İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin və rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin siyahısı
Azərbaycan Respublikası Prezidentinin “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın təsdiq edilməsi barədə” 23 fevral 2017-ci il tarixli 1256 nömrəli və “Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın təsdiq edilməsi barədə” 3 may 2017-ci il tarixli 1361 nömrəli Fərmanlarına müvafiq olaraq,
Azərbaycan Respublikasının Mərkəzi Bankında inzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43.1-ci maddəsinə uyğun olaraq, rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin siyahısı aşağıdakı kimi təsdiq edilmişdir:
İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslər:
Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol Mərkəzi Bankın sədr müavinləri, baş direktorları, departament direktorları və şöbə rəisləri tərəfindən tərtib edilir.