaycan Dövlət İqtisad Universitetində Business Administration ixtisası üzrə 3-cü kurs tələbəsiyəm. Özüm həmişə maliyyə sektorunda peşəkar təcrübə qazanmaq və ölkənin ən mühüm qurumlarından biri olan Mərkəzi Bankda işləmək arzusu ilə yaşamışam. Bu səbəbdən də “Maliyyəçisən” təcrübə proqramına böyük maraq və motivasiya ilə müraciət etdim.
Proqrama başlamazdan əvvəl gözləntilərim əsasən nəzəri biliklərimi tətbiq etmək idi. Amma ilk gündən qarşılaşdığım səmimiyyət, dəstək və öyrənməyə açıq mühit gözləntilərimdən qat-qat artıq oldu. Ən çox təəccübləndiyim isə iş proseslərinin nə qədər sistemli və peşəkar şəkildə qurulması idi.
Təcrübə müddətində əsas tapşırıqlarım məlumatların təhlili, risklərin qiymətləndirilməsi və müxtəlif hesabatların hazırlanmasında iştirakdan ibarət oldu. Bundan əlavə, bizə verilmiş xüsusi layihə – Risk Əsaslı Nəzarətin data əsaslı yanaşma ilə optimallaşdırılması üzərində işləmək mənim üçün çox dəyərli təcrübə idi. Bu layihə həm analitik bacarıqlarımı gücləndirdi, həm də komanda ilə birgə işləməyin məsuliyyətini hiss etdirdi. Vaxtın düzgün idarə olunması, təqdimat hazırlamaq və fikirlərimi daha aydın ifadə etmək kimi bacarıqlarım da bu prosesdə inkişaf etdi.
Mentorum və həmkarlarım hər addımda məni istiqamətləndirdi, təcrübələrini bölüşdülər. Mərkəzi Bankda gördüyüm ən dəyərli cəhət isə yüksək peşəkarlığın komanda ruhu ilə balanslaşdırılması oldu. Bu mühit mənim üçün həm öyrədici, həm də motivasiyaedici idi.
Ən yaddaqalan anım isə şöbə əməkdaşlarının monitorinq etdiyi bir nəzarət subyektinin müzakirəsi zamanı iclasda iştirak etməyim oldu. Bu iclasda real vəziyyətlərin necə təhlil olunduğunu və qərarların necə qəbul edildiyini yaxından görmək mənim üçün həm öyrədici, həm də çox ilhamverici təcrübə idi.
Bu təcrübə karyera planlarıma daha çox aydınlıq gətirdi və gələcəkdə bu sahədə özümü daha peşəkar görmək istəyim gücləndi. Gələcək təcrübəçilərə mesajım budur ki, hər fürsətdən öyrənməyə çalışsınlar, sual verməkdən çəkinməsinlər və komanda işindən həzz alsınlar.
Mənə bu imkanı yaratdığı üçün Mərkəzi Banka və bütün əməkdaşlara təşəkkür edirəm.
- Aysel Allahverdiyeva
#asset-30
Mən, Aysel Allahverdiyeva UNEC-də Maliyyə ixtisası üzrə təhsil alıram. Daim Maliyyə sabitliyi mövzusuna marağım olub və bu sahəni ən peşəkar şəkildə öyrənə biləcəyim yerin məhz ölkənin aparıcı qurumu olan Mərkəzi Bank olduğunu düşündüyüm üçün “Maliyyəçisən” təcrübə proqramına qoşuldum. Hər zaman Mərkəzi Bankda işləməyi arzulamışam və bu proqramı arzuma doğru atdığım ilk addım kimi qiymətləndirirəm.
Proqram başlayandan etibarən həm iş mühiti, həm də departament əməkdaşları məndə çox xoş təəssürat yaratdı. İlk gündən məni səmimi qarşıladılar və hər addımda dəstək oldular. Mentorum daim inkişafımla maraqlandı, öyrənməyimə töhfə verdi və mənə yeni yanaşmalar öyrətdi.
Mən Maliyyə sabitliyi departamentinin Maliyyə sabitliyinin təhlili şöbəsində təcrübə keçdim. Burada əsasən Maliyyə sabitliyi hesabatının hazırlanmasına dəstək verdim. Bundan əlavə, kredirləşmə ilə bağlı hesabatlarda, prudensial göstəricilərin təhlilində iştirak etdim və sığorta sahəsində ilkin biliklər qazandım. Bu proses mənim həm analitik bacarıqlarımı, həm də nəzəri biliklərimi təcrübədə tətbiq etmək imkanımı artırdı.
Departament əməkdaşları hər zaman öz təcrübələrini paylaşaraq mənə yol göstərirdilər. Onların peşəkarlığı və öyrətməyə açıq münasibəti məni çox ruhlandırdı. İş mühitində gördüyüm bu əməkdaşlıq və dəstək gələcəkdə özümə hədəf qoyduğum peşəkar mühiti necə təsəvvür etməyimə kömək etdi.
Ən yaddaqalan anım, iştirak etdiyim hesabatlarda öz töhfəmi görmək və nəticələrin ümumi işə faydalı olduğunu bilmək oldu. Bu, mənim üçün həm qürurverici, həm də motivasiyaedici idi.
Bu təcrübə mənim karyera seçimlərimə aydınlıq gətirdi və maliyyə sabitliyi sahəsində fəaliyyət göstərmək istəyimi gücləndirdi. Gələcək təcrübəçilərə məsləhətim odur ki, hər fürsəti öyrənməyə sərf etsinlər və suallarını verməkdən çəkinməsinlər.
Mənə bu imkanı yaratdığı üçün Mərkəzi Banka və bütün əməkdaşlara minnətdaram.
- Aytac Qarayeva
#asset-31
Mən, Qarayeva Aytac Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının "İqtisadiyyat" ixtisası üzrə 4-cü kurs tələbəsiyəm. Təhsilimə başladığım gündən etibarən ölkənin ən nüfuzlu və önəmli qurumunda çalışmaq arzum olub. Buna görə də, Mərkəzi Bankın “Maliyyəçisən” təcrübə proqramına böyük həvəs və maraqla müraciət etdim. Mərkəzi Bankın həm prestiji, həm də həm daxili və xarici memarlıq dizaynı məni burada işləməyə daha da həvəsləndirdi.
Təcrübə proqramına qoşulmazdan əvvəl çox faydalı biliklər əldə edəcəyimə inanırdım, amma işçilərin isti və dostyana münasibəti, eləcə də onlardan aldığım dəstək gözləntilərimi çox aşdı. Məni ən çox heyrətləndirən isə iş yerində peşəkarlığın yüksək səviyyədə olması ilə bərabər, həm də möhkəm birlik və əməkdaşlıq ruhunun olması idi. Eyni zamanda, bizi sadəcə təcrübəçi kimi yox, əsl həmkar kimi qəbul edərək Mərkəzi Bank ailəsinə daxil etmələri çox xoş və dəyərli bir yanaşma idi.
Mənim əsas vəzifəm işçilərin performansının qiymətləndirilməsi, işçilərin işə bağlılığı üçün bir sıra layihələrin təşkilində iştirak etmək idi. Bu prosesdə nəzəri biliklərimi praktikada tətbiq etdim, yeni analitik bacarıqlar əldə etdim, ən əsas isə kollektivlə sevərək işləməyi öyrəndim.
Mentorum mənim üçün əvəzsiz dəstək və rəhbər oldu; onun diqqəti, səbrlə yol göstərməsi və potensialıma olan inamı mənə böyük güc verdi. Onun göstərdiyi qayğı və nümunəvi rəhbərlik sayəsində mən özümə daha çox inandım və işimə daha çox həvəslə yanaşdım.
Ən yaddaqalan anım isə mentorumun üzərində işlədiyi layihəni güvənərək mənə həvalə etməsi oldu. Mentorumun mənə olan güvənini və öz töhfəmi görmək çox qürurverici idi.
Eyni zamanda, burada çalışdığım müddət ərzində Mərkəzi Bankın yalnız peşəkarlıqla deyil, həm də öz dəyərlərinə sadiq və əzmkarlıqla bağlı olan bir qurum olduğunu dərindən dərk etdim. Bankın inkişaf, dürüstlük və cavabdehlik kimi dəyərlərə ciddi riayət etməsi, hər bir əməkdaşın bu dəyərləri öz işində yaşatması mənim üçün çox təsirli oldu.
Bu təcrübə mənim gələcək karyera istiqamətimi daha dəqiq müəyyənləşdirməyimə kömək etdi və peşəkar bacarıqlarımı inkişaf etdirmək üçün möhkəm bir zəmin yaratdı. Təcrübə proqramında iştirak edən hər kəsə tövsiyəm odur ki, qarşlarına çıxan hər fürsəti maksimum dərəcədə dəyərləndirsinlər və bilmədikləri mövzularda çəkinmədən suallarını verərək öz biliklərini genişləndirsinlər.
Mənə bu imkanı yaratdığı üçün Mərkəzi Banka və bütün əməkdaşlara təşəkkür edirəm.
- Azərin Məhərrəmli
#asset-32
Mən, Azərin Məhərrəmli Azərbaycan İqtisadiyyat universitetində Maliyyə ixtisası üzrə təhsil alıram. Mərkəzi Bankda təcrübə proqramına müraciət etməyimin səbəbi həm bank sektorunun iş prinsiplərini yaxından tanımaq, həm də özümü peşəkar mühitdə inkişaf etdirmək istəyi idi. Bu təcrübənin mənim gələcək karyeram üçün dəyərli addım olacağına inanıram.
Təcrübəyə başlamazdan əvvəl daha soyuq və ekstra ciddi bir iş mühiti gözlədiyim üçün çox danışmadan mənə verilən işləri yerinə yetirməli olduğumu düşünürdüm, lakin təcrübədə bunun heç də belə olmadığını, insanların “bank sektoru sıxıcıdır” fikrinin doğru olmadığını, tam əksinə Mərkəzi Bankda hamının bir-biri ilə maraqlandığını və isti, ünsiyyətcil bir ortam olduğunu gördüm. Ən təəccübləndiyim hissə isə bir-birini tanımayan insanların belə salam verərək hal-əhvallarını soruşması oldu. Bəzən özünüzü pis hiss etsəniz belə birinin sizə “salam, necəsiniz?” deməsi ilə o anki ruh halınız yaxşılaşa bilir.
Mənim əsas vəzifəm vətəndaşların qəbulu prosesini yaxından izləyərək, əməkdaşların qəbulları necə apardığını müşahidə etmək idi. Bundan əlavə Mərkəzi Bankın müxtəlif istiqamətlər üzrə təşkil etdiyi təlimlərdə və bizə verilən “Qanunvericilikdə Kapital Bazarı” haqqında layihənin hazırlanmasında iştirak etmişəm. Təcrübə zamanı analitik düşünmə, məlumatların emalı, rəsmi yazışma qaydaları, komanda işi və vaxtın idarə edilməsi bacarıqlarımı inkişaf etdirdim.
İş yoldaşlarım və mentorum çox qayğıkeş idilər. Problem olduğu an hətta ola biləcəyi anlarda belə soruşub dəstəklərini göstərirdilər. Belə bir komanda ilə işləmək mənim üçün çox faydalı oldu. İş mühitində məni ən çox cəlb edən isə insanların həmişə loru dildə desək gözdə qulaqda olub bir-birlərinin yardımına qaçması idi. Təcrübə müddətində bir çox yaddaqalan anım oldu. Bunlardan ən əsası isə ilk işlə bağlı təklifimi verdiyim gün təklifimin nəticəsindən çox bu qədər maraqlanıb təklif verdiyim üçün göstərilən minnətdarlıq oldu. İclasda hərkəsin təklif üçün təşəkkürlərini bildirməsi məni başqa təkliflərin verilməsi ilə bağlı daha da motivasiya etdi.
Təcrübə işləmək istədiyim iş mühiti haqqında fikir formalaşmasında mənə hədsiz kömək olmaqla yanaşı gələcəkdə Mərkəzi Bankın əməkdaşı olmaq istəyimi daha da gücləndirdi. Gələcək təcrübəçilərə məsləhətim budur ki, onlara verilən tapşırıqları yerinə yetirməklə yanaşı əməkdaşlarla əlaqə quraraq bilmədikləri bir çox sahədən məlumatlana bilərlər. Mərkəzi Banka mənə qatdıqları hər şey üçün təşəkkür edirəm!
