1 oktyabr 2020-ci il, Bakı: Azərbaycan Respublikasının Mərkəzi Bankı bildirir ki, Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 17 avqust tarixli, 755 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin inkişafı və maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədi ilə yaradılmış “Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fondu”na ediləcək ianələrin Mərkəzi Bankın operatoru olduğu “Hökumət Ödəniş Portalı” vasitəsilə də qəbulu imkanı yaradılmışdır.
İctimaiyyətin diqqətinə çatdırırıq ki, bütün hüquqi və fiziki şəxslər ölkədə fəaliyyət göstərən bankların və milli poçt operatoru olan Azərpoçt MMC-nin “Hökumət Ödəniş Portalı”na inteqrasiya olunmuş filial və şöbələrində istər nağd formada, istərsə də nağdsız ödəniş alətləri vasitəsilə, o cümlədən portalın internet səhifəsindən (https://gpp.az/sqyf) və mobil tətbiqindən (Android və iOS platformalı) istifadə etməklə 24/7/365 rejimində Fondun hesablarına vəsaitlərini köçürə bilərlər.
Məlumat üçün bildirilir ki, Azərbaycan Beynəlxalq Bankında açılmış hesabların rekvizitləri barədə məlumatlar Azərbaycan Respublikası Müdafiə Nazirliyinin rəsmi internet səhifəsində (https://mod.gov.az/az/silahli-quvvelere-yardim-fondunun-bank-rekvizitleri-253/) yerləşdirilmişdir.
Silahlı Qüvvələrə Yardım Fondunun bank rekvizitləri
Bankın adı: | Azərbaycan Respublikası Beynəlxalq Bankı Binəqədi filialı |
Bankın ünvanı: | Azərbaycan Respublikası, Bakı şəhəri Z.Bünyadov 30/12 bina 5A |
Bankın telefonları: | (012) 562 99 41, (012) 562 93 37 |
Kod: | 805584 |
VÖEN: | 9900001881 |
Müxbir hesab: | AZ03NABZ01350100000000002944 |
S.W.İ.F.T Cod: | IBAZAZ 2X |
Benefisiarın adı: | S.Q.Y.F MN |
VÖEN: | 1300162621 |
Hesablaşma hesabları: | |
AZN | AZ98IBAZ38040019449930010202 |
ABŞ DOLLARI | AZ88IBAZ38140018409930010202 |
AVRO | AZ68IBAZ38140019789930010202 |
RUSİYA RUBLU | AZ08IBAZ38140018109930010202 |