- Mərkəzi Bank “İstehlakçıların hüquqlarının qorunması sahəsində inzibati orqanların səlahiyyət bölgüsü” mövzusunda tədbirdə iştirak etmişdir
Azərbaycan Respublikasının Mərkəzi Bankı istehlakçıların hüquqlarının qorunması, həmçinin vətəndaşlara daha yaxşı xidmət göstərmək üçün daim müxtəlif yerli və beynəlxalq tədbirlərdə iştirak edir. Bu tədbirlərdə iştirak etməkdə əsas məqsəd vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətini daim artan istiqamətdə qoruyub saxlamaqdır. Bu baxımdan Mərkəzi Bank 15.12.2022-ci il tarixdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin “İstehlakçıların hüquqlarının qorunması sahəsində inzibati orqanların səlahiyyət bölgüsü” mövzusunda tədbirdə iştirak etmişdir. Mərkəzi Bankın əməkdaşlarının iştirakçısı olduğu bu tədbirdə iştirak edən digər qurumlarla birlikdə “İstehlakçılarla iş” üzrə müxtəlif diskussiyalar aparılmış və bu sahədə olan aktual mövzular müzakirə edilmişdir. - Mərkəzi Bankın nəzarət subyektləri ilə görüşlər
Azərbaycan Respublikasının Mərkəzi Bankı vaxtaşırı olaraq səlahiyyəti daxilində öz nəzarətində olan subyektlərlə görüşlər keçirir və maliyyə xidmətləri istehlakçılarına daha yaxşı xidmət göstərilməsi üçün onlarla birlikdə müzakirələr aparır. Belə görüşlər silsiləsi 2022-ci ilin dekabr ayında da həyata keçirilmişdir. Belə ki, Mərkəzi Bank müvafiq ay ərzində nəzarət subyektləri ilə, yəni kredit təşkilatları (banklar, bank olmayan kredit təşkilatları) və sığortaçılarla görüşlər keçirib. Keçirilmiş görüşlərdə nəzarət subyektləri ilə ilin yekununa dair müzakirələr aparılmış, xidmət göstərilən sahələrin daha da optimallaşması və təkmilləşməsi ilə bağlı təkliflər dinlənilmiş və atılacaq növbəti addımlar müzakirə edilmişdir. - Regionlarda vətəndaş qəbulunun təşkili
Mərkəzi Bank tərəfindən bölgələrdə yaşayan və nəzarət subyektləri ilə narazılıqları yaranan maliyyə xidmətləri istehlakçılarının (istehlakçılar) Mərkəzi Bankın Bakı şəhərində yerləşən inzibati binasına yaxınlaşmadan müraciət etmək imkanının yaradılması və istehlakçı məmnuniyyətinin yüksəldilməsi məqsədi ilə istehlakçıların qəbulunun Mərkəzi Bankın Quba, Biləsuvar və Gəncə şəhərlərində yerləşən regional mərkəzlərində də həyata keçirilməsi təmin olunmuşdur. İstehlakçılar aidiyyəti üzrə Mərkəzi Bankın Quba Regional Mərkəzi (Quba şəh., H.Əliyev pr. 219B), Biləsuvar Regional Mərkəzi (Biləsuvar şəh., H.Əliyev küç. 2B) və Gəncə Regional Mərkəzinə (Gəncə şəh., Nizami pr. 204) yaxınlaşmaqla müraciətlərini ünvanlaya bilərlər. Mərkəzi Bank tərəfindən bölgələrdə yaşayan və nəzarət subyektləri ilə narazılıqları yaranan maliyyə xidmətləri istehlakçılarının (istehlakçılar) Mərkəzi Bankın Bakı şəhərində yerləşən inzibati binasına yaxınlaşmadan müraciət etmək imkanının yaradılması və istehlakçı məmnuniyyətinin yüksəldilməsi məqsədi ilə istehlakçıların qəbulunun Mərkəzi Bankın Sumqayıt və Yevlax şəhərlərində yerləşən ehtiyat mərkəzlərində də həyata keçirilməsi təmin olunmuşdur. İstehlakçılar aidiyyəti üzrə Mərkəzi Bankın Sumqayıt Ehtiyat Mərkəzi (Sumqayıt şəhəri, 40-cı məhəllə, C.Cabbarlı küçəsi 1) və Yevlax Ehtiyat Mərkəzinə (Yevlax şəhəri, H.Əliyev prospekti 82) yaxınlaşmaqla müraciətlərini ünvanlaya bilərlər. - Mərkəzi Bankla Qazaxıstan Respublikasının Maliyyə Bazarının Tənzimlənməsi və İnkişafı Agentliyi ilə görüş