- Cəfər Qurbanlı
#asset-33
Mən, Cəfər Qurbanlı Bakı Mühəndislik Universitetinin Informasiya Texnologiyaları ixtisası üzrə 3-cü kursda təhsil alıram.
İlk real iş mühiti təcrübəmi birbaşa mərkəzdən başlayıb daha güclü karyera başlanğıcı üçün məhz Azərbaycan Respublikası Mərkəzi Bankına müraciət etdim.
Təcrübəyə başlamazdan əvvəl burada xoş insanlarla qarşılaşacağıma və onlardan çox şey öyrənəcəyimə əmin idim amma hər şey gözlədiyimdən daha artığı oldu, deyəsən bu baxımdan çox şanslıyam.
Təcrübə zamanı əsas vəzifəm Xüsusi Tənzimləmə Rejiminin Təşkili şöbəsində Mərkəzi Bankın elektron xidmətlər saytının yeni konsepsiyasının hazırlanması, virtual varlıqların beynəlxalq təcrübədə necə tənzimlənməsini araşdırmaq istiqamətində oldu. Bu müddət ərzində tədqiqat, komanda işi, analitik düşüncələr və digər bacarıqlar qazandığımı deyə bilərəm.
İşçi münasibətlərinə gəlsək, mentorum mənim hər addımımda mənəvi olaraq mayak rolunu oynadı, nəyisə səhv etdikdə və ya başa düşmədikdə mentorumun dadıma çatacağına şübhəm yox idi. Açığı ilk iş təcrübəmdə belə gülərüz, mehriban və səmimi iş yoldaşlarımın olacağını təsəvvür etməzdim. Belə iş yoldaşları olanda lap 7/24 ofisə gəlib çalışmaq istəyirsən :D
Ən yadda qalan anım açığı yoxdur hər anın müəyyən dəyəri oldu mənim üçün. Gördüyüm işlərdən mənə xüsusi dəyər qatan isə Mərkəzi Bankın elektron xidmətlər saytının yeni konsepsiyasını təklif kimi irəli sürməyim oldu.
Kariyeramı qurmaq istədiyim sahədə təcrübə keçdim və bu sahədə müəyyən boşluqlarımın olduğunun fərqinə vardım, bu burada qazandığım ən böyük təcrübə oldu. Gələcək təcrübəçilərə tövsiyəm, səhvlərinə təcrübə kimi yanaşsınlar və təcrübədən öyrənsinlər.
Kariyerama Mərkəzi Bankdan başlamaq şansı yaratdıqları üçün bütün idarə heyətinə və bütün əməkdaşlara təşəkkür edirəm.
- Nicat Daşdəmirli
#asset-34
Mən, Nicat Daşdəmirli Milli Aviasiya Akademiyasının İnformasiya Texnologiyaları ixtisasının 3-cü kurs tələbəsiyəm. Azərbaycan Respublikası Mərkəzi Bankında İT Helpdesk üzrə təcrübə proqramında iştirak etmişəm.
Təcrübə zamanı akademiyada öyrəndiyim nəzəri bilikləri real iş mühitində tətbiq etməklə yanaşı, istifadəçilərə texniki dəstək göstərmək və problemləri vaxtında həll etmək bacarığımı inkişaf etdirdim. Eyni zamanda, komanda daxilində effektiv əməkdaşlıq, vaxtın idarə olunması və peşəkar kommunikasiya kimi yumşaq bacarıqlarımı da əhəmiyyətli dərəcədə artırdım. Bu təcrübə mənə yalnız texniki deyil, həm də insanlarla düzgün ünsiyyət qurmaq və stresli vəziyyətlərdə soyuqqanlı qalmaq bacarıqlarını mənimsəməkdə kömək oldu.
Bu təcrübə gələcək karyeram üçün böyük motivasiya yaratdı və IT sahəsində biliklərimi daha da gücləndirdi.
Azərbaycan Respublikası Mərkəzi Bankının əsas dəyərləri – dürüstlük, cavabdehlik və inkişaf – mənim də iş prinsipimə çevrildi. Təcrübə müddətində hər zaman məsuliyyətli və şəffaf olmaq, qarşıma qoyulan tapşırıqları dəqiq və vaxtında yerinə yetirmək üçün çalışdım. Eyni zamanda, davamlı öyrənmə və özümü inkişaf etdirmə məqsədi mənə əlavə stimul verdi.
Təcrübə müddətində mənə göstərdiyiniz dəstək və imkanlara görə bütün rəhbərliyə təşəkkürümü bildirirəm.
- Elmina Əliyeva
#asset-35
Mən, Elmina Əliyeva ADA Universitetində İqtisadiyyat ixtisası üzrə 4-cü kurs tələbəsiyəm. Həmişə nəzəri biliklərimi praktik təcrübə ilə tamamlamanın vacib olduğunu düşündüyüm üçün Mərkəzi Bankın təcrübə proqramına müraciət etdim. Mənim üçün bu, həm peşəkar, həm də şəxsi inkişaf baxımından böyük fürsət idi.
Proqram başlamazdan əvvəl yeni bacarıqlar əldə edəcəyimə əmin idim. Amma ilk gündən məni ən çox təəccübləndirən kollektivin bizə göstərdiyi səmimiyyət və dəstək oldu. Qısa zamanda özümü komandanın bir hissəsi kimi hiss etdim.
Təcrübə müddətində əsas işim şöbəmizə aid məlumatların təhlil edilməsi və hesabatların hazırlanmasında kömək etmək idi. Bununla yanaşı, beynəlxalq təcrübənin öyrənilməsi və daxili təqdimatlarda iştirak mənim üçün çox faydalı oldu. Bu prosesdə analitik bacarıqlarımı inkişaf etdirdim, vaxtı daha düzgün idarə etməyi və yazılı ünsiyyət bacarıqlarımı gücləndirdim. Təcrübə zamanı həmçinin digər departamentdəki təcrübəçilər ilə iqlim risklərinin maliyyə sabitliyinə təsiri mövzusunda araşdırma aparmaq imkanı qazandım. Bu araşdırma çərçivəsində beynəlxalq nümunələri öyrənərək onların Azərbaycan üçün tətbiq imkanlarını təhlil etdik.
Mentorum və iş yoldaşlarım hər zaman dəstək göstərdilər, onların bilik və təcrübələrindən çox şey öyrəndim. Mənim üçün ən dəyərli məqamlardan biri Mərkəzi Bankın dinamik, peşəkar və öyrənməyə açıq mühitdə işləmək fürsəti idi.
Mənim üçün ən yaddaqalan hadisə isə hazırladığım tədqiqat nəticələrini şöbə əməkdaşları ilə paylaşmağım oldu. Fikirlərimin maraqla qarşılanması və müzakirələrə səbəb olması mənə böyük motivasiya verdi.
Bu təcrübə mənim gələcək karyera planlarımda istiqamət qazandırdı və iqtisadi tədqiqat sahəsində çalışmağım üçün güclü motivasiya verdi. Gələcək təcrübəçilərə tövsiyəm odur ki, seçildiyi departamentdə hər bir əməkdaş ilə ünsiyyət qurub yeni bir şey öyrənməyə daim açıq olsunlar.
Mənə bu fürsəti yaratdığı üçün Mərkəzi Banka və bütün əməkdaşlara minnətdaram. Bu təcrübə mənim üçün peşəkar həyatda böyük bir addım oldu.
- Elnur Babayev
#asset-36
Mən, Elnur Babayev Azərbaycan Dövlət İqtisad Universitetində Maliyyə ixtisası üzrə 4-cü kurs tələbəsiyəm. Hər zaman ölkənin maliyyə sabitliyinə töhfə verən Mərkəzi Bank kimi nüfuzlu bir qurumda təcrübə keçmək istəmişəm. Bu arzumu reallaşdırmaq üçün Mərkəzi Bankın “Maliyyəçisən” təcrübə proqramına müraciət etdim.
Proqrama başlamazdan əvvəl düşünürdüm ki, burada yalnız nəzəri biliklərin praktikada tətbiqini öyrənəcəm. Amma ilk gündən etibarən gördüm ki, bu təcrübə həm də mənə iş mühiti, komanda ilə əməkdaşlıq və qərarvermə prosesləri barədə geniş anlayışlar qazandıracaq. Xüsusilə, əməkdaşların səmimiyyəti və dəstəyi məni çox təəccübləndirdi.
Təcrübəmi Kapital bazarı fəaliyyətinə dair siyasət və tənzimləmə departamentinin Prudensial siyasət şöbəsində keçirdim. Burada əsas vəzifəm Azərbaycanda kapital bazarının mövcud vəziyyətini təhlil etmək, bu sahədə beynəlxalq təcrübəni araşdırmaq, mövcud boşluqları taparaq ona uyğun təkliflər vermək idi. Eyni zamanda, şöbənin müxtəlif layihələrinə qoşulmaq, daxili sənədlərin hazırlanmasına kömək etmək imkanım oldu. Bu müddət ərzində həm kapital bazarları haqqında biliklərimi dərinləşdirdim, həm də analitik düşüncə, vaxtın düzgün idarə olunması və detallara diqqət kimi bacarıqları inkişaf etdirdim.
Komandamız çox mehriban və peşəkar idi. Mentorum və digər əməkdaşlar mənə daim dəstək oldular, suallarıma səbrlə cavab verdilər və inkişafım üçün tövsiyələr verdilər. Mərkəzi Bankın sistemli, nizamlı və öyrənməyə təşviq edən mühiti məni xüsusilə cəlb etdi.
Ən yaddaqalan anım, şöbədə apardığım təhlilin rəhbərliyə təqdim olunaraq müzakirəyə çıxarılması oldu. Öz töhfəmin nəticəsini görmək mənə böyük motivasiya verdi.
Bu təcrübə mənim peşəkar karyerama daha aydın baxmağıma səbəb oldu. Gələcəkdə də maliyyə sektorunda çalışmaq və dəyər yaratmaq istəyirəm. Yeni təcrübəçilərə tövsiyəm: hər anı öyrənmək fürsəti kimi dəyərləndirin və təşəbbüskar olun.
Bu fürsəti yaratdığı üçün Mərkəzi Banka və bütün komanda üzvlərinə təşəkkür edirəm.
- Esma Ramazanova
#asset-37
Mən, Esma Ramazanova Azərbaycan Dövlət İqtisad Universitetində Maliyyə ixtisası üzrə 4-cü kurs tələbəsiyəm. Maliyyə sahəsinə olan marağım və bu sahədə karyera qurmaq istəyim məni Mərkəzi Bankın təqdim etdiyi təcrübə imkanını dəyərləndirməyim üçün əsas stimul idi.
Proqramın peşəkar və şəxsi inkişafımda önəmli faydası olacağına inanırdım. İlk gündən peşəkar korporativ mühit və komandanın pozitiv qarşılaması məni həm təəccübləndirdi, həm də həvəsləndirdi.
Bu müddətdə əsas fəaliyyət istiqamətim maliyyə savadlılığı və peşəkar inkişaf üzrə bir sıra işlərin görülməsində proseslərə cəlb olunmaq, kreativliyimi ortaya qoyaraq verilən tapşırıqları yerinə yetirmək, beynəlxalq təcrübəni araşdırmaq və öyrənmək idi.
Eyni zamanda həm şöbəmin uzunmüddətli plan və layihələrinin təməlinin qoyulmasında dəstək üçün, həm də təqdim etməli olduğumuz yekun layihənin hazırlanmasına cəlb olunmuşdum. Hər birinin icrasında araşdırma, kreativ və analitik düşüncə qabiliyyətlərimi təkmilləşdirmək imkanım oldu.
İş yoldaşlarım və mentorlarım son dərəcə dəstəkçi və istiqamətverici oldular. Hər bir tapşırıqda mənə yol göstərmək, fikirlərimi dinləmək və inkişaf etməyim üçün şərait yaradıldı. Mərkəzi Bankın iş mühitində məni ən çox cəlb edən isə sistemli yanaşma, əməkdaşlıq ruhu və hər kəsin öz sahəsində peşəkarlıq nümayiş etdirməsi oldu.
