Azərbaycan Respublikası Mərkəzi Bankı sədrinin birinci müavini
Qəbul günləri: Hər ayın son cümə günü/ saat 15.00-dan
1978-ci ildə Bakı şəhərində anadan olmuşdur. Azərbaycanlıdır. Ali təhsillidir.
1998-ci ildə Azərbaycan Dövlət İqtisad İnstitutunu “Beynəlxalq iqtisadi münasibətlər” ixtisası üzrə bakalavr dərəcəsilə, 2000-ci ildə isə Azərbaycan Dövlət İqtisad Universitetini “Beynəlxalq iqtisadi münasibətlər” ixtisası üzrə magistr dərəcəsini fərqlənmə diplomu ilə bitirmişdir.
Əmək fəaliyyətinə 1998-ci ildə Səhmdar Kommersiya Aqrar Sənaye Bankında baş mütəxəssis vəzifəsində başlamışdır.
2000-2004-cü illərdə Azərbaycan Respublikası Milli Bankında Kredit təşkilatlarının fəaliyyətinə nəzarət departamentində baş iqtisadçı vəzifəsində işləmişdir.
2004-2006-cı illərdə Azərbaycan Respublikası Milli Bankında Kredit təşkilatlarının fəaliyyətinə nəzarət departamentinin İT və ödəniş sistemlərinin fəaliyyətinə nəzarət şöbəsinin rəisi vəzifəsində işləmişdir.
2006-2008-ci illərdə Azərbaycan Respublikası Milli Bankında Kredit təşkilatlarının fəaliyyətinə nəzarət departamentinin Xarici nəzarət şöbəsinin rəisi vəzifəsində çalışmışdır.
2008-2011-ci illərdə Azərbaycan Respublikası Milli Bankında Kredit təşkilatlarının fəaliyyətinə nəzarət departamentinin direktoru vəzifəsində işləmişdir.
2011-ci ilin iyun ayından Mərkəzi Bankın Baş direktoru vəzifəsinə təyin edilmişdir.
2019-cu ilin sentyabr ayında Azərbaycanda mərkəzi bankçılığın yaranmasının 100 illiyi münasibətilə və bank işinin inkişaf etdirilməsindəki xidmətinə görə “Tərəqqi” medalı ilə təltif edilmişdir.
Azərbaycan Respublikası Milli Məclisinin 31 may 2022-ci il tarixli, 544-VIQR №-li qərarına əsasən Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin üzvü vəzifəsinə təyin edilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 7 iyun 2022-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Mərkəzi Bankı sədrinin birinci müavini vəzifəsinə təyin edilmişdir.