Avropa Oyunları - kupro-nikel / suya tullanma
Ön tərəfin görünüşü
Arxa tərəfin görünüşü
  • Əsas xüsusiyyətlər

Azərbaycan Respublikasının Mərkəzi Bankı “Bakı 2015 İlk Avropa Oyunları”-nın beynəlxalq əhəmiyyətini nəzərə alaraq, bu əlamətdar hadisənin tariximizdə həkk olunması məqsədilə suya tullanma idman növünə həsr olunmuş kupro-nikel xatirə pul nişanını tədavülə buraxmışdır.

 

Xatirə pul nişanı Birləşmiş Krallığın “The Royal Mint” şirkətində hazırlanmışdır.

 

Xatirə pul nişanının ön tərəfində suya tullanma idman növünün təsviri, arxa tərəfində isə Azərbaycan Respublikasının Dövlət Gerbi, aypara və milli ornamentlər əks etdirilmişdir.

 

Xatirə pul nişanı Azərbaycan Respublikası ərazisində nominal dəyəri ilə qanuni ödəniş vasitəsidir.

 

MövzuSuya tullanma
Buraxılış ili2015
Nominalı, manat1
MetalıKupro-nikel
Çəkisi, qr. 28.28
Diametri, mm.38.61
KeyfiyyətiPruf
Buraxılış limiti1000