Mərkəzi Bankla Qazaxıstan Respublikasının Maliyyə Bazarının Tənzimlənməsi və İnkişafı Agentliyi ilə 16 noyabr 2022-ci il tarixində virtual görüş keçirilmişdir. Görüşdə maliyyə xidmətləri istehlakçılarının hüquqlarının müdafiəsi istiqamətində sahənin inkişafı ilə bağlı təcrübə mübadiləsi aparılmış, bu istiqamətdə əməkdaşlığın davam etdirilməsinin prespektivləri müzakirə edilmişdir. - Dünya Bankı ilə görüş
Maliyyə Sektorunun Modernləşdirilməsi Layihəsi 2 (FSMP2) çərçivəsində Dünya Bankının “Maliyyə xidmətləri istehlakçılarının müdafiəsi” üzrə diaqnostik Missiyasının Bakıya səfəri zamanı 11 noyabr 2022-ci il tarixində Mərkəzi Bankda görüş keçirilmiş, maliyyə xidmətləri istehlakçılarının hüquqlarının müdafiəsi istiqamətində sahənin inkişafı ilə əlaqədar olaraq Mərkəzi Bank tərəfindən görülmüş işlər və əlavə təşəbbüslər barədə müzakirələr aparılmışdır. - ABA AMFA ASA ilə görüş
Əlilliyi olan vətəndaşların maliyyə xidmətlərinə çıxış imkanlarının genişləndirilməsinə dair birgə əmkdaşlıq məqsədi ilə 02 və 04 noyabr 2022-ci il tarixlərində Mərkəzi Bankda Azərbaycan Banklar Assosiasiyası (ABA), Azərbaycan Mikromaliyyə Assosiasiyası (AMFA) və Azərbaycan Sığortaçılar Assosiasiyası (ASA) ilə görüşlər keçirilmişdir. Görüşün nəticəsi olaraq qabaqcıl dünya praktikası, eləcə də beynəlxalq təşkilatların sənədləri və tövsiyələri nəzərə alınmaqla əlillərin maliyyə xidmətlərindən maneəsiz istifadə etməsini təmin etmək məqsədi ilə birgə işin təşkili və bu istiqamətdə işlərin görülməsi barədə müzakirələr aparılmışdır. - “Şikayət indeksi” nə dair hesabat
Avto-icbari sığorta sahəsində istehlakçıların məlumatlığının və sığortaçıların istehlakçılara münasibətdə ədalətli davranışının yüksəldilməsi məqsədilə bu sahədə Mərkəzi Banka daxil olan şikayətlər üzrə hesablanan “şikayət indeksi”nin ictimaiyyətə açıqlanması qərara alınmışdır. İndeksin aylıq əsasda yayımlanması nəzərdə tutulmuşdur. Bu barədə məlumat hər ayın 10-dək İstehlakçılar və investorların hüquqları bölməsində “avto-icbari sığorta üzrə şikayət indeksi” alt bölməsində əks olunacaqdır. - “Maliyyə institutlarında istehlakçıların şikayətlərinə baxılmasına” dair Metodoloji Rəhbərlik
Maliyyə xidmətləri bazarında istehlakçıların hüquqlarının qorunması ilə bağlı qabaqcıl beynəlxalq təcrübələr nəzərə alınmaqla istehlakçıların hüquqlarının qorunması mexanizmlərinin səmərəliliyinin artırılması, o cümlədən mübahisələrin operativ və effektiv həll edilməsi işinin gücləndirilməsi məqsədilə “Maliyyə institutlarında istehlakçıların şikayətlərinə baxılmasına” dair Metodoloji Rəhbərlik hazırlanmış və Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin “15” mart 2022-ci il tarixli qərarı ilə təsdiq edilmişdir. Metodoloji Rəhbərlik banklar, xarici bankların yerli