Azərbaycan Respublikasnın Mərkəzi Bankı ölkə ərazisində pul nişanlarının saxtalaşdırılmasına qarşı mübarizəni təşkil edir.
Pul nişanlarının saxtalaşdırılmasına qarşı mübarizə istiqamətində Mərkəzi Bank kredit təşkilatları, adiyatı dövlət qurumları, o cümlədən hüquq-mühafizə orqanları eləcə də, beynəlxalq təşkilatlarla (İnterpol, CBCDG, İCDC və s.) əməkdaşlıq edir.
İstehsal və hazırlanma üsulundan asılı olmayaraq Azərbaycan Respublikasnın Mərkəzi Bankı tərəfindən tədavülə buraxılmış pul nişanlarını imitasiya edən (oxşadan, bənzədən) və ya həqiqi pul nişanlarının nominalının və ya digər parametrlərinin dəyişdirilməsi nəticəsində düzəldilmiş pul nişanı saxta hesab olunur.
Azərbaycan Respublikasının Mərkəzi Bank haqqında Qanununa əsasən pul nişanlarının saxta olması barədə ekspert rəyini Mərkəzi Bank verir.
Təqdim olunan milli və ya xarici valyutada pul nişanının saxta olması müəyyən edildikdə həmin pul nişanı dəyişdirilmir və onun nominal dəyəri ödənilmir. Saxta pul nişanı geri qaytarılmır və qanunvericiliklə müəyyən edilən tədbirlərin görülməsi üçün aidiyyəti dövlət orqanına (qurumuna) göndərilir.
Saxta pul nişanlarının hazırlanması və satışı ilə məşğul olan şəxslər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə uyğun olaraq məsuliyyət daşıyırlar.
Azərbaycan Respublikasının Cinayət məcəlləsinə əsasən satış məqsədi ilə saxta pul, qiymətli dövlət kağızları və ya xarici valyuta, yaxud xarici valyutada ifadə olunan qiymətli kağızları hazırlama, habelə əldə etmə və ya satma əmlakı müsadirə olunmaqla və ya olunmamaqla 5 ildən 7 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Eyni əməllər külli miqdarda və ya əvvəllər saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satmağa görə məhkum olunmuş şəxs tərəfindən törədildikdə əmlakı müsadirə olunmaqla 7 ildən 10 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Qeyd olunan əməllər mütəşəkkil dəstə tərəfindən və külli miqdarda törədildikdə əmlakı müsadirə olunmaqla 8 ildən 12 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Pul nişanlarının saxtalaşdırılması üzrə cinayət işinin məhkəmə icraatı başa çatdıqdan sonra saxta pul nişanları Mərkəzi Banka təhvil verilir.
Saxta pul nişanlarının tədavüldən çıxarılması, məhv edilməsi və bununla əlaqədar müvafiq tədbirlərin görülməsi qaydaları Mərkəzi Bankın İdarə Heyəti tərəfindən müəyyən edilir.
Mərkəzi Bankın ekspertiza potensialı
Mərkəzi Bankda pul nişanlarının ekspertizası üzrə beynəlxalq standartlara cavab verən biznes proseslər yaradılmış və yüksək texnoloji sitemlərlə təchiz olmuş laboratoriya fəaliyyət göstərir.
#asset-1#asset-2#asset-3#asset-4#asset-5
Təlim Proqramları və marifləndirmə
Mərkəzi Bank tərəfindən saxtakarlığa qarşı mübarizənın effektiv təşkili, milli valyutanın saxtalaşdırılması risklərinin minimallaşdırılması, bu sahədə əhanin marifləndirilməsi, habelə nağd pulla əməliyyat aparan mütəxəsislərin ixtisaslaşma səviyyəsnin yüksəldilməsi məqsədilə ölkə ərazisində fəaliyyət göstərən kommersiya bankları, eləcə də pərakəndə ticarət müəssisələri və hüquq mühafızə orqanlarının əməkdaşları üçün xüsusi təlim proqramı əsasınsa nəzəri-praktik seminarlar təşkil edilir və müvafiq texniki yardımlar göstərilir. Bununla yanaşı, Mərkəzi Bankın Maliyyə savadlılığı Proqramı çərçivəsində ali və orta məktəb tələbələri üçün treyninqlər həyata keçirilir.
