Naxçıvan MR 90 il - qızıl
Ön tərəfin görünüşü
Arxa tərəfin görünüşü
  • Əsas xüsusiyyətlər

2015-ci ildə Azərbaycanın qədim tarixə, zəngin mədəniyyətə və Azərbaycan dövlətçiliyinin inkişafında mühüm rola malik olan Naxçıvan Muxtar Respublikasının yaradılmasının 90 illik yubileyi münasibəti ilə Mərkəzi Bank tərəfindən qızıl yubiley pul nişanı tədavülə buraxılmışdır.

 

Yubiley pul nişanı Böyük Britaniyanın “ The Royal Mint” şirkətində istehsal edilmişdir.

 

Yubiley pul nişanının üz tərəfində Naxçıvan Muxtar Respublikasında yerləşən Möminəxatun türbəsinin və İlan dağının təsvirləri, arxa tərəfində isə Azərbaycan Respublinasının Dövlət Gerbi təsvir olunmuşdur.

 

Yubiley pul nişanı Azərbaycan Respublikası ərazisində nominal dəyəri ilə qanuni ödəniş vasitəsidir.

 

Buraxılış ili2015
Nominalı100 manat
MetalıAu 999.9
Çəkisi1 unsiya (31.21 qr)
Diametri38.61 mm
KeyfiyyətiPruf
Buraxılış limiti1000 ədəd