filialları, bank olmayan kredit təşkilatları, sığortaçılar və investisiya şirkətləri tərəfindən şikayətlərə baxılmasına dair Azərbaycan Respublikasının Mərkəzi Bankının metodoloji tövsiyələrini müəyyən edir. Qeyd edilən Metodoloji Rəhbərliklə https://www.cbar.az/law-371/methodological-guideline-on-handling-of-consumer-appeals-in-financial-institutions səhifəsinə keçid etməklə tanış ola bilərsiniz. - "Qeyri-bank maliyyələşməsi və alternativ maliyyə alətlərinin inkişafı" layihəsinin icrası ilə əlaqədar Asiya İnkişaf Bankı ilə görüş
- Maliyyə xidmətləri istehlakçılarının hüquqlarının müdafiəsi sektorunda təkmilləşdirmə işlərinin aparılması davam etməkdədir və bu məqsədlə Asiya İnkişaf Bankı tərəfindən texniki yardım çərçivəsində “Qeyri-bank maliyyələşməsi və alternativ maliyyə alətlərinin inkişafı" layihəsinin icrası ilə əlaqədar olaraq maliyyə xidmətləri istehlakçılarının hüquqlarının müdafiəsi və maliyyə savadlılığı ilə bağlı mövzuların müzakirəsi üçün Mərkəzi Bankda müvafiq departamentlərlə görüşlər keçirilmişdir. Bundan əlavə, mövcud sahə ilə bağlı təcrübə mübadiləsinin aparılması və görülən işlər barədə məlumat verilməsi üçün Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti, Azərbaycan Banklar Assosiasiyası (ABA), Bank Ombudsmanı, Azərbaycan Mikromaliyyə Assosiasiyası (AMFA) və bir sıra kredit təşkilatları ilə görüşlər baş tutmuşdur.
- "966" qaynar xətti barədə məlumat lövhələrinin yerləşdirilməsi
Maliyyə xidmətləri istehlakçılarının qarşılaşdığı suallar və problemlər barəsində məlumat əldə etməsi, həmçinin sorğu və şikayətlərini bildirməsi üçün əlçatanlığın təmin edilməsi Mərkəzi Bankın diqqət mərkəzində olan məsələlərindəndir. Bu məqsədlə “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərinin daxilində (Bakı şəhəri və bölgələr üzrə) sığorta və bank xidmətləri göstərilən ofislərdə “966” qaynar xətti barəsində vətəndaşların diqqətini cəlb edən yerlərdə məlumat lövhəsinin yerləşdirilməsi üçün Mərkəzi Bank tərəfindən həmin təşkilatlara müraciət edilmiş və qeyd edilən məlumat lövhələrinin yerləşdirilməsi təmin edilmişdir. |
- İtaliya Bankı ilə təcrübə mübadiləsi
Maliyyə xidmətləri istehlakçılarının hüquqlarının müdafiəsi sektorunda mövcud vəziyyətin qiymətləndirilməsi və bu sektorun inkişafına dəstək olmaq üçün beynəlxalq təcrübələrdən istifadə edilməsi Mərkəzi Bankın prioritet məsələlərindəndir. Bu istiqamətdə İtaliya Bankı Azərbaycan Respublikası Mərkəzi Bankı ilə birlikdə maliyyə xidmətləri istehlakçılarının hüquqlarının müdafiəsi və bazar davranışı üzrə normativ hüquqi bazanın gücləndirilməsinə dəstək məqsədilə təcrübə mübadiləsi həyata keçirmişdir. 09.09.2022-ci il tarixində İtaliya Bankı ilə keçirilmiş görüşdə Maliyyə ombudsmanı, o cümlədən, istehlakçılar və kredit təşkilatları arasında bank və maliyyə əməliyyatları ilə bağlı mübahisələr üçün alternativ mübahisələrin həlli yolları müzakirə olunmuşdur. İstehlakçıların hüquqlarının müdafiəsi Mərkəzin Bankın daim diqqət mərkəzində olduğundan bu istiqamətdə davamlı işlər görülməkdədir.