Təcrübə müddəti boyunca dəyərli xatirə olaraq mənimlə qalacaq çox anlarım oldu. Bunlardan biri komandamla birgə yaradıcılıq tələb edən tapşırıqlar üzərində işləmək oldu ki, bu işimizə çoxlu maraq və əyləncə qatdı.
Bu təcrübə mənə maliyyə sahəsində gələcək karyeram üçün daha aydın istiqamət verdi və özümə olan inamımı artırdı. Mərkəzi Bankda əldə etdiyim bilik və bacarıqlar mənim üçün gələcək iş mühitinə hazırlıq baxımından böyük üstünlükdür. Gələcək təcrübəçilərə tövsiyəm odur ki, bu imkandan maksimum faydalanmağa çalışsınlar və hər anı öyrənmək fürsəti kimi dəyərləndirsinlər.
Mərkəzi Banka və bu proqramın təşkilatçılarına təşəkkür edirəm. Bu təcrübə mənim üçün həm peşəkar, həm də şəxsi inkişaf baxımından unudulmaz bir mərhələ oldu.
- Əli Mehdizadə
#asset-38
Mən, Əli Mehdizadə ADA Universitetində sonuncu kurs Riyaziyyat tələbəsiyəm. Həmişə öyrəndiyim nəzəri biliklərin real həyatda necə tətbiq olunduğunu görmək və maliyyə sahəsini yaxından tanımaq arzum vardı. Elə buna görə də Mərkəzi Bankın təcrübə proqramına qoşulmaq qərarına gəldim.
Proqrama başlamazdan əvvəl çox şey öyrənəcəyimi gözləyirdim, amma ilk günlərdə məni ən çox işçilərin səmimiyyəti və göstərilən diqqət heyran etdi. Komanda ruhu və peşəkarlıq isə gözlədiyimdən də yüksək idi.
Təcrübə boyunca əsas məsuliyyətim yeni proqram dili və framework öyrənmək, daha sonra isə bunları daxili proqramlarda tətbiq etmək idi. Həmçinin, layihələrdə texniki dəstək göstərmək, mövcud tətbiqləri yaxşılaşdırmaq və yeni funksionallıqları sınamaq imkanım oldu. Bu proses mənə həm nəzəri bilikləri praktikada tətbiq etməyi, həm də analitik düşüncə və vaxtı idarə etmə bacarıqlarımı inkişaf etdirməyi öyrətdi.
Mentorum və digər əməkdaşlar hər addımda mənə dəstək oldular, öz bilik və təcrübələrini bölüşərək öyrənmə prosesimi daha da maraqlı etdilər. Komandada açıq ünsiyyət və səmimi münasibət iş mühitini daha rahat və motivasiyaedici etdi. Mənim üçün ən cəlbedici tərəf isə daim öyrənməyə və yeniliklərə açıq mühit oldu.
Yaddaqalan anım isə Nahid İsayev ilə birlikdə yenidən yazdığımız layihəni departament qarşısında təqdim etməyimiz oldu. Orada öz əməyimizin nəticəsini görmək həm qürurverici, həm də çox motivasiyaedici idi.
Bu təcrübə mənim karyera planlarımda aydınlıq yaratdı və gələcəkdə texnologiya ilə maliyyəni birləşdirən layihələrdə işləmək istəyi oyatdı. Gələcək təcrübəçilərə isə tövsiyəm odur ki, hər fürsəti dəyərləndirsinlər, sual verməkdən çəkinməsinlər və öyrənməyə açıq olsunlar.
Mərkəzi Banka və bütün əməkdaşlara təşəkkür edirəm. Burada keçirilən təlimlər və departament daxili master classlar mənim peşəkar bacarıqlarımı artırmaqda böyük rol oynadı. Qazandığım bilik və bacarıqlar mənim üçün unudulmaz oldu və gələcəkdə də yolumu işıqlandıracaq.
- Əşrəf Qafarov
#asset-39
Azərbaycan Mərkəzi Bankında keçdiyim təcrübə mənim üçün sadəcə yay proqramı deyildi – bu, peşəkar yolumda dönüş nöqtəsi oldu. “Maliyyəçisən” layihəsinə qəbul olunduğum an hiss etdiyim sevinc və həyəcanı sözlə ifadə etmək çətindir. İlk gündən özümü yalnız öyrənən deyil, həm də dəyər qatan bir komandanın üzvü kimi hiss etdim.
Proqram çərçivəsində hər gün yeni biliklər qazanmaq, fərqli vəzifələri yerinə yetirmək və nəzəriyyəni praktikaya çevirmək imkanı əldə etdim. Qarşıma çıxan çətinliklər mənə problemlərə yaradıcı yanaşmağı, qərarların yalnız bu günü deyil, həm də sabahı formalaşdırdığını daha dərindən anlamağı öyrətdi. Bu müddət mənim analitik düşünmə və özünüifadə bacarıqlarımı gücləndirdi.
Ən dəyərli məqam isə insanlarla qurduğum münasibətlər oldu. Mentorların dəstəyi, həmkarların paylaşdığı təcrübələr və gördüyüm səmimi əməkdaşlıq mənim üçün böyük motivasiya idi. Burada ənənəvi iş mühitindən daha çox, hər kəsin öyrəndiyi və bir-birinə güvəndiyi bir atmosfer gördüm.
Bu təcrübə mənə göstərdi ki, uğur təkcə nəticəyə çatmaq deyil, yol boyu qazandıqlarındır. Mərkəzi Bankda öyrəndiklərim və qazandığım dostluqlar karyeramın gələcək addımları üçün güclü təməl olacaq. Mənim üçün bu proqram bir başlanğıcdır və inanıram ki, davamı daha da maraqlı olacaq.
“Bu təcrübə mənim üçün son deyil, yeni başlanğıcın ilk addımı oldu.”
- Fatimə Kərimova
#asset-40
Mən, Fatimə Kərimova Azərbaycan Dövlət İqtisad Universitetində Biznesin İdarə Edilməsi ixtisası üzrə 4-cü kurs tələbəsiyəm. Mərkəzi Bankda təcrübə proqramına müraciət etməyimin səbəbi peşəkar iş mühitində təcrübə qazanmaq, yeni biliklər əldə etmək və real iş proseslərini yaxından öyrənmək idi.
Təcrübəyə başlamazdan əvvəl gözləntilərim iş mühitində səmərəli təcrübə qazanmaq və özümü daha da inkişaf etdirmək idi. İlk günlərdən bəri buradakı atmosfer nəinki gözləntilərimi qarşılamaqla kifayətləndi, hətta onları üstələdi.
Təcrübə müddətində əsas fəaliyyətim əməkdaşların inkişafı istiqamətində görülən işlərin icrası, təlim və tədbirlərin təşkili ilə bağlı idi. Təlimlərin hazırlanması, müvafiq materialların tərtib olunması və prosesin qiymətləndirilməsi kimi tapşırıqlarda iştirak edirdim. Eyni zamanda, tərəfimdən bank əməkdaşları üçün müasir tendensiyalara uyğun tədbirlərin görülməsi ilə bağlı ideyalar təklif olunmuşdur. Təcrübə müddətində təcrübəçilər üçün keçirilən “İnkişaf Günləri” və ümumi iş prosesi mənim yumşaq bacarıqlarımı daha da yaxşılaşdırdı. Həmçinin, qeyd edə bilərəm ki, Mərkəzi Bankın daxili sistemlərinə tam hakim olmuş və iş prosesində müvafiq qeydiyyat və hesabatların formalaşmasında fəal iştirak edirdim. Proqram boyunca öyrəndiklərim mənə İnsan resursları sahəsi ilə bağlı daha dərin və praktiki biliklər qazandırdı.
İş yoldaşlarım və mentorum ilə əməkdaşlıq çox xoş və səmimi oldu. Onların gülərüzlülüyü və mehribanlığı iş mühitində özümü rahat və dəyərli hiss etməyimə səbəb oldu. Mərkəzi Bankın iş mühiti həm peşəkar, həm də insani dəyərlərə böyük önəm verir, bu da məni çox cəlb etdi.
Təcrübə müddətində ən yaddaqalan an təcrübəçi həmkarlarımla birgə uğurla təşkil etdiyimiz layihə işi oldu, bu mənə kollektiv işin gücünü bir daha göstərdi.
Bu təcrübə mənim karyera planlarıma böyük təsir göstərdi; gələcəkdə İnsan resursları sahəsində daha çox təcrübə toplamaq və inkişaf etməyi planlaşdırıram. Gələcək təcrübəçilərə isə məsləhətim budur ki, mütləq “Maliyyəçisən” proqramına müraciət edib fürsətdən yararlansınlar, bu təcrübə dəyərli və faydalıdır.
Təşəkkür edirəm, bu təcrübə yaddaqalan oldu!
- Fərid Rza
#asset-42
Mən, Fərid Rza Azərbaycan Texniki Universitetində magistr pilləsi üzrə İnformasiya təhlükəsizliyi ixtisasında 2-ci kurs tələbəsiyəm. Yay dönəmində hər hansı sıradan bir şirkətdə işləməkdənsə, Mərkəzi Bank kimi önəmli bir təşkilatda təcrübə keçməyi üstün tutdum.
Təcrübəyə başlamadan öncə fikirləşirdim ki, bu təcrübə dönəmi və iş prosesi mənə çox ağır gələcək, lakin qarşılaşdığım mühit, iş prosesi elə olmadı. Artıq ilk gündən iş prosesinin mənə izah olunması və göstərilməsi üzərimdən o çətinlik düşüncəsini və hissini aradan qaldırdı. İş mühitində ən çox diqqətimi çəkən isə burda illərin təcrübəsini daşıyan bir sıra əməkdaşların bizi özlərindən biri kimi görmələri və səmimi davranışları idi.
Mənim əsas vəzifəm Data departamentinin Data mühəndisliyi şöbəsində tapşırıqların yerinə yetirilməsi, məlumatların təhlili, emalı, köçürülməsi və bütün bu proseslərə nəzarət idi. Bu prosesdə biliklərimi real mühitdə tətbiq etmək imkanım oldu.
Bu müddət zərfində Mərkəzi Bankın digər təcrübəçilərdən ibarət bölüşdürülmüş 6 nəfərlik komandalarından birində sahəm üzrə olan layihənin hazırlanmasına dair töhfə verdim. Bu layihə dönəmində təşkilatçılıq, analitik düşüncə, vaxtın idarə olunması və layihə idarəçiliyi üzrə olan bacarıqlarımı daha da inkişaf etdirdim.
Təcrübə müddətinin həm rahat, həm də öyrədici keçməsində mentorumla birlikdə digər əməkdaşların da böyük dəstəyini gördüm. Mənim üçün ən xüsusi an gördükləri işə məni də dəvət etmələri və birlikdə çalışmağı təklif etdikləri an idi.
Bu təcrübə müddəti mənim öz karyera yolumda bir növ öz yolumu təyin etməyə, verdiyim qərarların nə qədər düzgün olduğunu anlamağa və həyatımda bir dönüş nöqtəsi olmağa kömək etdi.
Gələcəkdəki təcrübəçilərə verə biləcəyim ən önəmli tövsiyə isə odur ki, şansların, fürsətlərin gəlməyini gözləməsinlər, həmin şans və fürsətləri özləri yaratsınlar.
Bütün bu imkanlardan yararlanmağa kömək etdiyi üçün Mərkəzi Banka və bu yolda əziyyəti olan digər bütün əməkdaşlara öz dərin təşəkkürlərimi bildirirəm.
- Fuad Ataşov
#asset-43
Mən Fuad Ataşov, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti Sabah qruplarında Kompüter mühəndisliyi ixtisası üzrə 3-cü kurs tələbəsiyəm. Həmişə ölkənin aparıcı qurumlarından birində, real iş mühitində İT sahəsində biliklərimi sınamaq və inkişaf etdirmək istəyirdim. Bu məqsədlə də Mərkəzi Bankın təcrübə proqramına maraqla müraciət etdim.
