Məhəmməd Füzuli 500 il - qızıl
Ön tərəfin görünüşü
Arxa tərəfin görünüşü
  • Əsas xüsusiyyətlər

1996-cı ildə ilk dəfə olaraq Mərkəzi Bank tərəfindən Azərbaycanın görkəmli şair və mütəfəkkiri Məhəmməd Füzulinin həyat və yaradıcılığının (1494-1556) 500 illiyi münasibəti ilə qızıl yubiley pul nişanı tədavülə buraxılmışdır.


Yubiley pul nişanı Böyük Britaniyanın “The Royal Mint” şirkətində istehsal olunmuşdur.


Yubiley pul nişanının üz tərəfində Məhəmməd Füzulinin siması, arxa hissəsində isə şairin məşhur “Leyli və Məcnun” poemasından bir səhnə əks etdirilmişdir.


Yubiley pul nişanın nominal dəyəri ilə Azərbaycan Respublikası ərazisində qanuni ödəniş vasitəsidir.

 

Buraxılış ili 

1996
Nominalı 100 manat
Metalı Au 916.7
Çəkisi 7.98 qr
Diametri 25.05 mm
Keyfiyyəti Pruf
Buraxılış limiti500 ədəd