|
- Mərkəzi Bankda vətəndaş qəbulu xidmətinin daha effektiv təşkili məqsədilə onlayn növbə sistemi yaradılmışdır
26 avqust 2022-ci il, Bakı: Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən maliyyə xidmətləri istehlakçılarının hüquqlarının müdafiəsi və onların pozulması hallarının qarşısının alınması məqsədilə davamlı olaraq müvafiq tədbirlər həyata keçirilməkdədir. Bu məqsədlə Mərkəzi Bankın Bakı şəhəri Bülbül prospekti 27 ünvanında yerləşən inzibati binasında hüquqi və fiziki şəxslərdən daxil olan müraciətlərə yerində baxılması üçün müvafiq xidmət təşkil olunmuş, həmçinin şifahi müraciətlərin davamlı olaraq qəbul edilməsi üçün yaradılmış “966” nömrəli Qaynar xətt fəaliyyət göstərməkdədir. Eyni zamanda, Mərkəzi Bankın inzibati binasında təşkil olunan qəbul otaqlarında vətəndaşların təyin olunan xidmət personalına birbaşa yönləndirilməsi, sorğuya aidiyyəti üzrə baxılması və tələb olunan məlumatların dərhal təqdim edilməsi kimi xidmətlərin daha effektiv təşkili və vətəndaş məmnunluğunun yüksəldilməsi məqsədilə Növbənin İdarəetmə Sistemi yaradılmış və hazırda istifadə olunmaqdadır. Vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətinin artırılması fonunda inzibati binaya yaxınlaşan vətəndaşların qəbulu zamanı növbələrin Növbənin İdarəetmə Sistemi vasitəsilə tənzimlənməsi ilə yanaşı, növbənin Mərkəzi Bankın inzibati binasına gəlmədən müvafiq internet səhifəsi vasitəsilə onlayn şəkildə əldə edilməsi imkanı yaradılmışdır. Təqdim olunan rəqəmsal xidmətdən faydalanmaq üçün vətəndaşlar Mərkəzi Bankın rəsmi internet səhifəsindəki “Elektron xidmətlər portalı” vasitəsilə və ya https://randevu.e-cbar.az/home səhifəsinə keçid edərək onlayn növbə əldə edə bilərlər. Onlayn növbənin əldə edilməsi ilə bağlı hər hansı bir sual yarandığı təqdirdə vətəndaşlar Mərkəzi Bankın “966” Qaynar xəttinə müraciət edə bilərlər. Maliyyə xidmətləri istehlakçılarının hüquqlarının qorunması və bu xüsusda müvafiq tədbirlərin həyata keçirilməsi gələcəkdə də Mərkəzi Bankın diqqət mərkəzində saxlanılacaqdır. |
- Neftçala İcra Hakimiyyəti və səhmdarlarla görüş
Azərbaycan Respublikası Prezidentinin 28 noyabr 2019-cu il tarixli “Maliyyə xidmətləri bazarında tənzimləmə və nəzarət sisteminin idarəedilməsinin təkmilləşdirilməsi haqqında” Sərəncamına müvafiq olaraq maliyyə bazarlarına nəzarət orqanının müəyyən edilmiş səlahiyyətləri, o cümlədən investorların və maliyyə xidmətləri istehlakçılarının hüquqlarının qorunması sahəsində vəzifə və hüquqları Azərbaycan Respublikasının Mərkəzi Bankına həvalə edilmişdir. Bu məqsədlə Mərkəzi Bank tərəfindən bir çox tədbirlər həyəta keçirilmişdir. Belə tədbirlərdən biri kimi Neftçala Rayon İcra Hakimiyyətinin dəstəyi ilə 22 fevral 2022-ci il tarixində Neftçala rayonunda fəaliyyət göstərən bir neçə səhmdar cəmiyyətləri ilə onlayn qaydada görüşün keçirilməsini qeyd etmək olar.