Təcrübəyə başlamadan əvvəl düşünürdüm ki, daha çox nəzəri biliklər üzərində işləyəcəyəm. Amma ilk gündən işçilərin səmimi münasibəti və mənə göstərilən dəstək gözləntilərimdən çox artıq oldu. Ən çox diqqətimi çəkən isə iş mühitində yüksək peşəkarlıqla yanaşı, komanda ruhunun güclü olması idi.
Mənim əsas tapşırıqlarım İT dəstək üzrə gündəlik əməliyyatlarda iştirak etmək, istifadəçilərin müraciətlərinə cavab vermək və sistemlərin düzgün işləməsini təmin etmək idi. Bu prosesdə həm texniki bacarıqlarımı sınadım, həm də yeni biliklər öyrəndim. Xüsusilə, şəbəkə problemlərinin həlli, system ve proqram təminatlarının quraşdırılması və təhlükəsizlik qaydalarına əməl edilməsi ilə bağlı təcrübə qazandım.
Bundan əlavə, iştirak etdiyim layihələrdə həm müstəqil işləməyi, həm də komandada əməkdaşlığı öyrəndim. Bu işlər mənə vaxtın düzgün idarə olunması, məsuliyyətli davranmaq və operativ qərar vermə bacarıqları qazandırdı.
Komandamızda əməkdaşlıq mühiti çox xoş idi. Mentorlarım hər zaman suallarıma cavab verdi, istiqamət göstərdi və təcrübəmi daha faydalı etməyə çalışdı. Mərkəzi Bankda texnologiyalara verilən önəm və daim öyrənməyə açıq mühit məni xüsusilə cəlb etdi.
Bu təcrübə mənim karyera seçimimə böyük təsir etdi. Artıq əminəm ki, gələcəkdə kibertəhlükəsizlik və İT sahəsində ixtisaslaşmaq istəyirəm. Gələcək təcrübəçilərə məsləhətim odur ki, aktiv olsunlar, hər fürsətdən öyrənməyə çalışsınlar və sual verməkdən çəkinməsinlər.
Mənə bu imkanı yaratdığı üçün Mərkəzi Banka və bütün əməkdaşlara səmimi təşəkkürümü bildirirəm.
- Gözəl Səidova
#asset-44
Mən, Gözəl Səidova Azərbaycan Dövlət İqtisad Universitetində Maliyyə ixtisası üzrə 4-cü kurs tələbəsiyəm. Təcrübə qazanmaq, yenilikləri müşahidə etmək və korporativ mühitlə tanış olmaq hər zaman prioritetlərim içərisində olub. Mərkəzi Bankın “Maliyyəçisən” təcrübə proqramına isə bütün bu prioritetlərimi əhatə edəcəyini düşündüyüm üçün müraciət etdim.
Proqramdan əsas gözləntilərim təbii ki, yeni biliklər öyrənmək idi, həmçinin iş mühitinin çox ciddi olacağına inanırdım. Lakin, ilk iş günündən etibarən kollektivin xoş rəftarı, hər zaman içlərindən biri kimi olduğumu hiss etdirmələri məni müsbət olaraq ən təəccübləndirən məqam olmuşdu.
Sığorta fəaliyyətinin tənzimlənməsi şöbəsində bir təcrübəçi kimi verilən tapşırıqları yerinə yetirir, məlumatlar əsasında sığorta əsaslı təhlillər aparır və maraq dairəm daxilində olan nüansları öyrənməyə çalışırdım.
Hər məqamda mentorum və digər əməkdaşlarla müzakirələr edərək məsləhət alırdım. Bu da öz növbəsində fikirlərimə daha doğru istiqamət verirdi. Öz təcrübələri ilə inkişafıma dəstək olurdular.
Təcrübəm boyunca ən yaddaqalan an isə “World Bank” əməkdaşları ilə olan görüşlərdə iştirak etməyim və beynəlxalq təcrübə ilə tanış olma şansını əldə etməyim idi. Həmçinin departament və şöbə ilə fasilə zamanlarında keçirdiyimiz əyləncəli vaxtları da buna misal çəkə bilərəm.
Ümumiyyətlə, təcrübə proqramı mənə yeni baxış bucağı və biliklər qazandırdı hansı ki karyeramı doğru şəkildə qurmaq və inkişaf etdirmək üçün mənə görə böyük əhəmiyyət kəsb edir.
Bütün qeyd olunan məqamların yaranmasına şərait yaratdığı üçün Mərkəzi Banka və bütün əməkdaşlara, xüsusilə əziz mentoruma minnətdarlığımı bildirirəm.
- Həcər Məlikova
#asset-45
Mən, Həcər Məlikova Bakı Dövlət Universitetinin SABAH Qruplarının hüquqşünaslıq ixtisasının 4-cü kurs tələbəsiyəm. Əvvəllər bu sahəyə marağım olmasa da, universitetdə “sığorta hüququ” fənnini keçdikdən sonra məndə bu sahəyə qarşı böyük maraq və həvəs yarandığı üçün Mərkəzi Bankın “Maliyyəçisən” təcrübə proqramı çərçivəsində “Sığorta bazarının hüquqi təminatı” şöbəsinə müraciət etdim.
Müraciət etmiş minlərlə şəxs arasından seçilən gənclərdən biri olduğumu öyrəndiyim andan bəri bu proqramın mənim şəxsi və peşəkar inkişafım üçün əvəzolunmaz bir təcrübə olacağına inanırdım, amma ilk gündən departamentdəki əməkdaşların bizə qarşı səmimi münasibəti və göstərdikləri dəstək gözləntilərimdən daha da yüksək oldu.
Təcrübə müddəti ərzində mentorumun göstərdiyi dəstək mənim üçün sözlərlə ifadə olunmayacaq dərəcədə böyük və dəyərli idi. Belə ki, mən, mentorumun dəstəyi ilə sığorta qanunvericiliyini dərindən araşdırdım, beynəlxalq təcrübədə sığorta sektorunu tənzimləyən müxtəlif aktlarla tanış oldum, fərqli sorğular və maraqlı layihələr üzərində işlədim, eləcə də normayaratma fəaliyyətini dərindən mənimsədim. Mentorumun böyük səbrlə və ətraflı formada suallarımı cavablandırması məni bu sahəni daha da dərindən öyrənməyə həvəsləndirirdi. Təsadüfi deyil ki, məndə bu sahəyə yaranmış böyük həvəs nəticəsində ilk məqaləmi məhz bu mövzuda yazmağa başladım.
Təcrübə müddətində elə bir gün yox idi ki, yeni nəsə öyrənmədən Mərkəzi Bankın binasını tərk edim, lakin düşünürəm ki, mənim üçün bu təcrübəni daha da özəl və unudulmaz edən departamentdəki əməkdaşların mənə qarşı yeni gəlmiş təcrübəçi kimi deyil, illərlə birlikdə çalışdığı əməkdaş kimi doğma münasibətləri oldu.
Mənim üçün ən yaddaqalan an departamentimizin əməkdaşları ilə nahar fasilələrində birlikdə keçirdiyimiz vaxt idi. Onların zəngin təcrübələrindən yararlanmaq və müxtəlif mövzularda maraqlı söhbətlər etmək mənim şəxsi inkişafım baxımından xüsusi əhəmiyyətə malik idi.
Bu təcrübə gələcək karyeram üçün bir istiqamət rolu oynadı və mən qərar verdim ki, sığorta sahəsində uğurlu bir hüquqşünas olaraq fəaliyyət göstərmək istəyirəm. Yay tətilini səmərəli şəkildə keçirərək şəxsi və peşəkar baxımdan inkişaf etmək istəyən hər kəsə bu proqramda iştirak etməyi tövsiyə edirəm.
Mənə bu fürsəti yaratdığı üçün Mərkəzi Banka və bütün əməkdaşlara təşəkkür edirəm.
- Xanım Hüseynli
#asset-46
“Maliyyəçisən” təcrübə proqramına ilk müraciətim uğurlu olmasa da, ikinci cəhdimdə güclü rəqabətli seçim mərhələsini keçərək proqramda iştirak edən azsaylı namizədlərdən biri olmaq şansını qazandım. Bu fürsət mənim üçün böyük motivasiya və çox dəyərli bir imkan idi.
Mərkəzi Bankda keçirdiyim iki aylıq təcrübə həyatımın ən önəmli mərhələlərindən biri oldu. Bu müddət o qədər maraqlı və faydalı keçdi ki, vaxtın necə sürətlə ötdüyünü belə hiss etmədim. Rezolyusiya departamentində olduğum ilk gündən bəri mentorum və digər bütün əməkdaşların isti, səmimi və qayğıkeş münasibəti sayəsində qısa müddətdə kollektivə adaptasiya ola bildim. Departamentin fəaliyyət istiqamətləri, iş prinsipləri və prosesləri ilə yaxından tanış olmaqda və öyrənməkdə yalnız mentorum deyil, digər əməkdaşlar da mənə daima dəstək oldular.
İş prosesində əldə etdiyim bütün biliklər və bu dəyərli təcrübə gələcəkdə karyeramı peşəkar mütəxəssis kimi qurmaq istədiyim maliyyə sahəsində mənə yol göstərdi və bu istiqamətə daha da həvəsləndirdi. Eyni zamanda burada olduğum müddətdə karyera seçimləri barədə peşəkar əməkdaşlardan önəmli məsləhətlər aldım.
Bu təcrübə mənə yalnız güclü bilik və bacarıqlar qazandırmadı, həm də həyatımda dəyərli iz buraxan gözəl dostluqlar bəxş etdi. Burada tanış olduğum bütün təcrübəçi dostlarımla bundan sonra da əlaqələrimi davam etdirəcəyəm.
Nəhayət, əminliklə deyə bilərəm ki, “Maliyyəçisən” mənim üçün təkcə təcrübə deyil, həm də böyük inkişaf və unudulmaz xatirələrin mənbəyi oldu.
- Xəqani Rəhimli
#asset-47
Mən, Xəqani Rəhimli ADA Universitetində Dövlət və İctimai Münasibətlər ixtisası üzrə 4-cü kurs tələbəsiyəm. İqtisadi dərslərimizin birində mərkəzi bankların iş prosesi bu sektora olan marağımı çəkmişdi və “Maliyyəçisən” təcrübə proqramı bu marağımı reallaşdırmaq üçün böyük bir addım idi.
Təcrübəyə başlamazdan əvvəl düşünürdüm ki, inanılmaz sərt və ciddi bir iş mühiti olacaq. Amma ilk gündən qarşılanma, işçilərin səmimiliyi və mənə göstərilən diqqət gözləntilərimi aşdı və qərəzimi qırdı. Ən önəmli faktor isə hər kəsin bir-birinə hörmətlə yanaşması və açıq ünsiyyət mühiti oldu.
Kommunikasiya şöbəsində təcrübəçi kimi əsas fəaliyyətlərim rəqəmsal və ənənəvi kommunikasiya üsullarından istifadə etmək və aktiv olaraq şöbənin proseslərinə kömək etmək idi. İstər sosial şəbəkələrlə işləmək, istərsə media nümayəndələriylə işləmək, istərsə də kommunikasiya üçün məzmunların yaradılmasında iştirak etmək olsun, bir çox yeni biliklər əldə etdim. Həm təcrübə proqramının bizim üçün maliyyə sektorunda yeniliklərlə bağlı layihəsində iştirakım, həm də öz şöbəmin fərqli layihələrində fəaliyyətim mənə yumşaq və texniki bacarıqlarımı itiləməkdə çox kömək etdi.
Başda mentorum və şöbə rəisim olmaqla digər əməkdaşlarla ünsiyyət çox rahat və dəstəkləyici idi. Onların təcrübəsi və yanaşmaları mənim öyrənmə prosesimi daha da zənginləşdirdi. Bankın istiqanlı, peşəkar və eyni zamanda öyrənməyə açıq mühiti məni çox ruhlandırdı.
Ən yaddaqalan anım isə keçirdiyimiz mətbuat konfransı idi. Konfrans boyunca iştirakım, şöbəmizdə gedən proseslər və ümumi nəticə məni kommunikasiya sahəsinə bir daha cəlb etdi.
