20 AZN (2006)
Ön tərəfin görünüşü
Arxa tərəfin görünüşü
  • Əsas xüsusiyyətlər
  • Mühafizə elementləri
  • Video

20 MANAT nominallı kağız pul nişanı “Qarabağ” mövzusuna həsr olunmuşdur. Pul nişanının ön tərəfində qüdrət nişanəsi – qılınc, dəbilqə, qalxan və sülh rəmzi “Xarı Bülbül”, arxa tərəfində isə Azərbaycan-Avropa inteqrasiyasının xəritələrlə təsviri və Azərbaycanın milli naxışları təsvir olunmuşdur.

Nominalı

20 manat

Rəngi

yaşıl

Ölçüləri

141 mm x 70 mm

Dizayn mövzusu

Qarabağ

  • Nominalın gizli rəqəmi – pul nişanının ön tərəfinin sol yuxarı küncündə yerləşir. Pul nişanını üfüqi istiqamətdə tutaraq bucaq altında hərəkət etdirməklə mühafizə elementini görmək olar.
  • Su nişanı və işıqda görünən rəqəm - pul nişanını ön tərəfdən işığa tutduqda sol küncdə nominalın dizayn mövzusuna uyğun olaraq “Xarı Bülbül” təsvir olunan su nişanı və nominalın rəqəmi görünür.
  • İşıqda görünən MANAT – pul nişanını işığa tutduqda şaquli istiqamətdə MANAT yazısı olan mühafizə elementi görünür.
  • Möcüzəli rəqəm – pul nişanını ön tərəfdən üfüqi istiqamətdə tutaraq bucaq altında hərəkət etdirdikdə sol aşağı küncdə rəngini yaşıldan göyə dəyişən nominalın rəqəmini müşahidə etmək mümkündür.
  • Relyefli nominal - pul nişanının ön tərəfinə əl ilə toxunduqda müəyyən hissələrdə qabarıqlıq müşahidə olunur. Bu mühafizə elementi görmə qabiliyyəti zəif olanlar üçün nəzərdə tutulmuşdur.
  • Xüsusi dəqiq cizgilər – pul nişanının ön tərəfinə böyüdücü şüşə vasitəsilə baxdıqda xüsusi dəqiqliklə hazırlanmış cizgilər müşahidə olunur.
  • Mikromətn – pul nişanının ön tərəfinə böyüdücü şüşə vasitəsilə baxdıqda “İYİRMİ MANAT” yazısını müşahidə etmək mümkündür.
  • Mürəkkəbsiz çap – pul nişanının ön tərəfinə böyüdücü şüşə vasitəsilə baxdıqda qabarıq “AMB” yazısını müşahidə etmək mümkündür.
  • Holoqram – pul nişanını ön tərəfdən üfüqi istiqamətdə tutaraq bucaq altında hərəkət etdirdikdə sağ aşağı küncdə yerləşən mühafizə elementinin 3D (üç ölçülü) effektli “20” və “MANAT” yazılarının bir-birini əvəz etməsini müşahidə etmək mümkündür.
  • Rənglərin bölgüsü – pul nişanının arxa tərəfinə böyüdücü şüşə vasitəsilə baxdıqda sol yuxarı küncdə nominalın rəqəminin üzərində rənglərin dəqiq bölgüsünü müşahidə etmək mümkündür.
  • Metal sap – pul nişanının arxa tərəfində üzərində “MANAT” yazılmış mühafizə sapı yerləşir. Pul nişanını işığa tutduqda metal sap bütöv bir şəkildə düz xətt kimi görünür.
  • Xüsusi dəqiq cizgilər – pul nişanının arxa tərəfinə böyüdücü şüşə vasitəsilə baxdıqda xüsusi dəqiqliklə hazırlanmış cizgilər müşahidə olunur.
  • Mikromətn – pul nişanının arxa tərəfində yerləşən xəritəyə böyüdücü şüşə vasitəsilə baxdıqda “Azərbaycan Mərkəzi (Milli) Bankı” yazısını müşahidə etmək mümkündür.
  • Sehirli xətlər – pul nişanını arxa tərəfdən üfüqi istiqamətdə tutaraq bucaq altında hərəkət etdirdikdə rəngini dəyişən zolaqlar müşahidə olunur.
  • Surətçıxarmaya qarşı xətlər – pul nişanının arxa tərəfinə böyüdücü şüşə vasitəsilə baxdıqda xüsusi dəqiqliklə bölünmüş xətlər strukturunu müşahidə etmək olar.
  • Ultrabənövşəyi (UB) işıqda görünən elementlər– pul nişanına UB işıq altında baxdıqda nominalın müəyyən dizayn elementlərini müşahidə etmək olar.