Təşkil olunan görüşdə tərəfimizdən iştirak edən səhmdar cəmiyyətlərində korporativ idarəetmənin təkmilləşdirilməsi, emitentlərin illik hesabatlarının qanunvericilikdə nəzərdə tutulmuş qaydada tərtib edilməsi, səhmdarların ümumi yığıncaqlarının çağırılması və cəmiyyətlərin fəaliyyətinin qanunvericiliyə uyğun həyata keçirilməsi istiqamətində maarifləndirmə işləri aparılmışdır.
Qanunun və sərəncamın tələblərini nəzərə alaraq Mərkəzi Bank tərəfindən səhmdarların hüquqlarının qorunması məqsədi ilə müxtəlif tədbirlər keçirilməkdədir.
|
- İstehlakçı hüquqlarının qorunması istiqamətində verilən tapşırıqlar
Nəzarət subyektləri tərəfindən təqdim edilən hesabatlılığın təkmilləşdirilməsi və vətəndaş məmnunluğunun genişləndirilməsi məqsədi ilə əlavə maarifləndirmə tədbirlərinin həyata keçirilməsi üçün bank, bank olmayan kredit təşkilatı, sığorta şirkəti və səhmdar cəmiyyətləri nümayəndələri ilə görüşlər təşkil olunaraq onlara istehlakçı hüquqlarının qorunması istiqamətində tapşırıqlar verilmişdir. Görüşlər zamanı qeyd olunan sahədə mövcud problemlər müzakirə olunmuş, onların həlli ilə bağlı istiqamət verilmiş, həmçinin nəzarət subyektləri tərəfindən müvafiq məsələlərin həlli ilə bağlı verilən təkliflər dinlənilmişdir. |
- Vətəndaş qəbulu ilə bağlı məmnuniyyət səviyyəsinin ölçülməsi
Mərkəzi Bankın Bülbül prospekti 27 ünvanında yerləşən inzibati binasında ayrılmış xüsusi “Qəbul otağı”nda vətəndaşların yerində qəbulu həyata keçirilməkdədir. Vətəndaşların mövcud sistem və qəbul prosesi barəsində təəssüratlarının öyrənilməsi, onların məmnuniyyət səviyyəsinin ölçülməsi, həmçinin müvafiq struktur bölmənin vətəndaş qəbulu ilə bağlı fəaliyyətinin təhlili və dəyərləndirilməsi məqsədi ilə “Qəbul otağı”nda mövcud olan vətəndaş qəbulu üçün ayrılmış masalarda qeyd olunan istiqamətdə sualların cavablandırılması üçün vətəndaşların skan edə biləcəyi “QR-kod” yerləşdirilmişdir. |
- Əmanətlərin Sığortalanması Fondu ilə görüş keçirilmişdir
Vətəndaş müraciətləri Mərkəzi Bank tərəfindən daim diqqət mərkəzində saxlanılır. Müraciətlərə baxılmasının daha operativ aparılması məqsədilə Mərkəzi Bank tərəfindən müvafiq tədbirlər həyata keçirilməkdədir. Ləğv prosesində olan banklarla bağlı müraciətlərin daha sürətli araşdırılması üçün ADİF-lə bağlı görüş keçirilmiş, qeyd edilən istiqamətdə müzakirələr aparılmışdır. |
- Asiya İnkişaf Bankı ilə növbəti görüş keçirilmişdir