Bu təcrübə mənim karyera planlarımı daha da aydınlaşdırdı və kommunikasiya sahəsində çalışmağa olan marağımı həqiqətən artırdı. Gələcək təcrübəçilərə tövsiyəm odur ki, fərqli təcrübələrə və şəxsi keyfiyyətlərə sahib insanlarla işləməyə və bu insanların fərqliliklərindən faydalanmağa fokuslansınlar.
Mənə bu fürsəti yaratdığı üçün Mərkəzi Banka və bütün əməkdaşlara təşəkkür edirəm. Bu təcrübə mənim üçün unudulmaz oldu.
- İsa Heydərov
#asset-48
Mən, İsa Heydərov Azərbaycan Dövlət İqtisad Universitetində Maliyyə ixtisası üzrə sonuncu kurs tələbəsiyəm. “Maliyyəçisən” təcrübə proqramına qəbul olunduğumu öyrəndiyim anı heç vaxt unutmaram - içimdə həm sevinc, həm də böyük məsuliyyət hissi vardı. Mərkəzi Bank kimi nüfuzlu bir qurumda iş təcrübəmi qazanmaq mənim üçün əsl fürsət idi. Bu proqram mənə təkcə peşəkar biliklər yox, həm də özüm haqqında yeni anlayışlar verdi.
Təcrübəmi Bazar Davranışlarının tənzimlənməsi departamentində keçdim. Burada maliyyə bazarlarının ədalətli və şəffaf işləməsi üçün görülən işlərlə, eləcə də istehlakçıların hüquqlarının qorunması istiqamətində aparılan tədbirlərlə yaxından tanış oldum. Öyrəndiklərim sadəcə nəzəri biliklər deyildi - real vəziyyətlər üzərində düşünmək, analiz etmək və qərar vermək bacarığım xeyli inkişaf etdi. Bu müddət ərzində maliyyə sahəsinə baxışım daha da genişləndi.
Proqramın mənim üçün ən dəyərli hissələrindən biri komanda işi oldu. Fərqli universitetlərdən gələn gənclərlə birgə işləmək, fikir mübadiləsi aparmaq və ortaq layihələr üzərində çalışmaq həm öyrədici, həm də çox maraqlı idi. Hər birimizin öz güclü tərəfləri vardı və onları birləşdirərək ortaya gözəl nəticələr çıxara bildik. Bu prosesdə həm yeni dostlar qazandım, həm də komanda ruhunun gücünü hiss etdim.
“Maliyyəçisən” mənə bir daha sübut etdi ki, seçdiyim sahə mənə həqiqətən ilham verir. Burada qazandığım biliklər, öyrəndiyim bacarıqlar və tanış olduğum insanlar mənim üçün böyük dəyər daşıyır. Bu təcrübə mənə özümə olan inamı daha da artırdı və gələcək karyera yolumda daha əmin addımlarla irəliləməyə motivasiya verdi.
- Lamiyə Fətiyeva
#asset-49
Mən, Lamiyə Fətiyeva Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq İqtisadiyyat Məktəbi fakültəsində İqtisadiyyat ixtisası üzrə 3-cü kurs tələbəsiyəm. Hər zaman ölkədə maliyyə sahəsində böyük təsirə malik qurumlardan birində işləmək arzusunda olmuşam. Buna görə də Mərkəzi Bankın “Maliyyəçisən” təcrübə proqramına qeydiyyat açılan zaman mütləq müraciət etməli olduğuma qərar verdim.
Təcrübə müddətinə başlamazdan əvvəl də Mərkəzi Bankda öyrənəcəyim çox şey olduğunu düşünürdüm, lakin buradakı iş mühiti, komandadakı səmimiyyət gözləntilərimin qat-qat üstündə idi. Bu səbəbdən proqramda olduğum müddətdə komanda ruhu və işbirliyi ən çox diqqətimi çəkən məqam oldu.
Mənim əsas vəzifəm Ödəniş xidmətləri və ödəniş sistemlərinin inkişafı və siyasəti şöbəsində verilən tapşırıqları yerinə yetirmək, əlavə olaraq beynəlxalq təcrübənin araşdırılmasında iştirak etmək idi. Tapşırıqları yerinə yetirən zaman bu sahədə bilik və bacarıqlarımın artdığını hiss etmək məndə qürur hissi oyadırdı.
Hər bir tapşırıqda, araşdırmada mentorum daim mənə dəstək oldu və düzgün istiqamət seçməyim üçün rəylər verdi. Həmçinin, departamentin digər əməkdaşları da öz dəstəklərini əsirgəmədilər. Mərkəzi Bankın pozitiv və innovativ komandası məni bu müddətdə çox ruhlandırdı.
Ən yaddaqalan anım isə bir əməkdaşın doğum gününü təbrik etmək üçün məni də şöbənin bir üzvü olaraq öz aralarına dəvət etmələri oldu. Həmin an özümü çox xoşbəxt hiss edirdim.
Bu təcrübə mənim həm karyera seçimlərimdə, həm də şəxsi inkişafımda çox böyük rol oynadı və bu barədə vacib qərarları seçməkdə kömək oldu. Əminəm ki, gələcək karyeram üçün “Maliyyəçisən” proqramı güclü bünövrə olacaq. Gələcək təcrübəçilərə tövsiyə edərdim ki, çətinliklər zamanı ruhdan düşməsinlər və hər zaman öyrənməyə açıq olsunlar.
Bu fürsəti yaratdığı üçün Mərkəzi Banka və onun dəyərli əməkdaşlarına təşəkkür edirəm.
- Murad Hacıyev
#asset-50
Mən, Murad Hacıyev ADA Universitetində Hüquqşünaslıq ixtisası üzrə 4-cü kurs tələbəsiyəm. Maliyyə hüququna xüsusi marağım olduğundan “Maliyyəçisən” proqramının keçiriləcəyini görən kimi dərhal müraciət etmək qərarına gəldim. Daim inkişaf edən və normayaratma fəaliyyətini həyata keçirən maliyyə bazarlarının hüquqi təminatı departamentində təcrübə keçmək mənim üçün həm qürurverici, həm də müxtəlif bacarıqlar qazanmaq baxımından çox effektiv oldu.
Proqrama başlamazdan əvvəl gözləntilərim əsasən nəzəri biliklərimi tətbiq etmək idi. Amma ilk gündən qarşılandığım səmimiyyət, dəstək və öyrənməyə açıq mühit gözləntilərimdən qat-qat artıq oldu. Ən çox təəccübləndiyim isə iş proseslərinin nə qədər sistemli və peşəkar şəkildə qurulması idi.
Təcrübə müddətində əsas tapşırıqlarım “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Qanunun mənimsənilməsi, sorğulara həm qanun, həm də ödəniş sektorunda qəbul olunan normativ xarakterli aktlar təhlil edilməklə cavabların hazırlanması və beynəlxalq təcrübəni araşdırmaqla ödəniş sektorunda törədilə biləcək pozuntuları İnzibati Xətalar Məcəlləsinə əlavə edilməsi üçün təkliflər hazırlanmasından ibarət idi. Bundan əlavə, bizə verilmiş xüsusi layihə - “Risk Əsaslı Nəzarətin data əsaslı yanaşma ilə optimallaşdırılması” üzərində işləmək mənim üçün çox dəyərli təcrübə idi. Bu layihə həm analitik bacarıqlarımı gücləndirdi, həm də komanda ilə birgə işləməyin məsuliyyətini hiss etdirdi. Vaxtın düzgün idarə olunması, təqdimat hazırlamaq və fikirlərimi daha aydın ifadə etmək kimi bacarıqlarımı da bu prosesdə inkişaf etdirmək imkanım oldu..
Mentorum və həmkarlarım hər addımda məni istiqamətləndirdi, təcrübələrini bölüşdülər. Mərkəzi Bankda gördüyüm ən dəyərli cəhət isə yüksək peşəkarlığın komanda ruhu ilə balanslaşdırılması oldu. Bu mühit mənim üçün həm faydalı, həm də pozitiv idi.
Mənə bu imkanı yaratdığı üçün Mərkəzi Banka və bütün əməkdaşlara təşəkkür edirəm.
- Murad Hüseynov
#asset-51
Mən, Murad Hüseynov Azərbaycan Dövlət İqtisad Universitetində “Economics” ixtisası üzrə bakalavr təhsilimi tamamlamışam. Qarşıdakı aylarda Trier Universitetində “Sustainability Management and Economics” üzrə magistr təhsilinə başlayacağam. Mərkəzi Bankda təcrübə proqramına müraciət etməyimin əsas səbəbi ölkənin ən nüfuzlu maliyyə qurumunda təcrübə qazanmaq və gələcək karyeram üçün faydalı biliklər əldə etmək idi.
Təcrübəyə başlamazdan əvvəl gözləntilərim əsasən nəzəri biliklərimi real iş mühitində sınamaq idi. İlk günlərdə məni ən çox sevindirən isə əməkdaşların biz təcrübəçilərə səmimi münasibəti və Bankın iş mühitindəki yüksək peşəkarlıq oldu.
Mən Satınalmalar departamentinin Müsabiqəli satınalma şöbəsində fəaliyyət göstərdim. Əsas vəzifəm gündəlik satınalma proseslərində komandaya dəstək olmaq idi. Bununla yanaşı dövlət satınalmaları prosedurları, tender qaydaları və şəffaflıq prinsipləri haqqında biliklər qazandım. Xüsusilə belə böyük bir qurumun satınalma proseslərini yaxından görmək və orada iştirak etmək mənim üçün çox dəyərli oldu.
Şöbənin işlərinə qoşulmaqla müxtəlif sənədlərin hazırlanması və müqayisə aparılması işlərində iştirak etdim. Bu, mənim diqqətlilik, məsuliyyət və analitik təhlil bacarıqlarımı gücləndirdi. Təcrübə müddətində vaxtın düzgün idarə olunmasının və dəqiqliyin iş prosesində nə qədər vacib olduğunu daha yaxşı anladım.
Mentorum, şöbə rəisim və digər əməkdaşlarla iş çox faydalı oldu. Onların dəstəyi, istiqaməti və təcrübələrini bölüşməsi mənim öyrənmə prosesimi daha maraqlı və rahat etdi.
Mənim üçün ən yaddaqalan anlardan biri rəhbərliklə olan görüşlərdə təcrübəçilərin fikirlərinin dinlənməsi idi. Bu, bizə də dəyər verildiyini göstərdi və özünə inamımızı artırdı.
Bu təcrübə sözsüz ki, mənim karyera planlarımda mühüm rol oynayacaq. Satınalma sahəsində qazandığım biliklər magistr təhsilimdə və gələcək peşəkar fəaliyyətimdə mənim üçün böyük üstünlük yaradacaq. Gələcək təcrübəçilərə tövsiyəm – hər fürsəti öyrənmək üçün istifadə etsinlər, təşəbbüskar olsunlar və Mərkəzi Bankın mühitini doğrudan da hiss etsinlər.
Sonda Mərkəzi Banka bu fürsəti yaratdığı üçün təşəkkür edirəm. Xüsusilə Departament direktoruna, şöbə rəisinə, mentoruma və bütün əməkdaşlara dəstəklərinə görə minnətdaram. Burada qazandığım dəyərlər mənim üçün sadəcə iş təcrübəsi deyil, həm də həyat dərsi oldu və inanıram ki, bir ömür boyu unudulmayacaq.
- Nahid İsayev
#asset-52
Mən, Nahid İsayev Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin İnformasiya Texnologiyaları ixtisasının 3-cü kurs tələbəsiyəm.
