

Azərbaycan Mərkəzi Bankı tərəfindən yenilənmiş dizayna (arxa tərəfində yeni dizayn elementləri kimi Azərbaycan Dövlət Gerbinin təsviri, eləcə də pul nişanının buraxılış ili əks edilmişdir) malik 20 qəpiklik metal pul nişanı 2021-ci ilin dekabr ayından tədavülə buraxılmışdır. Milli valyuta metal pul nişanlarının dizayn mövzusu nominallar üzrə kağız pul nişanlarının dizayn mövzusuna uyğun olaraq hazırlanmışdır.
Nominalı | 20 qəpik |
Rəngi | Qızılı rəng |
Ölçüləri | Diametri: 24.25 mm Çəkisi: 6.6 qr |
Dizayn mövzusu | Təhsil və gələcək |
Tərkibi | Latuna örtülmüş polad |
Metal pul nişanının əhali üçün nəzərdə tutulmuş mühafizə elementləri onun üzərində olan xüsusi dəqiq qabarıq yazı və təsvirlər, metal pul nişanının ölçüsü, çəkisi və pul nişanının kənarında həkk olunmuş xüsusi dəqiq cizgilərdən ibarətdir.