Azərbaycan Respublikasının Mərkəzi Bankında istismarda olan informasiya sistemlərinin proqram platformalarının dəstəklənməsi, habelə printer və surətçıxaran aparatlar üçün katriclər və toner tozunun satın alınması ilə bağlı tenderin nəticələrinə dair
Azərbaycan Respublikasının Mərkəzi Bankında istismarda olan Elektron Xidmətlər Portalının, Elektron statistik məlumat bazası və analitik hesabatlıq sisteminin, Maliyyə savadlığı portalının və Menecment informasiya sisteminin proqram platformalarının dəstəklənməsi ilə bağlı “Azərbaycan” qəzetinin 12 mart 2020-ci il tarixli nömrəsində elan edilmiş və elektron satınalmaları proseduru çərçivəsində keçirilmiş açıq tenderin nəticələrinə görə Tender Komissiyasının 17 aprel 2020-ci il tarixli qərarına əsasən “GTSolutions” şirkəti tenderlərin qalibi müəyyən edilmişdir.
Mərkəzi Bankda istifadə olunan printer və surətçıxaran aparatlar üçün katriclər və toner tozunun satın alınması ilə bağlı “Azərbaycan” qəzetinin 12 mart 2020-ci il tarixli nömrəsində elan edilmiş və elektron satınalmaları proseduru çərçivəsində keçirilmiş açıq tenderin nəticələrinə görə Tender Komissiyasının 17 aprel 2020-ci il tarixli qərarına əsasən "İNFİNİTECH" şirkəti tenderin qalibi müəyyən edilmişdir.
Qalib şirkətlərlə müvafiq satınalma müqavilələri imzalanmışdır.
Tender komissiyası