Mərkəzi Banka olan marağım və bank sektorunun İT sahəsində təcrübə qazanma istəyimə əsasən “Maliyyəçisən” təcrübə proqramına müraciət etdim. Təcrübəyə başlamazdan öncə, burada işlərin rəhbər və işçi münasibətləri əsasında irəliləyəcəyini düşünürdüm. Lakin təcrübəyə başladığım ilk gündən etibarən çox səmimi komanda və dost münasibəti ilə qarşılaşdım. Bu, məni həm təəccübləndirdi, həm də sevindirdi. Burada olduğum dövr boyunca Mərkəzi Bankda istifadə edilən texnologiyaları öyrəndim və real layihə üzərində tədbiq etdim. HÖP layihəsinə əlavə edilməyim sayəsində Backend sahəsində arxitekturanın qurulması, müasir texnologiyalardan istifadə və komanda işi kimi bir çox bacarıqlar qazandım. Mentorumla olan dost münasibətim və onun işləmə prinsipi mənə gələcəkdə mentorluq etsəm necə davranmalı olduğum barədə aydın təsəvvür yaratdı. Mərkəzi Bankın hər bir strukturunun bir-biri ilə əlaqəli işləməsi və dəstəkləməsi ən yaxşı xüsusiyyətlərdəndir.
Təcrübə müddətim boyunca yaranmış hər bir çətinlikdə, komandanın hər bir üzvünün mənə dəstək göstərməsi və suallırmı cavablandırması məni işləmək üçün ruhlandırırdı. Buna görə də burada işləmək mənim üçün əvəzedilməz təcrübə idi.
Təcrübənin bu qədər keyfiyyətli olması mənə əminliklə deməyə əsas verir ki, bura qəbul edilən hər bir tələbə xüsusidir və onlara xüsusi münasibət göstərilir.
Bu əvəzolunmaz fürsəti yaratdığı üçün Mərkəzi Bank heyətinə təşəkkürlərimi bildirirəm.
- Nuray Mirzəyeva
#asset-53
Mən, Nuray Mirzəyeva Azərbaycan Dövlət İqtisad Universitetində Sosial iş ixtisası üzrə 3-cü kurs tələbəsiyəm. Bir öncəki ildən olan təcrübəçilərdən eşitdiklərim sayəsində Mərkəzi Bankda təcrübə keçməyi arzulayırdım. Hətta onların Instagram üzərindən paylaşılan bir postunu özümə motivasiya olaraq saxlayırdım. Təcrübəyə başlamazdan əvvəl proses haqqında müəyyən qədər məlumatım var idi. İnkişafım üçün yaxşı bir şans olduğunu bilirdim. Lakin yenə də gözləntilərimin üstündə bir təcrübə oldu. Məni ən çox təəccübləndirən buradakı əməkdaşların həqiqətən səmimi olması və həqiqətən inkişafımızı istəmələri idi. Mərkəzi Bankda əsas tapşırıqlarım təcrübədə olduğum Müraciətlərin təhlili bölməsinin iş prosesini, hesabatların və sənədlərin hazırlanmasını öyrənmək idi. Təcrübə müddəti dövründə İstehlakçılarla İş departamentinin təcrübəçisi olaraq Qusar rayonunda səyyar qəbulda oldum və bu mənim üçün yaddaqalan bir təcrübə oldu. Layihə ərzində peşəkar ünsiyyət və analitik bacarıqlarımı daha da inkişaf etdirdim. Bu 2 ay ərzində iş yoldaşlarım və mentorum mənə hər bir mövzuda həqiqətən çox dəstək oldular, qayğı göstərdilər. Onlara bu səmimiyyətlərindən ötrü çox təşəkkür edirəm. Təcrübə proqramı ərzində mənim üçün əvəzedilməz və çox dəyərli insan oldular. Təcrübə müddətində mənim üçün ən çox yaddaqalan hadisələrdən biri isə “Dəyərli Anlar” festivalında iştirakım oldu. Orada çox xoş və əyləncəli vaxt keçirdim. Bu təcrübədən sonra özümə olan inamım daha da artdı, artıq gələcəyimə daha perspektivli baxıram və çox böyük işlərə imza ata biləcəyimi düşünürəm. Gələcək təcrübəçilərə burada olan anlarını yaxşı dəyərləndirmələrini, hər bir saniyəsindən faydalanmalarını məsləhət görürəm. Əlavə olaraq, artıq Mərkəzi Bankda olduqları üçün onları təbrik edir, çox şanslı olduqlarını bildirmək istəyirəm.
Sonda isə departament direktorum Murad müəllimə, Nərmin xanıma, iş yoldaşlarım Arzu xanıma, Nuranə xanıma, Yusif müəllimə və bütün HR komandasına öz zəhmətləri üçün təşəkkür edirəm!
Mərkəzi Bankda olduğum üçün çox şanslı idim!
- Orxan İsmayılov
#asset-54
Mən, Orxan İsmayılov 2025-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC)-in SABAH qruplarından Mühasibat ixtisası üzrə məzun olmuşam. Həmişə Azərbaycanın maliyyə sektorunda nüfuzlu bir qurumda çalışmaq arzum olub. Bu səbəbdən Mərkəzi Bankın “Maliyyəçisən” təcrübə proqramına böyük həvəslə müraciət etdim.
Proqrama qəbul olunduğumda öyrənmək üçün böyük imkanlar əldə edəcəyimə inanırdım, lakin komandanın ilk gündən göstərdiyi səmimi qarşılanma və dəstək gözləntilərimi üstələdi. İş mühitindəki peşəkarlıq və güclü komanda ruhu məni xüsusilə sevindirdi.
Əsas vəzifəm Maliyyə bazarlarında əməliyyatlar departamentində tapşırıqları yerinə yetirmək, maliyyə bazarlarının təhlili və hesabatların hazırlanmasında iştirak etmək idi. Universitetdə öyrəndiyim nəzəri bilikləri praktikada tətbiq etmək və maliyyə təhlili bacarıqlarımı inkişaf etdirmək fürsəti qazandım.
Həmçinin, şöbə əməkdaşları ilə beynəlxalq maliyyə təcrübələrini öyrənmək və daxili müzakirələrdə iştirak etmək mənim üçün olduqca dəyərli oldu. Bu proses mənə analitik düşünmə, vaxtın effektiv idarə edilməsi və komanda ilə əməkdaşlıq kimi bacarıqlar qazandırdı.
Mentorum hər mərhələdə məni istiqamətləndirdi, komanda üzvləri isə təcrübələrini bölüşərək peşəkar inkişafıma töhfə verdi. Mərkəzi Bankın innovativ və öyrənməyə açıq mühiti məni olduqca motivasiya etdi.
Ən yaddaqalan anım bu təcrübədə qazandığım biliklər sayəsində “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2028-ci illər üçün Dövlət Proqramı”nın seçim mərhələsindən uğurla keçərək qalib olmağım oldu. Nəticədə magistr təhsilimi İrlandiyanın Trinity College Dublin universitetində maliyyə ixtisası üzrə davam etdirəcəm.
Bu təcrübə peşəkar inkişafım üçün möhkəm zəmin yaratdı. Gələcək təcrübəçilərə məsləhətim: hər fürsəti dəyərləndirin, öyrənməyə açıq olun və sual verməkdən çəkinməyin.
Mənə bu unudulmaz imkanı təqdim etdiyi üçün Mərkəzi Banka və bütün əməkdaşlara dərin təşəkkürümü bildirirəm.
- Rafiq Məmmədov
#asset-55
Mən, Rafiq Məmmədov Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin İnformasiya Texnologiyaları ixtisasının 3-cü kurs tələbəsiyəm.
Maliyyə texnologiyaları (FinTech) sahəsinə qlobal perspektivdən baxmaq, nəzarət çərçivəsindəki baxış bucağı ilə tanış olmaq və strateji qərarların necə qəbul edildiyi ilə daha yaxından tanış olaraq bilik və bacarıqlarımı genişləndirmək üçün “Maliyyəçisən” təcrübə proqramına müraciət etdim.
Təcrübəyə başlamazdan əvvəl əsas gözləntilərim praktiki biliklərimi artırmaq, real iş mühitində fintech sahəsində qarşılaşacağım çətinlikləri anlamaq, onların analiz və təhlil olunması prosesində yaxından iştirak etmək idi. İlk günlərdən qarşılaşdığım dinamik iş mühiti və dəyişikliklərə çevik reaksiya verilməsi məni təəccübləndirmişdi, çünki xəyalımızdakı statik Mərkəzi Bank mühiti bundan tamamilə fərqli idi.
Təcrübə müddətində əsas tapşırıqlarım fintech layihələrinin analizlərini aparmaq, təhlil etmək, bazar tendensiyalarını izləmək və araşdırmalar hazırlamaq idi. Açıq Bankçılıq və Açıq Maliyyə kimi layihələrdə iştirak edərək onların təhlili və inkişafı prosesində aktiv rol aldım. Bu müddət ərzində layihələrin və bazardakı tələblərin dinamikasını anlamaq, məlumatların necə araşdırılması və təhlil olunması barədə yeni biliklər əldə etdim. Həmçinin, komanda işi və vaxt idarəetməsi bacarıqlarım da xeyli inkişaf etdi.
İş yoldaşlarım və mentorlarla əməkdaşlıq çox səmimi və dəstəkləyici oldu. Onlar hər zaman suallarımı cavablandırmağa, bilik və təcrübələrini paylaşmağa hazır idilər. Mərkəzi Bankın iş mühitində məni ən çox cəlb edən, yüksək peşəkarlıq səviyyəsi və iş proseslərinin sistemli, dəqiq qurulması oldu. Eyni zamanda, ölkənin iqtisadi sabitliyində iştirak etməyin məsuliyyəti və əhəmiyyəti mənim üçün çox önəmli və motivasiyaedici idi.
Mənim üçün xüsusi anlardan biri layihələrimizdən birində kritik xarakterli sistemin dizaynında, iş axını prosesində biznes və texniki tərəfdən yaxından iştirak etməyim idi. Bu maraqlı və eyni anda çətin işdən sonra aldığım geridönüşlərdən sonra əmin oldum ki, bunun üçün göstərdiyim səy və diqqət dəyərli olub və komandanın uğuruna böyük töhfə vermişəm.
Bu müddətdə əldə etdiyim praktiki biliklər və real iş təcrübəsi gələcək karyeramda texniki liderlik və idarəetmə sahələrində özümü inkişaf etdirmək üçün aydın və məqsədyönlü istiqamət verdi. İş mühitində qarşılaşdığım müxtəlif vəziyyətlər və komandalarla əməkdaşlıq təcrübəsi, effektiv ünsiyyət, problem həlli və strateji düşüncə kimi vacib bacarıqları formalaşdırmaqda və inkişaf etdirməkdə mənə böyük dəstək oldu. Bundan yol alaraq gələcək təcrübəçilərə demək istəyirəm ki, hər fürsəti dəyərləndirin və öyrənməyə açıq olun, hər məsələyə müxtəlif baxış bucaqlarından baxmağa çalışın.
Təcrübə müddətində mənə dəstək olan bütün həmkarlarıma və mentorlarıma dərin təşəkkürümü bildirirəm. Onların səbr və istiqamətləndirməsi sayəsində həm peşəkar, həm də şəxsi inkişafım üçün dəyərli təcrübə qazandım.
- Rahibə Mənsimova
#asset-56
Mən, Rahibə Mənsimova UNEC-də İqtisadiyyat ixtisası üzrə 3-cü kurs tələbəsiyəm. Mərkəzi Bank həmişə mənim üçün peşəkar qurum nümunəsi olub və ilk dəfə real iş təcrübəsi qazanmaq üçün bundan daha yaxşı yer təsəvvür edə bilməzdim. Bu səbəbdən təcrübə proqramına böyük maraqla müraciət etdim və qəbul olunduğuma görə çox sevincli idim.
Təcrübəyə başlamazdan əvvəl artıq bilirdim ki, burada yüksək peşəkarlıq və ciddi iş mühiti ilə qarşılaşacağam. Amma ilk günlərdə ən çox xoşuma gələn, işçilərin səmimi münasibəti və mənə göstərilən dəstək oldu. İlk vaxtlarda çoxlu sual verməkdən və səhv etməkdən çəkinirdim, lakin başda mentorum olmaqla bütün əməkdaşlar anlayışla yanaşır, suallarıma diqqətlə cavab verirdilər. Bu, mənim adaptasiyamı asanlaşdırdı.