Saxta pul nişanlarının monitorinqi sistemi
Azərbaycan Mərkəzi Bankı saxtakarlığa qarşı mübarizə sahəsində müvafiq dövlət orqanları ilə koordinasiyanın aparlıması, pul nişanlarının ekspertizası üzrə həyata keçirilən biznes proseslərin və informasiya axınlarının avtomatlaşdırılması və geniş analitik hesabatlığın formalaşdırılması, saxta pul nişanları üzrə ölkədə vahid məlumat bazasının yaradılması və bu məlumatlara real vaxt rejimində çıxış imkanının əldə olunması, eləcə də manatın mühafizə sisteminin daha da inkişaf etdirilməsi üçün tədqiqat potensialının formalaşdırılması məqsədilə “Saxta Pul nişanlarının Monitorinqi Sistemi”ni yaratmışdır.
Zədələnmiş pul nişanlarının ekspertizası və dəyişdirilməsi qaydası
Kağız pul nişanının nominal dəyərinin ödənilməsinin müəyyən edilməsi məqsədilə hər bir nominalın ölçüsünə uyğun olaraq bərabər ölçülü 200 damalı cədvəldən (Cədvəllər) istifadə olunur. Cədvəl vasitəsilə kağız pul nişanının saxlanılan hissələrinin sahəsi aşağıdakı kimi müəyyən edilir:
Fiziki və hüquqi şəxslər milli pul nişanlarını ekspertizadan keçirmək məqsədi ilə onları banklara, Mərkəzi Banka və ya onun qurumlarına əlavə haqq ödəmədən təqdim edə bilərlər. Ekspertiza üçün pullar fiziki və hüquqi şəxslərdən ərizə əsasında (Ərizə forması) qəbul edilir. Ərizə üç nüsxədən ibarət tərtib edilir. Onun bir nüsxəsi müvafiq qeydlə müştəriyə qaytarılır, biri kassa sənədlərində saxlanılır, biri isə pul nişanı ilə birlikdə ekspertiza üçün Mərkəzi Banka və ya onun qurumlarına təqdim edilir.
Banklar aşkar etdiyi həqiqiliyi şübhə doğuran və ya bir neçə hissədən ibarət səthinin ən az 60%-ni və üzərindəki iki seriya nömrələrindən ən azı birini tam saxlamış, lakin hissələrin eyni əskinasa məxsus olduğu müəyyənləşdirə bilinməyən milli pul nişanlarını üç iş günündən gec olmayaraq Mərkəzi Banka və ya onun qurumlarına ərizə ilə (Ərizə forması) təqdim edirlər.
Saxta pul nişanlarına dair statistik məlumatlar
Mərkəzi Bank tərəfindən aşkar olunmuş saxta pul nişanlarının dinamikası, ədədlə
2006-2020-ci illər ərzində Mərkəzi Bank tərəfindən aşkar olunmuş
saxta pul nişanlarının strukturu, faizlə
Pul nişanları ilə davranış
Həqiqiliyi şübhə doğuran pul nişanları ilə hüquq çərçivəsində rəftar edək.
Pul nişanlarını əzmək, cırmaq, üzərində yazılar yazmaq olmaz. Pul nişanlarını cüzdanda saxlamaq lazımdır.
Pul nişanlarının dəyişdirmə məntəqələri
Bakı şəhəri üzrə:
Azərbaycan Respublikasının Mərkəzi Bankı
İnzibati bina: Bülbül prospekti 27
İş saatı: II, III, IV günlər: saat 10:00-13:00
Naxçıvan Muxtar Respublikası İdarəsi:
İş saatı: Bazar ertəsi – cümə: saat 10:00 - 16:00
Regionlar üzrə:
Bazar ertəsi – cümə: saat 10:00 - 16:00
Bazar ertəsi – cümə: saat 10:00 - 16:00
Bazar ertəsi – cümə: saat 10:00 - 16:00
Bazar ertəsi – cümə: saat 10:00 - 16:00