TANAP - gümüş
Ön tərəfin görünüşü
Arxa tərəfin görünüşü
  • Əsas xüsusiyyətlər

2012-ci il iyun ayının 26-da İstanbul şəhərində “Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında Trans-Anadolu təbii qaz boru kəməri sisteminə dair” (TANAP) saziş imzalanmışdır. Bu tarixi hadisəni əbədiləşdirmək məqsədlə Mərkəzi Bank tərəfindən gümüş xatirə pul nişanı tədavülə buraxılmışdır.

 

Xatirə pul nişanı Böyük Britaniyanın “The Royal Mint” şirkətində istehsal edilmişdir.

 

Xatirə pul nişanının ön tərəfində “TANAP”–ın loqusu və boru xəttinin marşrutu üzrə xəritə, arxa tərəfində isə Azərbaycan Respublikasının Dövlət Gerbi təsvir olunmuşdur.

 

Buraxılış ili2015
Nominalı5 manat
Metalı

Ag 999

Çəkisi1 unsiya (31.21 qr)
Diametri38.61 mm
KeyfiyyətiPruf
Buraxılış limiti1000 ədəd