İşə qəbul şöbəsində əsasən vətəndaş müraciətlərinin cavablandırılması, çıxış sorğularının təşkili, namizəd məlumatlarının qeydiyyata alınması və sistemdə dəqiq şəkildə işlənməsi kimi vəzifələrdə çalışdım. Həmçinin, bəzi müsahibələrin təşkili prosesində də yaxından iştirak etdim. Bu işlər mənim üçün həm məsuliyyətli tapşırıqlar idi, həm də real iş mühitini yaxından tanımağıma imkan verdi. Burada həm analitik bacarıqlarımı, həm də ünsiyyət qabiliyyətimi inkişaf etdirdim.
Komanda ilə işləmək isə ayrıca bir təcrübə idi. Şöbə əməkdaşları ilə birgə müsahibələrdə iştirak etmək, namizədlərlə ünsiyyət qurmaq və prosesləri birlikdə idarə etmək mənim üçün çox öyrədici oldu. Eyni zamanda, iş prosesi zamanı birgə keçirdiyimiz maraqlı və əyləncəli anlar da çox xüsusi idi: sanki həm işləyir, həm də bir ailə kimi bir-birimizə dəstək olurduq. Bu təcrübə mənə həm komanda ruhunu, həm də əməkdaşlıq bacarıqlarını daha dərindən yaşatdı.
Mənim üçün ən yadda qalan an müsahibələrdə iştirak edib sual verməyim oldu. O anda özümü çox özgüvənli hiss etdim və sanki artıq həqiqətən HR mütəxəssisi idim. Bu, gələcəkdə insan resursları sahəsində işləmək istədiyimə tam əminlik yaratdı.
Bu təcrübə mənim özümü daha yaxşı tanımağıma kömək etdi və karyera planlarıma böyük təsir göstərdi. Gələcək təcrübəçilərə tövsiyəm odur ki, bu fürsəti yalnız təcrübə kimi yox, həm də özlərini kəşf etmək üçün bir meydan kimi görsünlər. Burada qazandıqları hər təcrübə onları gələcəkdə daha güclü mütəxəssisə çevirəcək.
Mənə bu fürsəti yaratdığı üçün Mərkəzi Banka və bütün əməkdaşlara təşəkkür edirəm.
- Sahil Xosrovlu
#asset-57
Mən, Sahil Xosrovlu Azərbaycan Dövlət İqtisad Universitetinin İqtisadiyyat ixtisası üzrə 4-cü kurs tələbəsiyəm. Universitetdə əldə etdiyim nəzəri bilikləri ölkənin iqtisadi siyasətinin əsas mərkəzlərindən birində tətbiq etmək və makroiqtisadi prosesləri yaxından izləmək arzusu məni Mərkəzi Bankın “Maliyyəçisən” təcrübə proqramına gətirdi.
Təcrübəyə başlamazdan əvvəl Mərkəzi Bankın rəsmi və peşəkar mühitə sahib olduğunu bilirdim. İlk gündən etibarən burada həm yüksək peşəkarlıq, həm də dinamik və səmimi iş mühitinin mövcud olduğunu müşahidə etmək məni çox sevindirdi. Xüsusilə, gənc təcrübəçilərin fikirlərinə verdikləri dəyər mənim üçün ən xoş təəssüratlardan biri oldu.
Pul siyasətinin hesabatlılığı şöbəsindəki təcrübəm dövründə əsas vəzifələrim statistik məlumatları analiz etmək, ilkin təhlillər aparmaq, aylıq və rüblük iqtisadi hesabatların hazırlanmasına dəstək göstərməkdən ibarət idi. Bu prosesdə şöbənin daxili iclaslarında iştirak etmək mənə real iqtisadi göstəricilərin necə müzakirə edildiyini və proqnozların hansı amillər əsasında formalaşdığını görmək imkanı verdi. Təcrübə müddətində makroiqtisadi təhlil, analitik proqramlarla işləmək və vaxtı səmərəli idarə etmək kimi bir çox yeni bacarıqlar qazandım.
Mentorumun və digər əməkdaşların dəstəyini hər zaman hiss etdim, onların məsləhətləri və təcrübə paylaşımları sürətli adaptasiya olmağıma kömək etdi. Mərkəzi Bankın davamlı inkişafa və bilik mübadiləsinə açıq olan korporativ mühiti mənim üçün böyük motivasiya mənbəyi oldu.
Təcrübəmdəki ən yaddaqalan an isə rüblük Pul Siyasəti İcmalının hazırlanmasında yaxından iştirak etməyim oldu. Həmin sənəddə özümün də araşdırdığı bəzi məlumatların yer aldığını görmək mənə böyük qürur hissi yaşatdı.
Bu təcrübə mənim gələcək karyera hədəflərimi daha da aydınlaşdırdı və iqtisadi təhlil sahəsinə olan marağımı artırdı. Gələcək təcrübəçilərə məsləhətim odur ki, təşəbbüskar olsunlar, daim suallar versinlər və hər bir tapşırığa yeni bir şey öyrənmək üçün fürsət kimi yanaşsınlar.
Mənə bu dəyərli imkanı yaradan Mərkəzi Bank rəhbərliyinə və Pul siyasəti departamentinin bütün əməkdaşlarına dərin təşəkkürümü bildirirəm.
- Sənan Əhmədli
#asset-58
Mən, Sənan Əhmədli ADA Universitetində Biznesin idarə edilməsi ixtisası üzrə 3-cü kurs tələbəsiyəm. Ölkənin aparıcı maliyyə qurumlarından biri olan Mərkəzi Bankda təcrübə keçmək həm akademik biliklərimi tətbiq etmək, həm də real iş mühitində özümü sınamaq üçün əla fürsət idi. Bu səbəbdən yay təcrübə proqramına böyük maraqla müraciət etdim.
Təcrübəyə başlamazdan əvvəl gözləntilərim yüksək idi, lakin bu qədər səmimi və dəstəkləyici bir mühitlə qarşılaşacağımı düşünmürdüm. İlk günlərdə işçilərin açıq və mehriban münasibəti, eləcə də hər bir təcrübəçiyə göstərilən diqqət məni çox təəccübləndirdi.
Təcrübə müddətində Bazar davranışlarının tənzimlənməsi departamentinin Maliyyə məlumatlılığı və peşəkar inkişaf şöbəsində fəaliyyət göstərdim. Əsas vəzifəm şöbənin fəaliyyəti çərçivəsində əhalinin maarifləndirilməsi və maliyyə savadlılığının artırılmasl istiqamətində müxtəlif tapşırıqların, araşdırmaların həyata keçirilməsi və onların təqdim edilməsi olub. Müxtəlif maarifləndirici resursların hazırlanmasına və onların sınaqdan keçirilməsinə dəstək göstərmişəm. Bu müddətdə layihə idarəetməsi, təqdimat bacarıqları və effektiv ünsiyyət kimi sahələrdə özümü xeyli inkişaf etdirdim.
Komandadakı hər kəs mənə həm peşəkar, həm də fərdi inkişafımda böyük dəstək oldu. Mentorumun daim mənə yol göstərməsi, suallarıma səbirlə cavab verməsi və təşəbbüslərimi dəstəkləməsi məni daha da motivasiya etdi. Mərkəzi Bankda məni ən çox cəlb edən isə öyrənməyə açıq, innovativ və əməkdaşlığa əsaslanan mühit oldu.
Yaddaqalan anlarımdan biri Mərkəzi Bankın təşkil etdiyi “DƏYƏRLİ ANLAR” yay festivalında iştirak etmək oldu. Bu tədbir həm əyləncəli istirahət, həm də əməkdaşlarla yaxın əlaqələr qurmaq üçün unikal fürsət idi. Digər təcrübəçilər və peşəkar əməkdaşlarla bir araya gəlmək, komanda ruhunu hiss etmək mənə çox böyük enerji verdi və iş mühitinə fərqli baxış qazandırdı.
Bu təcrübə mənim gələcək karyera planlarımı daha dəqiq formalaşdırdı və özümü inkişaf etdirmək üçün ilham verdi. Gələcək təcrübəçilərə tövsiyəm odur ki, həmişə öyrənməyə həvəsli olsunlar və hər fürsətdən faydalanmağa çalışsınlar.
Mənə belə bir imkanı yaratdığı üçün Mərkəzi Banka və bütün əməkdaşlara təşəkkürümü bildirirəm.
- Toğrul Yadigarov
#asset-59
Mən, Toğrul Yadigarov Bakı Dövlət Universitetinin Hüquqşünaslıq ixtisası üzrə 4-cü kurs tələbəsiyəm. Ölkənin maliyyə sisteminə nəzarət edən qurumlardan birində təcrübə keçmək və məsələyə aparıcı bir yerdən baxmaq məni daim maraqlandırırdı. Buna görə Mərkəzi Bankın “Maliyyəçisən” təcrübə proqramına müraciət etməyi qərara aldım.
Təcrübəyə başlamazdan əvvəl gözləntilərim bank hüququnda biliklərimi təkmilləşdirmək və real iş mühitini yaxından qavramaq idi. İlk gündən hər bir əməkdaşın mənə yeni bilik öyrətməyə çalışması və bu əzmləri məni çox təəccübləndirmişdi.
Təcrübə müddətində əsas tapşırıqlarım korporativ idarəetmə sahəsində mərkəzi bankçılığın hüquqi aspektlərinin beynəlxalq təcrübəsini təhlil etmək, Mərkəzi Bankda əmək münasibətlərinin hüquqi təminatını həyata keçirmək və Mərkəzi Bankın idarəetmə, təşkilati məsələlər və daxili nəzarət sahəsində reqlament sənədlərinin (daxili qaydalar, prosedurlar, əsasnamələr və s.), eləcə də qeyri-normativ hüquqi aktlarının hazırlanmasında iştirak etmək və həmin sənədlərin hüquqi ekspertizasını həyata keçirmək oldu. Xüsusilə, satınalmalar üzrə beynəlxalq qanunvericiliyi, 100-dən çox ölkənin qanunvericilik sistemini araşdırıb təhlil etmək mənim üçün əvəzsiz təcrübə idi. Bu müddət ərzində hüquqşünas üçün ən lazımi bacarıqlar olan araşdırma, təhliletmə və analizetmə kimi bacarıqlara yiyələndim.
İş yoldaşlarım və mentorum daim məni istiqamətləndirməyə çalışır, sanki gələcək iş həyatına hazırlayırdılar. Mərkəzi Bankdakı kommunikasiya, çoxşaxəli iş mühiti və güclü əməkdaşlıq məni təcrübə boyu daha çox ruhlandırdı. Ən yadda qalan an isə şöbəmiz tərəfindən hazırlanan qanunvericiliyə dəyişiklə bağlı məsələyə hazırladığım layihə ilə töhfə verməyim oldu. Bu işin bir qolu olmaq qürurlandırıcı idi.
Bu təcrübə mənim gələcəkdə hansı sahəyə yönəlmək istədiyim və necə bir hüquqşünas olmaq istədiyimi müəyyənləşdirdi. Gələcək təcrübəçilərə tövsiyəm odur ki, 1 tapşırıq verilikdə 2 dənə etməyə çalışsınlar və daim suallar versinlər.
Bu əvəzolunmaz təcrübə üçün Mərkəzi Bank və onun ailəsinə sonsuz minnətdaram.
- Uğur Məmmədov
#asset-60
Mən, Uğur Məmmədov Azərbaycan-Fransız Universitetində Kompüter Elmləri ixtisasının 2-ci kurs tələbəsiyəm. Data Analitika üzrə biliklərimi tətbiq etmək, xüsusən də böyük qurumlarda bu sahənin iş mühiti ilə tanış olmaq arzusunda olmuşam. Bu səbəbdən "Maliyyəçisən" təcrübə proqramına müraciət etdim.
Departamentdəki hər kəsin mehriban və səmimi yanaşması, mentorumun ilk gündən mənə yeni biliklər öyrətməsi mühitin keyfiyyətindən xəbər verirdi. Ən təəccübləndirici məqam isə elə ilk gündən şöbə üçün keçirilən iclaslarda iştirak etməyim oldu.