Məlum olduğu kimi maliyyə xidmətləri istehlakçılarının hüquqlarının müdafiəsi ilə bağlı qanunvericilik və bu sektorun inkişafına dəstək olmaq üçün beynəlxalq təcrübələrdən istifadə edilməsi məsələlərinin müzakirə olunması məqsədilə 23 iyul 2021-ci il tarixində Asiya İnkişaf Bankının nümayəndəsi ilə ilk görüş keçirilmiş, ərtaflı müzakirələr aparılmışdır. Qeyd edilən istiqamətdə işlərin aparılması davam etməkdədir. Bununla bağlı Asiya İnkişaf Bankı ilə növbəti görüş baş tutmuşdur. |
- KOBİA ilə görüş
Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən kapital bazarı sahəsində şəffaflığın artırılması, emitentlərlə və minoritar səhmdarlar ilə görüşlərin təşkil edilməsi və vətəndaş məmnunluğunun daha da genişləndirilməsi üçün əlavə maarifləndirmə tədbirlərinin birgə həyata keçirilməsi məqsədi ilə 2022-ci ilin 02 mart tarixində Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi ilə görüş keçirilmişdir. Görüş zamanı Mərkəzi Bank tərəfindən səhmdar cəmiyyətləri ilə müvafiq tədbirlərin keçirilməsinin vacibliyi müzakirə edilərək investorun hüquqlarının qorunması və qanunvericilikdə emitent tərəfindən nəzərdə tutulmuş illik hesabatların təqdim edilməsi ilə bağlı Mərkəzi Bankla səhmdar cəmiyyətləri arasında məlumat mübadiləsinin aparıldığı diqqətə çatdırılmış və bu istiqamətdə birgə tədbirlərin həyata keçirilməsi müzakirə edilmişdir.
|
|
- Şəmkir rayonunda fəaliyyət göstərən səhmdar cəmiyyətləri ilə onlayn görüş
Azərbaycan Respublikası Prezidentinin 28 noyabr 2019-cu il tarixli “Maliyyə xidmətləri bazarında tənzimləmə və nəzarət sisteminin idarəedilməsinin təkmilləşdirilməsi haqqında” Sərəncamına müvafiq olaraq maliyyə bazarlarına nəzarət orqanının müəyyən edilmiş səlahiyyətləri, o cümlədən investorların və maliyyə xidmətləri istehlakçılarının hüquqlarının qorunması sahəsində vəzifə və hüquqları Azərbaycan Respublikasının Mərkəzi Bankına həvalə edilmişdir. Bu məqsədlə Mərkəzi Bank tərəfindən bir çox tədbirlər həyəta keçirilmişdir. Belə tədbirlərdən biri kimi Şəmkir Rayon İcra Hakimiyyətinin dəstəyi ilə 05 aprel 2022-ci il tarixində Şəmkir rayonunda fəaliyyət göstərən bir neçə səhmdar cəmiyyətləri ilə onlayn qaydada görüşün keçirilməsini qeyd etmək olar. Təşkil olunan görüşdə tərəfimizdən iştirak edən səhmdar cəmiyyətlərində korporativ idarəetmənin təkmilləşdirilməsi, emitentlərin illik hesabatlarının qanunvericilikdə nəzərdə tutulmuş qaydada tərtib edilməsi, səhmdarların ümumi yığıncaqlarının çağırılması və cəmiyyətlərin fəaliyyətinin qanunvericiliyə uyğun həyata keçirilməsi istiqamətində maarifləndirmə işləri aparılmışdır.
Qanunun və sərəncamın tələblərini nəzərə alaraq Mərkəzi Bank tərəfindən səhmdarların hüquqlarının qorunması məqsədi ilə müxtəlif tədbirlər keçirilməkdədir.
|
|