Kitabi-Dədə Qorqud 1300 il - gümüş
Ön tərəfin görünüşü
Arxa tərəfin görünüşü
  • Əsas xüsusiyyətlər

1999-cu ildə “Kitabi-Dədə Qorqud” dastanının 1300 illik yubileyi münasibəti ilə Mərkəzi Bank tərəfindən gümüş yubiley pul nişanı tədavülə buraxılmışdır.

 

Yubiley pul nişanı Ukrayna Milli Bankının sikkəxanasında istehsal olunmuşdur.

 

“Kitabi-Dədə Qorqud” Azərbaycan xalqının və bütün türklərin möhtəşəm folklor abidəsidir. Onun xalq arasında uzun əsrlər boyu eldən-elə, dildən-dilə dolaşan boyları zaman keçdikcə vahid, mükəmməl bir xalq dastanı kimi biçimlənərək yeni məna kəsb etmişdir.

 

Əsər Osman Paşanın xəzinəsinin tərkibində Azərbaycandan Türkiyəyə aparılmış və oradan Almaniyaya, Drezden kitabxanasına düşmüşdür.

 

Hazırda dastanın dünya kitabxanalarında 5 əlyazma nüsxəsi saxlanılmaqdadır. 12 boydan ibarət Drezden əlyazması əsas və yeganə bütöv nüsxədir. İkincisi, Vatikan kitabxanasında saxlanılan 6 boydan ibarət yarımçıq əlyazmasıdır. Üçüncüsü, XIX əsrin başlanğıcında Almaniyanın İstanbuldakı səfiri Fridrix Fon Dits tərəfindən təsadüfən əldə edilən əlyazma nüsxədir. Hazırda Berlində Ditsin arxivində saxlanmaqdadır. Dördüncüsü, Ditsin özünün Drezden mətnindən köçürdüyü nüsxədir. Nəhayət, beşincisi akademik V.Bartoldun öz xətti ilə köçürdüyü əlyazma nüsxədir.

 

Dastan xalqın həyatının epik lövhələrini, onun əxlaq və mənəviyyatını, humanizmini, vətənpərvərlik, qəhrəmanlıq keyfiyyətini, sevgidə ləyaqət, ata-anaya məhəbbət və ehtiram duyğularını bədii vasitələrlə əks etdirən qanunlar məcəlləsi, zəngin biliklər ensiklopediyasıdır.

 

Yubiley pul nişanı nominal dəyəri ilə Azərbaycan Respublikası ərazisində qanuni ödəniş vasitəsidir.

 

Buraxılış ili1999
Nominalı50 manat
MetalıAg 925
Çəkisi31.1 qr
Diametri38.61 mm
KeyfiyyətiPruf
Buraxılış limiti1000 ədəd