Data analitikası bölməsində olduğum üçün əsas vəzifəm mənə yönləndirilmiş dataları istifadə edərək hesabat və dashboardların düzəldilməsi idi. Bu proseslərin icrası zamanı istifadə etdiyimiz proqramlarda yeni üsullar, metodlar öyrəndim, ümumilikdə mənə yeni olan başqa bir data vizuallaşdırma proqramı ilə tanış oldum.
Mentorumdan əlavə digər şöbə üzvlərinin də mənə mentor kimi yanaşmaları inkişaf və öyrənmə prosesim üçün böyük rol oynadı. İş mühitində hər kəsin bir-biri ilə mehriban davranışı, öyrənməyə açıq mühiti məni çox ruhlandırdı.
Düşünürəm ki, ən yaddaqalan an şöbəmizdən tələb edilən hesabatların hazırlanmasında iştirakımdır. Komandaya müəyyən qədər dəstək olmaq çox sevindirici haldır.
Bu təcrübə seçdiyim sahənin perspektivindən xəbər verdi. Mərkəzi Bank kimi bir qurumda Data Analitikin iş mühiti ilə tanış oldum və biliklərimi zənginləşdirdim. Gələcək təcrübəçilərə davamlı öyrənməyi, hər fürsətdən maksimum şəkildə yararlanmağı tövsiyə edirəm.
Bizim üçün yaradılan bu imkan üçün Mərkəzi Banka və bütün əməkdaşlara təşəkkür edirəm.
- Vəzir Qasımov
#asset-61
Mən, Vazir Qasımov Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq İqtisadiyyat Məktəbi fakültəsində maliyyə ixtisası üzrə 3-cü kurs tələbəsiyəm. Həmişə məqsədlərim yüksək olub və texniki biliklərimə olan güvənim sayəsində Mərkəzi Bankın “Maliyyəçisən” təcrübə proqramına müraciət etdim. Mənim üçün bu, həm peşəkar biliklərimi sınamaq, həm də ölkənin ən nüfuzlu maliyyə qurumunda təcrübə toplamaq üçün böyük fürsət idi.
Təcrübəyə başlamazdan əvvəl çox ciddi, rəsmi və hər kəsin yalnız işinə fokuslandığı bir mühitlə qarşılaşacağımı gözləyirdim. Amma ilk gündən bunun əksini gördüm. İşçilər öz vəzifələrində peşəkar olmaqla yanaşı, daim ünsiyyət qurmağa və yardım etməyə açıq idilər. Bu, mənim üçün xoş sürpriz oldu və adaptasiya prosesini asanlaşdırdı.
Təcrübə müddətində əsas tapşırıqlarım çoxşaxəli idi. Mən məlumatların toplanması, onların təhlil edilməsi və müəyyən hesabatların hazırlanmasında iştirak etdim. Bəzi layihələrdə həm müstəqil şəkildə, həm də komanda ilə işləyərək məsuliyyət daşımalı oldum. Əlavə olaraq, müxtəlif müzakirələrdə və təqdimatlarda iştirak etmək imkanı qazandım. Bu proses mənə analitik bacarıqlarımı inkişaf etdirmək, nəzəri biliklərimi praktikada sınamaq və vaxtı effektiv idarə etməyi öyrətdi.
Komanda ilə əməkdaşlıq isə mənim üçün ən dəyərli təcrübələrdən biri oldu. Mentor və şöbə əməkdaşları hər zaman istiqamət verərək öz biliklərini bölüşürdülər. Onların etibarı və dəstəyi məni motivasiya etdi. Ən çox xoşuma gələn isə Mərkəzi Bankın innovativ və öyrənməyə açıq iş mühiti idi.
Mənim üçün yaddaqalan anlardan biri şöbədə hazırlanmış aylıq hesabatın müzakirəsində iştirak etməyim oldu. Orada öz töhfəmi görmək və fikirlərimi bölüşmək qürurverici hiss idi.
Bu təcrübə mənim gələcək karyera planlarıma daha da aydınlıq gətirdi. Mən artıq əminəm ki, maliyyə sabitliyi və risk idarəçiliyi istiqamətində ixtisaslaşmaq istəyirəm. Gələcək təcrübəçilərə mesajım budur: hər fürsəti öyrənmək üçün istifadə edin və heç vaxt sual verməkdən çəkinməyin. Mənə bu imkanı yaratdığı üçün Mərkəzi Banka və bütün əməkdaşlara dərin təşəkkürümü bildirirəm.
- Zahid Nəsibov
#asset-62
Mən, Zahid Nəsibov Dövlət İdarəçilik Akademiyasının hüquqşünaslıq ixtisası üzrə 3-cü kurs tələbəsiyəm. Mərkəzi Bank ölkədə pul siyasətini tənzimləyən qurumdur və mənə görə işləmək üçün ən mükəmməl orqanlardan biri idi.
“Maliyyəçisən” təcrübə proqramının qeydiyyatını gördükdə çox həyəcanlanmışdım, Mərkəzi Bankda çalışmaq həmin vaxta kimi mənə əlçatmaz görünürdü. Mərhələləri keçdim və panel müsahibəsindən sonra həyəcanla nəticələri gözlədim. Qəbul olduğumu öyrənəndə bir anlıq inana bilmədim, çünki mənim üçün böyük bir xəyal gerçək olmuşdu.
Təcrübəyə başladığım ilk gün maraqlı təlimlər oldu,elə həmin gündən başa düşdüm ki, çox maraqlı və möhtəşəm bir yol məni gözləyir. Cəsarət edib proqrama müraciət etdiyim üçün özümlə qürur duydum. Daha sonra iş günlərində həm mentorumdan, həm də departamentin digər əməkdaşlarından ğz sahəmlə bağlı xeyli sayda bilik qazandım. Mərkəzi Banka gəlməzdən öncə qiymətli kağızların nə demək olduğunu belə bilmirdim, amma burada artıq bu sahə ilə bağlı bir çox şeyi öyrənmişəm.
Mərkəzi Bankdakı mühit də məni heyran etdi, buradakı hər bir əməkdaş çox mehriban, xeyirxahdır. Hətta sənin tanımadığın şəxslər belə sənə hər cür kömək göstərməyə hazırdırlar və bu çox nadir haldır. Təşkilatdakı mühit məni sosial cəhətdən inkişaf etdirdi və produktiv rəhbər-işçi, işçi-işçi münasibətlərinin necə olması gərəkdiyini anladım. Burada sən nəyi isə bilməsən də bu heç kim üçün problem deyil, onlar hər mövzunu sənə izah etməyə, qaranlıq məqamları aydınlaşdırmağa hazırdırlar.
Eyni zamanda sən çoxlu suallar versən də əməkdaşlar heç vaxt bezmirlər, daim gülərüzlə sənin suallarını cavablandırırlar. Bu cür münasibət mənə də ilham verir və bu rəftarı özüm üçün nümunə götürürəm. Təcrübə müddətində yaşadığım xatirələr, tanıdığım insanlar mənim üçün həmişə unudulmaz olacaq, bütün karyeram boyunca burada qazandığım bacarıq və bilikləri tətbiq edəcəyəm. Geriyə dönüb baxdıqda həmişə “Maliyyəçisən” proqramının məndə qoyduğu izləri görəcəyəm. Gələcək təcrübəçilərə bu qazandıqları şansdan maksimum yararlanmalarını və buradakı vaxtlarını səmərəli istifadə etmələrini tövsiyə edirəm.
Son olaraq bu təşəbbüsə və imkanlara görə bütün Mərkəzi Bank ailəsinə təşəkkürlərimi bildirirəm!
- Zeynəb Məhərrəmli
#asset-63
Mən, Zeynəb Məhərrəmli Bakı Ali Neft Məktəbində Biznesin İdarə edilməsi ixtisası üzrə təhsil alıram
Təhsil və şəxsi inkişaf yolumda hər bir addımı bir fürsət kimi dəyərləndirməyə çalışmışam. Həm universitetdə, həm də fərdi təşəbbüslərlə qatıldığım layihələrdə məqsədim yalnız bilik qazanmaq deyil, eyni zamanda özümü tanımaq və inkişaf etdirmək olub. Bu yolda rastlaşdığım insanlar, öyrəndiyim dərslər və qarşıma çıxan çətinliklər məni daha güclü və məqsədyönlü biri etdi.
Hər yeni təcrübə mənə göstərdi ki, öyrənmək yalnız dərsliklərlə məhdudlaşmır – dinləmək, müşahidə etmək və birlikdə işləmək də bir o qədər önəmlidir. Komanda işində empati qurmağın və qarşılıqlı hörmətin nə qədər vacib olduğunu dərk etdim. Uğur qazanmaqdan daha önəmlisi isə öyrəndiklərimizi paylaşmaq və birlikdə böyüməkdir.
Bu günə qədər keçdiyim yol mənə bir şeyi aydın şəkildə öyrətdi: səmimiyyət, davamlılıq və açıq fikirli olmaq hər hansı bir sahədə irəliləmək üçün əsas amillərdir. Qarşıya qoyduğum hədəflərə doğru inamla addımlayıram və bilirəm ki, hər təcrübə mənə yeni qapılar açacaq. Bu proqramda iştirak etmək də mənim üçün həm öyrənmək, həm də özümü göstərmək üçün dəyərli bir fürsət olacaq.
- Zəhra Rəsulova
#asset-64
Mən, Zəhra Rəsulova ADA Universitetində Biznesin İdarə edilməsi ixtisası üzrə 3-cü kurs tələbəsiyəm.
“Maliyyəçisən” təcrübə proqramının keçən ilki məzunlarının hekayələri məni həvəsləndirdi və özümü yaxın hiss etdiyim maliyyə sahəsində Mərkəzi Bank kimi aparıcı qurumda təcrübə toplamaq istədim.
Təcrübəyə başlamazdan əvvəl günlük iş proseslərini gözləyirdim, amma Mərkəzi Bankın təlimlər, ekskursiyalar və rəhbərlərlə görüşlər kimi təşkil etdiyi fəaliyyətlər bunun sadəcə bir təcrübə proqramından daha artıq olduğunu sübut etdi. İlk günlərdə məni ən çox təəccübləndirən şey, təcrübənin ilk günündə Azərbaycan Respublikası Mərkəzi Bankının sədr müavini Vüsal Xəlilovun maliyyə təşkilatları ilə görüşündə iştirak edərək, real və ciddi iş mühitinə daxil olmaq imkanı oldu.
Əsas tapşırıqlarım maliyyə texnologiyaları üzrə beynəlxalq təcrübənin öyrənilməsi, dövlət səviyyəli tədbirlərin təşkilatçılığında iştirak və müxtəlif tədqiqatların aparılması idi. Bu prosesdə təqdimat hazırlama, vaxtın idarə edilməsi və rəsmi sənəd tərtibi kimi praktik bacarıqlar qazandım. Təcrübəm boyu iştirak etdiyim daxili müzakirələr və təlimlər nəzəri biliklərimi tətbiq etməyə imkan yaratdı.
Maliyyə Texnologiyaları və İnnovasiyalar departamentinin direktoru, hörmətli Fidan Tofidi daxil olmaqla, bütün komanda mənə ilk gündən etibarən böyük dəstək göstərdi. Departamentindəki qayğıkeş mühit özümü dəstəklənmiş kimi hiss etdirdi və komanda işinin gücünü mənə göstərdi.
Ən yaddaqalan anım, Hörmətli Vüsal Xəlilovun təcrübəçilər üçün keçirdiyi təlimdə və Hörmətli Fidan Tofidinin komandaya rəhbərlik etdiyi anlarda şahid olduğum ilhamverici liderlik təcrübələri oldu.
Bu təcrübə gələcək karyera planlarımı daha da aydınlaşdırdı və özümü real iş mühitinə hazır hiss etməyimə kömək etdi. Gələcək təcrübəçilərə məsləhətim, hər andan faydalanmaları və komandadan daim geri bildirim almalarıdır.
Mənə bu qiymətli imkanı yaratdığı üçün Azərbaycan Respublikasının Mərkəzi Bankına, dəstəyini əsirgəməyən mentoruma, Maliyyə texnologiyaları və innovasiyalar departamentinin əməkdaşlarına və hər zaman yanımızda olan İR komandasına ən dərin təşəkkürlərimi bildirirəm.