Dövlət Müstəqilliyi 20 il - qızıl
Ön tərəfin görünüşü
Arxa tərəfin görünüşü
  • Əsas xüsusiyyətlər

2011-ci ildə Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpa edilməsinin 20-ci ildönümü ilə əlaqədar (1991-2011) Mərkəzi Bank tərəfindən yüksək əyarlı qızıl yubiley pul nişanı tədavülə buraxılmışdır.

 

Yubiley pul nişanı Avstriyanın “Austrian Mint” şirkətində istehsal edilmişdir.

 

Yubiley pul nişanının ön tərəfində müstəqillik rəmzi olan məqbərə, arxa tərəfində isə Azərbaycan Respublikasının Dövlət Gerbi təsvir edilmişdir. Məqbərənin görünüşünün ətrafında yubiley pul nişanının buraxıldığı il “2011”-ci il, iyirmi ili əhatə edən dövr “1991-2011” və “Azərbaycanın Müstəqilliyi” sözləri, gerbin ətrafında “Azərbaycan Respublikası” sözləri və yubiley pul nişanının nominalı göstərilmişdir.

 

Yubiley pul nişanı Azərbaycan Respublikası ərazisində nominal dəyəri ilə qanuni ödəniş vasitəsidir.

 

Buraxılış ili2011
Nominalı100 manat
MetalıAu 999.9
Çəkisi1 unsiya (31.1 qr)
Diametri37 mm
KeyfiyyətiPruf
Buraxılış limiti2000 ədəd